AzTehsil.com


Xəbərlər / Müəllim
12 avqust 2019
2 414


MİQ-də aşağı bal toplayan müəllim namizədlərə zəruri tövsiyə -“Vakansiya zamanı bunu etməyin”



MİQ-də aşağı bal toplayan müəllim namizədlərə zəruri tövsiyə -“Vakansiya zamanı bunu etməyin”

 

 
"Aşağı bal toplayan müəllim namizədlər vakansiya seçimi mərhələsinin ilk günlərində vakant yerləri təsdiq etməsinlər”

Bu sözləri  təlimçi müəllim Mahir Əhədov deyib.

O, vakansiya seçimi mərhələsində iştirak edən müəllim namizədlərə tövsiyələrini də bildirib:

"Vakansiya seçimi edən müəllimlərə tövsiyəm odur ki, mütləq istədikləri rayon, məktəb və şərait haqqında öncədən ətraflı məlumat toplasınlar. Həmçinin müəllim namizədlər vakant yerləri seçərkən yaxınları ilə bunu müzakirə edib, ortaq qərara gəldikdən sonra seçimlərini təsdiqləsinlər. Çünki təcrübə göstərir ki, bəzən namizədlər dərs saatına aldanaraq məktəb və şərait haqqında informasiyası olmadan vakansiya seçimini təsdiqləyib, məktəbi qazanırlar. Daha sonra gedib şərait və infrastrukturla tanış olandan sonra yanlış addım atdıqlarını anlayıb, imtina edirlər. Təbii ki, bu da həmin məktəbə real namizəd olan, sadəcə nisbətən aşağı nəticə göstərən müəllimlərin haqqına girmiş hesab edilir. Nisbətən aşağı bal toplayan müdavimlər vakansiya seçimi mərhələsinin ilk günlərində vakant yerləri təsdiq etməsinlər. Çünki onların seçdikləri yeri sonradan daha yüksək nəticə göstərən namizəd yaza bilər. Məhz bu da rəqabətdə uduzmağı qaçılmaz edir”.

Təlimçi müəllim Günel Əliyevanın sözlərinə görə, vakansiya seçimi mərhələsi müdavimlərdən xüsusi diqqət tələb edir:

"Vakansiya seçimi MİQ müsabiqəsinin ən mühüm mərhələlərindən olmaqla yanaşı namizədlərdən xüsusi diqqət də tələb edir. Müdavimlər MİQ müsabiqəsinin vakansiya mərhələsində imtahandan toplanılan bala uyğun olaraq seçim etməlidirlər. Onu da bildirim ki, fənlər üzrə keçid balları aşağıdakı kimi müəyyən olunub.

Musiqi və təsviri incəsənət üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 30, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə keçid balı 36 bal; Fiziki tərbiyə fənni üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 36, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə keçid balı 42; Digər fənlər üzrə isə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 36, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə keçid balı isə 48 bal müəyyənləşdirilib. Deməli, vakansiya seçimi mərhələsində namizəd birinci növbədə fənlər üzrə müvafiq keçid balları ilə tanış olmalıdır. Lakin bu o demək deyil ki, keçid balı 36 –dırsa, 36 bal toplayan namizəd həmin yerə qəbul olacaq”.

Günel Əliyeva işğal altında olan rayonlarımızın adlarını daşıyan məktəbləri seçən müdavimlərə də tövsiyələrini bildirib:

"İşğal altında olan rayonlarımızın adlarını daşıyan məktəblər ayrı- ayrı yerlərdə( Bakı və ya digər rayonlar, kəndlərdə) fəaliyyət göstərdiyindən namizədlər əvvəlcə seçdikləri orta təhsil müəssisəsinin ünvanını axtarmalıdırlar. Bu isə elə də çətin proses deyil. Namizədlər seçdikləri rayon və ya şəhərin ünvanını, əlaqə nömrəsini təhsil şöbələrinin saytından da tapa bilərlər. Məsələn, namizədlər vakansiya seçimi mərhələsində adı yazılan Şuşa şəhər 1 nömrəli tam orta məktəbin harada yerləşdiyinə dair məlumatı, əlaqə nömrəsini Şuşa şəhər təhsil şöbəsinin saytından axtarmaqları kifayətdir.

Namizədlərə digər bir nümunə göstərim ki, Laçın rayonu E.Əliyev adına Fərəcan kənd tam orta məktəbində vakansiya varsa, həmin an yeri seçməyə tələsməsinlər. Çünki Laçın rayon Təhsil Şöbəsinin saytına daxil olduqda, məlumatda göstərilir ki, həmin məktəb Bakıda deyil, Ağsu rayonun Gürcüvan kəndində yerləşir. Əgər ünvan namizədlərə uyğundursa seçimlərini edə bilərlər.

