AzTehsil.com
RU


Xəbərlər
22 iyul 2023
601


“Bu il dövlət sifarişli yerlərin sayı 50 faiz daha çoxdur” - AÇIQLAMA




Dövlət İmtahan Mərkəzi (DİM) bu gün I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib. Bugünkü imtahanda 22 min 441 abituriyentin iştirakı nəzərdə tutulurdu.


Xatırladaq ki, ötən gün Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 8-9 iyul 2023-cü il tarixlərində keçirilən qəbul imtahanlarının nəticələrini elan edib.


İxtisas seçiminə sayılı günlər qalır. Hər il olduğu kimi bu il də əsas məqam abituriyentlərin daha çox hansı ixtisaslara üz tutacaqlarıdır.


Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Milli Məclisin elm və təhsil komitəsinin deputatı Anar İsgəndərovun sözlərinə görə, texnologiyanın elmə verdiyi töhfələr səbəbindən həmin sahəyə maraq daha çoxdur:



“Son imtahanlar keçirilir. Artıq ixtisas seçiminə sayılı günlər qalıb. İlk öncə onu deyim ki, imtahanlar şəffafdır. Bununla bağlı kənar düşüncə ola bilməz. Düzdür, suallarla bağlı bəzən mübahisələr olur. Sualda həqiqətən səhv olan zaman məsələ abituriyentin xeyrinə həll olunur. Düzgün olduqda isə mübahisələrə son qoyulur.


İxtisas seçimi çox həssas məqamdır. Uzun illər abituriyent hazırlığı ilə məşğul olmuşam. 1992-ci ildən 2009-cu ilə qədər kifayət qədər abituriyent hazırladım. Abituriyentlərin əksəriyyəti III ixtisas qrupunda ilk ixtisas kimi hüququ, daha sonra isə beynəlxalq münasibətləri yazırdılar. Sonrakı sıralamada isə digər ixtisaslar qeyd olunurdu. IV ixtisas qrupunda isə daha çox tibb sahəsi seçilir. Tibb ixtisası üzərində müsabiqə böyük olur”.


Deputat son illər müəllim olmaq istəyənlərin sayında artım müşahidə olunduğunu da dilə gətirib:


“Müəllim olmaq istəyənlərin sayında artım var. Hətta buna böyük irəliləyiş də demək mümkündür. Çünki ali məktəblərin əksəriyyətində demək olar bütün sahələr üzrə müəllimlik ixtisası var. Əvvəl belə deyildi. Əməkhaqqı da artırılıb. Lakin bank işi, texnika və texnologiya ilə bağlı sahələrə də tələbat yüksəkdir”.


“Məktəblər qarşıya qoyulan tələbləri yerinə yetirəndə, abituriyentə gələcəyinin inkişafı üçün ixtisasları izah edəndə o düzgün qərar qəbul edə bilir. Maarifləndirməyə böyük ehtiyac var. Hamı eyni ixtisası seçə bilməz. Hərənin təfəkkürü bir cürdür. Düşünürəm ki, bütün ixtisaslar bir-birini tamamlamalıdır, son dövrdə ayrı-ayrı ixtisaslar üzrə seçim şansı genişlənib. Bunun müsbət təsirinin olacağını güman edirəm”, - deyə A.İsgəndərov qeyd edib.


Təhsil eksperti Elçin Süleymanov bu il abituriyentlərin xeyrinə bir neçə nüans olduğunu əlavə edib:



“Builki qəbul prosesində abituriyentlərin xeyrinə bir neçə nüansı oldu. 2022-ci ildə qəbul prosesində ödənişli əsaslarla 55, dövlət sifarişi əsasında təhsil isə 45 faiz idi. İlk dəfə bu il dövlət sifarişi əsaslarla təhsil almaq üçün yerlər çox olacaq. 50 faizdən çox dövlət sifarişli yerlər olacaq ki, bu da müsbət haldır.


Eyni zamanda tələbə təhsil krediti fondu vasitəsi ilə də tələbələrin dövlət hesabına təhsil almaq ixtiyarları olacaq. Həmin tələbələr məzun olduqdan sonra təhsil haqlarını ödəyəcəklər. Universitetdə oxuduğu müddətdə ortalaması 91-in üzərində olanlar isə kreditin yarısını ödəməkdən azad olacaqlar. Bu il kifayət qədər abituriyentlərin universitetə qəbul olmaq və dövlət hesabına təhsil almaq şansları olacaq”.


