AzTehsil.com

Xəbərlər / Valideyn / Direktor / Müəllim / Sual / Digər Elan / Cəmiyyət / Ekspert / Manşet / Bölgə
27 may 2025
1 299

Şagird və valideynlər NARAHATDIR- SƏBƏB



Lisey və gimnaziyalara yalnız 6-cı siniflər qəbul ediləcək - Şagird və valideynlər NARAHATDIR.


2025–2026-cı tədris ili üçün Bakı şəhəri və regionlarda yerləşən, şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilən bir sıra lisey və gimnaziyalara qəbul prosesinə start verilie. Lakin bu ilki prosesdə mühüm dəyişiklik baş verib: əvvəlki illərdən fərqli olaraq yalnız 6-cı sinif şagirdlərinin qəbul olunacağı elan edilib.


Bu xəbər minlərlə valideyn, müəllim və şagirdin ciddi narahatlığına səbəb olub. Əvvəlki illərdə qəbul 5, 6, 7 və 8-ci sinifləri əhatə edirdisə, bu il yalnız 6-cı sinifdə oxuyan şagirdlərin qeydiyyatdan keçərək imtahanda iştirak edə biləcəyi bildirilib. Rəsmi qaydalarda dəyişiklik qərarının səbəbi izah olunmayıb.


Qərar əvvəlcədən ictimaiyyətə çatdırılmalı idi...


AzTehsil.com - n əldə etdiyi məlumata görə açıqlamasında təhsil eksperti Elmin Nuri məsələ ilə bağlı bildirib ki, bu qərar nəinki gözlənilməz, eyni zamanda zərərli nəticələrə yol açacaq:


“Ötən gün minlərlə valideyni, müəllimi məyus edən xəbər yayıldı. İllərdir tətbiq olunan sistemdə 5-ci sinifdən etibarən lisey və gimnaziyalara qəbul edilən şagirdlər bu ildən bu imkandan məhrum olacaqlar. Qəbul sadəcə 6-cı sinif şagirdləri üçün olacaq. Bu, illərlə hazırlanmış tədris planlarını alt-üst edir. Uşaqlar və valideynlər sentyabrdan bəri hazırlıq prosesində idilər. Bəziləri artıq ikinci ildir ki, bu məqsədlə hazırlaşır. Bu qədər əziyyətin üstündən xətt çəkilir və heç bir səbəb göstərilmir”.Ekspertin sözlərinə görə, bu cür dəyişikliklər ən azı əvvəlcədən ictimaiyyətə çatdırılmalı idi:


“Bu cür mühüm qərarlar sentyabr ayından elan edilməli idi. Ailələr övladlarını hazırlıq kurslarına göndərir, müəllimlər bu sahəyə yönəlir, uşaqlar aylarla zehni və fiziki güc sərf edirlər. Ən azı 9 ay vaxt sərf edən ailələr bu gün nə ilə qarşılaşdı? Yalnız 6-cı siniflərin qəbul ediləcəyi barədə lakonik bir elanla...”


Elmin Nuri onu da vurğulayıb ki, lisey və gimnaziyalara hazırlaşmaq təkcə qəbul üçün deyil, ümumiyyətlə, şagirdlərin intellektual inkişafı baxımından da mühüm rol oynayırdı:


“Lisey və gimnaziyalara hazırlıq məktəblərdə motivasiya və dirçəliş yaradırdı. Uşaqlar sadəcə qəbul üçün deyil, ümumi intellektual səviyyələrini artırmaq üçün hazırlaşırdı. Hətta qəbul ola bilməyən şagirdlər belə hazırlıq sayəsində məntiqi düşüncə, mətnlə işləmək və riyazi təfəkkür baxımından irəliləyiş göstərirdilər. Bu potensial indi havada qalacaq”.



Həmçinin oxuyun:
Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair     SUAL-CAVAB

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair SUAL-CAVAB

Valideynləri maraqlandıran əksər suallara cavab-MÜSAHİBƏ

Valideynləri maraqlandıran əksər suallara cavab-MÜSAHİBƏ

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

VI sinif şagirdlərinin NƏZƏRİNƏ !

VI sinif şagirdlərinin NƏZƏRİNƏ !

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Şagirdləri qiymətləndirməyin 3 yolu

Şagirdləri qiymətləndirməyin 3 yolu

I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair sual-cavab

I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair sual-cavab

“Əsas məsələ valideynin qeydiyyatı düzgün aparmasıdır"

“Əsas məsələ valideynin qeydiyyatı düzgün aparmasıdır"

Məktəblərdə İntizam Şurası: Nə dəyişəcək, necə dəyişəcək?

Məktəblərdə İntizam Şurası: Nə dəyişəcək, necə dəyişəcək?

Sıxlıq! – Ekspertlər nazirə qarşı

Sıxlıq! – Ekspertlər nazirə qarşı

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?