AzTehsil.com


Xəbərlər / Müəllim / Ekspert
04 iyul 2023
1 230


Deputatın elm və təhsil nazirinə göndərdiyi sorğuya təhsil ekspertindən münasibət




Bu gün millət vəkili kimi elm və təhsil naziri hörmətli Emin Əmrullayevə sertifikasiya imtahanlarında yüksək nəticə göstərmiş müəllimlərimizin əməyinin qiymətləndirilməsi mexanizminin daha da təkmilləşdirilməsi üçün rəsmi sorğu göndərdim.


Bu fikirləri Millət vəkili Vüqar Bayramov öz Facebook hesabında paylaşıb.



 Təhsil sahəsində aparılan islahatlara uyğun olaraq nazirlik tərəfindən əməyin keyfiyyət meyarları əsasında qiymətləndirilməsi təqdirəlayiqdir və bu məsələdə tam dəstəyimizi nümayiş etdiririk. Bununla yanaşı, son günlər bizə olan yüzlərlə müraciətlər göstərir ki, sertifikasiya imtahanlarının nəticələrinə uyğun olaraq əmək haqqı artımları üzrə faizlərin tam differensial öçlülməsi vacibdir. 

Mövcud qaydalar ilə sualların 83.3 faizinə düzgün cavablandıran müəllim 50 faiz doğrusu olan ilə eyni əmək haqqı artımından faydalana bilir. Digər tərəfdən, sualların hammısını cavablandıran ilə 51 doğrusu olanın da əmək haqqı artımı eynidir. 51 suala düzgün cavablandıran müəllimiz 35 faiz artımdan yaranlandığı halda, cəmi 1 düzgünü az, yəni 50 doğrusu olan pedaqoqumuzun əmək haqqısında 10 faiz artım hesablanır.

Bütün bunları nəzərə alaraq, əmək haqqı artımları üçün aşağıdakı formulanı təklif etmək istərdik:

Əmək haqqı artımı: 30-35 bal arası nəticəsi olan müəllimlərimiz üçün 10 faiz, 35-40 bal toplayanlar üçün 15 faiz, 40-45 bal toplayanlar üçün 20 faiz, 45-50 faiz arası bal toplayanlar üçün 30 faiz, 50-55 arası balı olanlar üçün 35 faiz, 55-60 arası nəticəsi olanlar üçün 40 faiz.

Bu əməyin daha ədalətli qiymətləndirilməsinə imkan yaratmaqla yanaşı, müəllimlər arasında daha yüksək elm və təhsilə təşviqin gücləndirilməsinə səbəb ola bilər.

Elm və Təhsil Nazirliyi ilə hər zaman konstruktiv dialoqumuzun olduğu və təkliflərimizə diqqətlə yanaşdıqları üçün inanırıq ki, sertifikasiya sisteminin təkimilləşdirilməsi istiqamətində də əməkdaşlığımız mümkün olacaq.


Təhsil eksperti Elşən Qafarov  öz Facebook hesabında Vüqar Bayramovun paylaşımına əlavə olaraq öz münasibətini bildirib.



Sertifikatlaşma müəllimin peşə yararlılığını və peşəkarlıq səviyyəsini müəyyən edən presudurdur. Sertifikasiya qaydalarının yumşaldılması prosedurun sosial xarakterə yönəldilməsi yolverilməzdir amma biz bunu edirik.   


1. Biz Müəllimin peşə yararalılığını yoxlayırıqsa onda pedaqoji, psixoloji , metodiki suallar ən azı 60 sualın yarısını təşkil etməli idi, cəmi 20 sual nəzərdə tutulmuşdu , onunda 10 sualını 2022-ci ildə fənnə aid suallara verildi.Yəni biz test mərhələsində müəllimin peşə yararlılığını umumi sualların cəmi 16-167%-lə yoxlayırıq.Qoyulmuş sualların cəmi 16-17%-i ilə peşə yararlılığını yoxlamaq mümkünsə ........  