Ekspert abituriyentlərin göstəricilərinin əvvəlki illər ilə eynilik təşkil etdiyini söyləyib:


“I və II qruplara sənəd verənlərin sayı daha çoxdur. IV qrupda müsabiqə gərgin keçir. Bu il tibb ixtisası üzrə dövlət sifarişində yer daha çoxdur. Abituriyentlərin builki göstəricilər əvvəlki illərə uyğundur. Fərqlilik yoxdur. Orta bal toplayanlar bir qədər artıb. Yüksək və aşağı bal kateqoriyası isə eynidir.


Son illər 700 bal toplayan abituriyentlərin olmamasına görə narazılıq var. Lakin düşünürəm ki, bu ciddi problem deyil. Müqayisəli sistemdir. Səhv cavab savadsızlıq demək deyil. Qəbul olmaq üçün minimum balın yuxarı qalxacağını düşünürəm”.


E.Süleymanov ən populyar ixtisasları sadalayıb:


“IV qrupunda ən populyar ixtisas tibb, III qrupda beynəlxalq münasibətlər və ingilis dili müəllimliyi, II qrupda maliyyə, I qrupda isə kompüter mühəndisliyi və informasiya texnologiyası ixtisaslarıdır. Abituriyentlərə məsləhətim odur ki, özləri üçün ən yaxşı ixtisas hansıdırsa, onu seçsinlər. Əsas odur ki, abituriyentlər oxuyacaqları universitetdə özlərini yaxşı yetişdirsinlər”.




Загрузка...
Həmçinin oxuyun:
Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

2018-ci ildə keçiriləcək imtahanların vaxtı - ELAN EDİLDİ

2018-ci ildə keçiriləcək imtahanların vaxtı - ELAN EDİLDİ

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Testin müsbət tərəfləri deyil, mənfi tərəfləri daha çox hallandırılır-Etirazlar

Testin müsbət tərəfləri deyil, mənfi tərəfləri daha çox hallandırılır-Etirazlar

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

"Azərbaycanın təhsil müəssisələrində davamiyyətə nəzarət yüksək səviyyədə olmadığından şagirdlərin təhsildən yayınması gözləniləndir"

"Azərbaycanın təhsil müəssisələrində davamiyyətə nəzarət yüksək səviyyədə olmadığından şagirdlərin təhsildən yayınması gözləniləndir"

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Milli Məclisin deputatı  növbəti xeyriyyə aksiyası keçirib

Milli Məclisin deputatı növbəti xeyriyyə aksiyası keçirib

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Emin Əmrullayev: “Qazilərlə bağlı məsələyə güzəşt kimi yox, status kimi baxmalıyıq”

Emin Əmrullayev: “Qazilərlə bağlı məsələyə güzəşt kimi yox, status kimi baxmalıyıq”

Məleykə Abbaszadə: İmtahanların ödənişli olması sənəd verən əvvəlki illərin məzunlarının sayını azaldıb

Məleykə Abbaszadə: İmtahanların ödənişli olması sənəd verən əvvəlki illərin məzunlarının sayını azaldıb

Təhsilin inkişafını əsaslandıran Strategiya

Təhsilin inkişafını əsaslandıran Strategiya

Ali məktəblərə ixtisas seçimi - hansı dəyişikliklərə ehtiyac var?

Ali məktəblərə ixtisas seçimi - hansı dəyişikliklərə ehtiyac var?

Test üsuluna inam niyə itir? - Araşdırma

Test üsuluna inam niyə itir? - Araşdırma

Təhsil Nazirliyi hesabat verdi

Təhsil Nazirliyi hesabat verdi

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

DİM ali təhsil müəssisələrinə tələbə qəbulu elan edir

DİM ali təhsil müəssisələrinə tələbə qəbulu elan edir

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Ali məktəblərə qəbul imtahanlarının dəqiq tarixləri açıqlandı -RƏSMİ

Ali məktəblərə qəbul imtahanlarının dəqiq tarixləri açıqlandı -RƏSMİ

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.