Məktəblərdə dərsliklər yığılır
Məktəblərdə şagirdlərdən dərsliklərin tədris ilinin sonuncu həftəsindən başlayaraq təhvil alınması nəzərdə tutulur.
AzTehsil.com xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat yayılıb.
Vurğulanıb ki, bu həftədən prosesə başlanılıb.
Qeyd edək ki, iyunun 14-ü 2024/2025-ci tədris ili yekunlaşır.