  

  2.Müsahibə mərhələsini lazımı səviyyədə qura bilmədiyimizə görə onun nəticələrini də hesablamırıq əmək haqqının artımı zamanı.Əgər nəticəni hesablamayacaqdıqsa  müsahibə mərhələsini  niyə keçirdirik və ya müəllimi buradan toplaya biləcəyi maksimal 40 baldan niyə mərhum edirik , müəllimin haqqına niyə giririk ?  

    

3. 60 yaşdan yuxarı yaşı olan müəllimlərin sertifikasiyada iştirakının könüllü edilməsi kökündən yanlış idi.Əmək Məcəlləsinin 16-ci maddəsinin 1-ci hissəsinin tələblərinə ziddir.Əmək münasibətlərində ayrı-seçkikiyə , o cümlədən yaşa görə ayrı seçkiliyə yol verilmir.

Eyni zamanda son 3 ildə işə qəbul olunanların sertifikasiyadan azad edilməsi anlayışı da yanlışdır.Sadəcə keçid müddəa kimi qəbul etmək olardı ki, 2020-ci ildən bu yana işə qəbul olunanlar 5 il müddətində sertifikatlaşmadan azaddır.Çünki MİQ imtahanlnda dəyişilik (məntiqin çıxarılması ) 2020-ci ildə edilmişdi.   

  Biz sertifikasiyanı Ukraynadan götürdük , orada keçid balı 60% qoyulmuşdu.


 Müəllimlərin peşəkarlığının yoxlanması model olaraq keçmiş MDB məkanında ən yaxşı nümunə Qazaxıstan, bizim kimi inkişaf etmıkdə olan ölkələrdə isə Sinqapur modeli idi.Biz bunların heç birini götürmədik.Təhsil sənədlərinin açıq satıldığı ( bizim 20 il öncəki vəziyyətimiz 😊 ) Ukrayna modelini götürdük və müəllimlərin 1/3-ini sertifikasiyadan keçirtməmiş  yamaq-yamaq elədik.   

 

   Əmək haqqı ilə isə bağlı onu deyə bilərəm ki, ən uyğun variant aşağıdakı kimi olmalı idi:  


Keçid balı 50% qoyulmalı 0-49 bal toplayanlara minimum dərs yükü (həftəlik 6 saat) ilə bir ildə ikinci şans verilməli idi.Hazırda qismən bellədir.

 51-100 bal toplayanlar isə üç kateqoriyaya bölünməli idi.


 51-75 bal toplayanlar -C kateqoriya - 25 % əmək haqqı artırımalı,  76-90 bal toplayanlar B kateqoriya -əmək haqqı 50% artırılmalı 91-100 bal toplayanlar- A kateqoriya - əmək haqqı 100% qaldırılmalı  idi. B və C kateqoriyalılar üçün hər il könüllü sertifikasiya təşkil olunmalı onlara kateqoriyalarını artırmaq şansı yaradılmalı idi.

 Sertifikasiyanln müddətini beş ildən üç ilə endirmək ən doğru variant olardı.




Загрузка...
Həmçinin oxuyun:
Millət vəkili  təhsil naziri  Emin Əmrullayevə müəllimlərin əməyinin qiymətləndirilməsi üçün rəsmi sorğu göndərdi

Millət vəkili təhsil naziri Emin Əmrullayevə müəllimlərin əməyinin qiymətləndirilməsi üçün rəsmi sorğu göndərdi

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Əmək Məcəlləsindən çıxarış   Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əmək Məcəlləsindən çıxarış Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Əməyin mühafizəsi haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Əməyin mühafizəsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə   üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Sertifikasiya: müəllimlərin sınağı, yoxsa “sınmağı”? - RƏYLƏR

Sertifikasiya: müəllimlərin sınağı, yoxsa “sınmağı”? - RƏYLƏR

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Müəllimlər oxuyaq !!! Kişi müəllimlərimizin iş vaxtı geyimləri necə olmalıdır ?

Müəllimlər oxuyaq !!! Kişi müəllimlərimizin iş vaxtı geyimləri necə olmalıdır ?