AzTehsil.com


Xəbərlər / Qəhramanlarımız
14 yanvar 2021
1 389


Zəfər muzeyinin məzmununun hazırlanması ilə əlaqədar ekspert qrupu yaradıldı



Zəfər muzeyinin məzmununun hazırlanması ilə əlaqədar ekspert qrupu yaradıldı

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin məzmununun hazırlanması ilə bağlı növbəti onlayn iclas keçirilib.

Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iclası giriş sözü ilə açan Mədəniyyət naziri Anar Kərimov Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı nazirlik tərəfindən görülən işlər barədə məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Zəfər muzeyinin məzmununun hazırlanması ilə əlaqədar nazirliyin daxilində mütəxəssislərdən ibarət ekspert qrupu yaradılıb.

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva qeyd edib ki, ekspert qrupunun tərkibinə müxtəlif dövlət qurumlarının nümayəndələri, elm adamları, muzey mütəxəssisləri yer alıb. Artıq ekspert qrupunun ilk iclası gerçəkləşib.

Sonra Zəfər muzeyinin məzmununun müəllifi, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədov muzeyin məzmunu, bölmələri, nümayiş olunacaq əşyalar və s. haqqında ətraflı məlumat verib. Bildirib ki, muzeyin məzmunu beynəlxalq müasir təcrübə əsasında hazırlanıb.

Daha sonra onlayn iclas ekspert qrupu üzvlərinin müzakirə və fikir mübadiləsi ilə davam edib.

Mədəniyyət naziri Anar Kərimov Zəfər muzeyində "Böyük Qayıdış” layihəsinin təqdim olunmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, muzey daha çox xalqımızın qəhrəmanlıq tarixini əks etdirən konsepsiya üzrə hazırlanmalı və təqdim edilən məlumatlar mütəmadi yenilənməlidir.

İclasda ekspert qrupunun üzvləri – Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini, rəisin vəzifə səlahiyyətlərini icra edən Azad Cəfərli, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının professoru Elçin Əhmədov, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, Azərbaycan İstiqlal Muzeyinin direktoru vəzifəsini icra edən Sədi Mirseyibli, Sumqayıt Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi – Şuşa şəhəri üzrə nümayəndə Zahid Abbasov, tarixçi Fuad Axundov, "Bakı İncəsənət Mərkəzi” Yaradıcılıq Birliyinin baş direktoru Rafael Gülməmmədli, dünya şöhrətli fotoqraf Rza Diqqəti və başqalarının fikirləri dinlənilib. 

Çıxışlarda Zəfər muzeyinin ilkin məzmunun uğurlu alındığı və təqdimatda daha çox müasir innovativ üsullara üstünlük verilməli olduğu qeyd edilib. Həmçinin ekspertlər tərəfindən muzeylə bağlı qeyd edilən təkliflərin nəzərə alınacağı və görülən işlərin davam etdiriləcəyi vurğulanıb.   oxu.az 



Загрузка...
Həmçinin oxuyun:
Prezidentdən Vətən Müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması barədə SƏRƏNCAM

Prezidentdən Vətən Müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması barədə SƏRƏNCAM

AMEA-da yeni TƏYİNATLAR

AMEA-da yeni TƏYİNATLAR

MEK-ə “Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialı” adlı kataloq daxil olub

MEK-ə “Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialı” adlı kataloq daxil olub

Sabirin “virtual muzeyinin” təqdimatı olacaq

Sabirin “virtual muzeyinin” təqdimatı olacaq

Yeni mədəniyyət naziri kimdir? – Təhsil yolu

Yeni mədəniyyət naziri kimdir? – Təhsil yolu

Məktəblilər üçün virtual muzey həftəsinə start verilib

Məktəblilər üçün virtual muzey həftəsinə start verilib

Zəfər paradına kimlər buraxılacaq? - Hərbi ekspert

Zəfər paradına kimlər buraxılacaq? - Hərbi ekspert

“Azərbaycan bayrağı” kitabının təqdimatı olub

“Azərbaycan bayrağı” kitabının təqdimatı olub

Şuşa rayon nümayəndəliyində uşaq incəsəsənət və musiqi məktəbləri müəllimlərinin zona müşavirəsi keçirilib

Şuşa rayon nümayəndəliyində uşaq incəsəsənət və musiqi məktəbləri müəllimlərinin zona müşavirəsi keçirilib

Azərbaycan Zəfər Gününün tarixi dəyişdirildi – RƏSMİ

Azərbaycan Zəfər Gününün tarixi dəyişdirildi – RƏSMİ

Naxçıvan Dövlət Universitetində Beynəlxalq Muzeylər Günü

Naxçıvan Dövlət Universitetində Beynəlxalq Muzeylər Günü

Akademik Yusuf Məmmədəliyevin Memorial muzeyinə videoekskursiya

Akademik Yusuf Məmmədəliyevin Memorial muzeyinə videoekskursiya

AMEA-nın daha iki institutuna və muzeyinə direktor seçilib

AMEA-nın daha iki institutuna və muzeyinə direktor seçilib

Ən çox medal alan generallar... - FOTO

Ən çox medal alan generallar... - FOTO

"Qarabağın məşhur müəllimləri" – Lətif Kərimov

"Qarabağın məşhur müəllimləri" – Lətif Kərimov

7-ci Beynəlxalq Türkologiya Konqresi işə başlayıb

7-ci Beynəlxalq Türkologiya Konqresi işə başlayıb

Zəfər paradına həsr olunmuş VİDEOÇARX

Zəfər paradına həsr olunmuş VİDEOÇARX

UNESCO üzrə Azərbaycan Milli Komissiyasının 25 illiyi ilə əlaqədar "dəyirmi masa"

UNESCO üzrə Azərbaycan Milli Komissiyasının 25 illiyi ilə əlaqədar "dəyirmi masa"

Qələbə qazanan Azərbaycanlıların həmrəyliyini və birliyini dünyaya nümayiş etdirmək məqsədi ilə beynəlxalq marafon-auksionu keçirilib.

Qələbə qazanan Azərbaycanlıların həmrəyliyini və birliyini dünyaya nümayiş etdirmək məqsədi ilə beynəlxalq marafon-auksionu keçirilib.

Zəfər paradına Şuşaya sancılan bayrağı Pənahəli xanın nəslindən olan general-mayor gətirəcək

Zəfər paradına Şuşaya sancılan bayrağı Pənahəli xanın nəslindən olan general-mayor gətirəcək

Azərbaycanda İnteraktiv Elm Muzeyi quruldu

Azərbaycanda İnteraktiv Elm Muzeyi quruldu

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyindən yeni layihə

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyindən yeni layihə

Universitetdə Milli Qəhrəmanlar muzeyi açıldı

Universitetdə Milli Qəhrəmanlar muzeyi açıldı

Təhsil naziri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində olub

Təhsil naziri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində olub