Abituriyentlər I qrupa daha çox yönəlirlər
Bu il 700 bal toplayanlar arta bilər.
Ötən il 700 bal toplayan iki abituriyent var idisə, bu il bu rəqəm daha çox ola bilər.
AzTehsil.com - n əldə etdiyi məlumata görə bu barədə “TəhsilSİZ” verilişində təhsil eksperti Vüsət Əzizov səsləndirib.
Onun sözlərinə görə şagirdlər IV qrupda istədikləri ixtisasa düşmək şansları aşağı olduğundan I qrupa daha çox yönəlirlər:
"Təbii ki, bu göstəricilər müəyyən bir kütləyə aiddir. Bununla yanaşı, 600-dən yuxarı bal toplayan abituriyentlərin sayı da az deyil. 700 balla bağlı dəqiq fikir bildirmək hələ tezdir, lakin apellyasiya nəticələrindən sonra 45 nəfərin buraxılış imtahanında 300 bal toplaması bu barədə nikbin proqnozlar verməyə əsas yaradır. Əgər ötən il yalnız iki abituriyent 700 bal toplamışdısa, bu il bu rəqəmin 2-3 nəfər civarında ola biləcəyi ehtimal olunur".