AzTehsil.com


Xəbərlər / Direktor / Müəllim
18 mart 2021
1 263


Azərbaycan xalqı ən məğrur,yenilməz xalq, ordumuz dünyanın ən güclü ordusu kimi tarixə yazıldı.



Azərbaycan xalqı ən məğrur,yenilməz xalq, ordumuz dünyanın ən güclü ordusu kimi tarixə yazıldı.

 

Azərbaycanda aparılan siyasət milli  maraqlara söykənir. O ölkədə  ki, siyasət milli maraqlara söykənir, o ölkədə sabitlik də, inkişaf da olacaq” deyə fikir bildirən Azərbaycan Respublikası Prezidenti,Ali Baş komandan İlham Əliyevin  həyata keçirdiyi uğurlu siyasət ölkəmizdə dövlət maraqlarının müdafiəsini təmin edir. Həyatı əhəmiyyət kəsb edən dövlət maraqlarının qorunması daim öz aktuallığını qoruyur.Milli maraq Azərbaycan xalqının fundamental dəyər və məqsədlərini həmçinin insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusudur.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəni dövlət maraqlarının qorunması istiqamətində idarə etməsi ilk növbədə onun  müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin  azərbaycançılıq ideologiyasına  sadıq qalmasının əməli nəticəsidir. Azərbaycan dövləti heç bir ölkənin daxili işlərinə qarışmır, eyni zamanda öz milli  maraqlarının da həmişə yüksək səviyyədə qorunmasını təmin edir. Bu gün əminliklə demək olar ki,  müstəqilliyimizin ilk illərində bir sıra çətinliklərlə üzləşən Azərbaycan qısa müddətdə həm iqtisadi,həm də siyasi sahədə qarşıya qoyduğu əsas hədəflərə çatdı. Azad, demokratik cəmiyyət formalaşdırdı.Hər birimizin həyatında dövlət maraqlarının müdafiəsi üstünlük təşkil etməklə, ictimaiyyət arasında təbliği də ön planda olmalıdır. Bu ona görə vacibdir ki, dövlət maraqları müdafiə olunmadan ictimai maraq qoruna bilməz. Azərbaycan xalqı mənəviyyata, mənəvi dəyərlərə, dövlətə, onun atributlarına, simvollarına həmişə hörmətlə yanaşmış, dövlətimizin maraqlarına zidd olan, sabitliyimizi pozmağa çalışan qüvvələrlə həmişə mübarizə aparmış və bundan sonra da aparacaqdır.

 Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin bəyan etdiyi 
" Bizim siyasətimizin təməlində dövlət maraqları, xalqla iqtidar arasında birlik dayanır” fikirləri  qeyd etdiyimiz məqamların məntiqi nəticəsidir.
 Bu gün Azərbaycanda milli maraqlara əsaslanan daxili və xarici siyasət həyata keçirilir. Azərbaycan dayanıqlı inkişafa malik, ictimai və siyasi sabitliyin, azadlıqların təmin olunduğu güclü iqtisadiyyata malik bir ölkə kimi tanınır. Bütün sahələrdə dinamik inkişafa malik olan ölkəmiz eyni zamanda özünün ən ağrılı problem olan  Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq üçün uzun yol keçdi.Nəhayət Ulu öndərimizin siyasətinin uğurlu davamı, prezidentimiz İlham Əliyevin milli maraqlarımızın qorunması istiqamətində atdığı qətiyyətli adımlar bu gün Azərbaycan xalqına tarixin ən şanlı, şərəfli, qürurverici anlarını yaşatdı. 27 sentyabrdan başlayan və 10 noyabr tarixinə kimi davam edən Vətən Müharibəsi Ali Baş komandanın rəhbərliyi, güclü ordumuzun sücayəti ilə Ermənistanı haqq savaşında məğlub etdi.

30 ilin nisgilinə, acısına, torpaq həsrətinə son qoyan 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın Zəfəri ilə dünyaya səs saldı. Dövlətimizin başçısı İlham Əliyev tarixə 2020 –ci ilin Müzəffər Sərkərdəsi , Azərbaycan xalqı ən məğrur,yenilməz xalq, ordumuz dünyanın ən güclü ordusu kimi tarixə yazıldı.

Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü,müasir ordu quruculuğu və Xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən amillər oldu. Dövlətimizin başçısı İlham Əliyevin Zəfər gününün təsis edilməsi ilə bağlı sərəncamında da qeyd olunduğu kimi, ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi, düşmən üzərində tarixi Zəfər çaldı. Noyabrın 10-u "Zəfər günü” kimi tarixə düşdü.Bunula da Azərbaycan yeni inkişaf yoluna qədəm qoydu. Azərbaycan dövləti,xalqı bununla da sübut etdi ki, bizim gücümüz – bizim birliyimizdədir. Dünyanın harasında yaşamamızdan, hansı sahədə çalışmamızdan asılı olmayaraq, bir bayraq altında birləşməyi bacarmalıyıq. Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğurunda daim birlikdə mübarizə aparmalıyıq. 