Təlimçi müəllimin sözlərinə görə, müdavimlər düzgün vakansiya seçimi etmədikdə, yüksək bal toplasalar belə işsiz qala bilərlər:

"Müəllim namizədlərə tövsiyə edirəm ki, sonradan imtina edəcəkləri yeri öncədən yazıb başqasının yerini tutmasınlar. Bəlkə, kiminsə o yerə həqiqətən də ehtiyacı var, sizə uyğun olmayan bu seçim başqasının xəyalı ola bilər. Onu da bildirim ki, Bakının mərkəz rayonları üzrə yüksək bal toplayanlar arasında rəqabət çoxdur. Elə buna görə də aşağı bal toplayan namizədlər mərkəzdə yerləşən məktəbləri seçməsinlər. Çünki 56, 57, 58, 59, 60 bal toplayan namizədlər də şəhər məktəblərini yazırlar. Onu da bildirim ki, 50-55 bal toplayanlar nisbətən şəhərətrafı, Bakı kəndləri üzrə məktəbləri seçsələr şansları daha çox ola bilər. Vakansiya seçimi müsabiqənin elə bir mərhələsidir ki, yanlış seçim edilsə, 57 balla belə heç bir məktəbə düşməmək mümkündür.

Bakı üzrə keçid balı 48 bal müəyyənləşdirilib, bu o deməkdir ki, namizədlərin seçdikləri məktəbi daha çox bal toplayan rəqibləri yazmazsa həmin orta təhsil müəssisəsinə qəbul ola bilərlər. Lakin 55 bal toplayan namizəd də həmin yeri seçərsə, müdavimlərin məktəbə qəbul olmaq şansı olmayacaq. Müsabiqə iştirakçıları ucqar kənd məktəblərində həvəsləndirmə tətbirlərinin tətbiq olunmasını, dərs saatının çox olmasını da nəzərə alsınlar. Əgər yaşayış yeri və şərtləri uyğun olarsa həmin yerlərə üstünlük versinlər. Çünki kənd yerlərində də savadlı müəllimə, peşəkar kadrlara böyük ehtiyac var”. AzEdu.az



Загрузка...
Həmçinin oxuyun:
Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi

Bu müəllim namizədlər vakant seçimində iştirak edə bilməzlər –Keçid balları, qaydalar

Bu müəllim namizədlər vakant seçimində iştirak edə bilməzlər –Keçid balları, qaydalar

Müəllimliyə namizədlər iş yeri seçir

Müəllimliyə namizədlər iş yeri seçir

"Keçid ballarının aşağı salınması istisna edilmir"....Müsahibə mərhələsi avqustun 13-ü başlayacaq

"Keçid ballarının aşağı salınması istisna edilmir"....Müsahibə mərhələsi avqustun 13-ü başlayacaq

Müəllimlərə şad xəbər

Müəllimlərə şad xəbər

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi davam edir.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi davam edir.

Bakı məktəblərində işə qəbul üzrə müsabiqələrə vakansiya seçimi yekunlaşır

Bakı məktəblərində işə qəbul üzrə müsabiqələrə vakansiya seçimi yekunlaşır

Müəllimlərin işə qəbulu üzrə keçid balı məlum oldu - RƏSMİ

Müəllimlərin işə qəbulu üzrə keçid balı məlum oldu - RƏSMİ

MİQ müsabiqəsinin vakansiya seçimi mərhələsi  nə zaman başlayacaq?

MİQ müsabiqəsinin vakansiya seçimi mərhələsi nə zaman başlayacaq?

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi başlayır

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi başlayır

Məktəblərdə işə qəbul üzrə - imtahanın nəticələri açıqlandı

Məktəblərdə işə qəbul üzrə - imtahanın nəticələri açıqlandı

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirməyə start verilir

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirməyə start verilir

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçiminin nəticələri açıqlanıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçiminin nəticələri açıqlanıb

İdman müəllimlərin fiziki bacarıqları yoxlanılıb

İdman müəllimlərin fiziki bacarıqları yoxlanılıb

Müəllimliyə namizədlərə şad xəbər! - Vakansiyalar yaxın saatlarda elan olunacaq!

Müəllimliyə namizədlərə şad xəbər! - Vakansiyalar yaxın saatlarda elan olunacaq!

Vakansiya seçimi davam edir

Vakansiya seçimi davam edir

Bu gün MİQ üzrə vakansiya seçimi başa çatır

Bu gün MİQ üzrə vakansiya seçimi başa çatır

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi davam edir

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi davam edir

Məktəbdə hansı fənn üzrə vakansiya olub-olmadığını necə yoxlamaq olar?

Məktəbdə hansı fənn üzrə vakansiya olub-olmadığını necə yoxlamaq olar?

Müəllimlərin işə qəbulunda yenilik - NAZİRLİK AÇIQLAMA VERDİ

Müəllimlərin işə qəbulunda yenilik - NAZİRLİK AÇIQLAMA VERDİ

MİQ-in vakansiya seçimi mərhələsi üçün bu qədər yer ayrılacaq

MİQ-in vakansiya seçimi mərhələsi üçün bu qədər yer ayrılacaq

Bu müəllimlər ancaq müqavilə ilə işləyəcəklər

Bu müəllimlər ancaq müqavilə ilə işləyəcəklər

Müəllimlərin işə qəbulu mərhələsində keçid balı toplayanlar 8 vakant yer seçə biləcəklər

Müəllimlərin işə qəbulu mərhələsində keçid balı toplayanlar 8 vakant yer seçə biləcəklər

Müəllimlərin işə qəbulu üçün keçid balları - AÇIQLANDI

Müəllimlərin işə qəbulu üçün keçid balları - AÇIQLANDI