 Nəticə etibarı ilə qeyd etmək istəyirəm ki, dövlət maraqları hər bir cəmiyyət üçün mühüm əhəmiyyət daşıyır. Ona görə də bu maraqların qorunması əsas vəzifələrimizdən biri olmalıdır.

Zaqatala rayon Qandax kənd tam orta məktəbinin direktoru Yeganə Həsənova



Загрузка...
Həmçinin oxuyun:
Azərbaycan xalqının əbədiyaşar Ümummilli Lideri !

Azərbaycan xalqının əbədiyaşar Ümummilli Lideri !

Mayis Kazımov: Şuşanın işğaldan azad olunması Böyük Qələbənin nidasıdır!

Mayis Kazımov: Şuşanın işğaldan azad olunması Böyük Qələbənin nidasıdır!

İlham Əliyev Cümhuriyyət abidəsini ziyarət etdi

İlham Əliyev Cümhuriyyət abidəsini ziyarət etdi

Tarixi qələbənin tədrisi üçün plan təsdiq edildi

Tarixi qələbənin tədrisi üçün plan təsdiq edildi

2020-ci il Zəfər ili kimi tarixdə qalacaq

2020-ci il Zəfər ili kimi tarixdə qalacaq

Azərbayan əsgərlərinin qəhrəmanlığı həmdə onu təsdiq etdi ki, onun güclü silahı vətən sevgisidir.

Azərbayan əsgərlərinin qəhrəmanlığı həmdə onu təsdiq etdi ki, onun güclü silahı vətən sevgisidir.

Azərbaycanda Gənclər Günü qeyd olunur

Azərbaycanda Gənclər Günü qeyd olunur

Dövlət İdarəçilik Akademiyasında elmi-praktik konfrans

Dövlət İdarəçilik Akademiyasında elmi-praktik konfrans

“Heydər Əliyev müasir Azərbaycanın qurucusudur”

“Heydər Əliyev müasir Azərbaycanın qurucusudur”

AzMİU-da Milli Qurtuluş Günü qeyd olunub

AzMİU-da Milli Qurtuluş Günü qeyd olunub

Firdovsi Umudovun 9 yaşlı qızı Ayşən Azərbaycan hərbiçilərini təbrik etdi - VİDEO

Firdovsi Umudovun 9 yaşlı qızı Ayşən Azərbaycan hərbiçilərini təbrik etdi - VİDEO

Dahi şəxsiyyətin təkrarsız portret cizgiləri

Dahi şəxsiyyətin təkrarsız portret cizgiləri

Balkanlarda yaşayan və təhsil alan 241 azərbaycanlıdan Prezident İlham Əliyevə MÜRACİƏT...

Balkanlarda yaşayan və təhsil alan 241 azərbaycanlıdan Prezident İlham Əliyevə MÜRACİƏT...

Azərbaycan Zəfər Gününün tarixi dəyişdirildi – RƏSMİ

Azərbaycan Zəfər Gününün tarixi dəyişdirildi – RƏSMİ

Ceyhun Məmmədov :"Gələcək nəsillərə bütöv Azərbaycan əmanət edəcəyik"

Ceyhun Məmmədov :"Gələcək nəsillərə bütöv Azərbaycan əmanət edəcəyik"

BDU-nun yeni rektoru ilk tədbirini keçirdi

BDU-nun yeni rektoru ilk tədbirini keçirdi

“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub

“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub

Nadir İsrafilov: “Əslində 30 illik deyil, əsrə bərabər bir həsrətə son qoyulmuş olur…”

Nadir İsrafilov: “Əslində 30 illik deyil, əsrə bərabər bir həsrətə son qoyulmuş olur…”

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

Vətən müharibəsi hər bir Azərbaycanlıya həyəcan dolu,qürurverici təəssüratlar,xoşbəxt anlar bəxş etdi.

Vətən müharibəsi hər bir Azərbaycanlıya həyəcan dolu,qürurverici təəssüratlar,xoşbəxt anlar bəxş etdi.

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki

Ürəyində Azərbaycan boyda sevgi gəzdirən oğullar

Ürəyində Azərbaycan boyda sevgi gəzdirən oğullar

Paytaxt məktəblərində "Heydər Əliyev irsinin öyrənilməsi" dərsləri keçirilir

Paytaxt məktəblərində "Heydər Əliyev irsinin öyrənilməsi" dərsləri keçirilir

Azərbaycanda Vətən Müharibəsi ilə bağlı Anım Günü təsis edildi – SƏRƏNCAM

Azərbaycanda Vətən Müharibəsi ilə bağlı Anım Günü təsis edildi – SƏRƏNCAM