AzTehsil.com
RU


Xəbərlər / Ekspert
05 avqust 2023
541


"Ana dilini bilməyən adamda vətən, xalq sevgisi, milli ruh ola bilməz"




Hər bir dövlətin ayaqda durması üçün milli ideologiya şərtdir. Bu, dövlətin müstəqilliyinin davamlı olması, suverenliyinin qorunması, dünya dövlətləri arasında müəyyən ictimai-siyasi mövqeyə sahib olmasında mühüm rol oynayan amillərdən biridir. 


Azərbaycançılıq ideologiyası bu dövləti vətən adlandıran, onun vətəndaşı olan, özünü bu xalqın mənsubu hesab edən hər kəsin milli məfkurəsidir.


Azərbaycançılıq ideologiyasının əsasını təşkil edən elementlərdən biri də Azərbaycan dilidir. 


Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dilidir. Bu dil dünyada 50 milyondan artıq azərbaycanlını birləşdirən milli dəyərdir.


Türk dilləri ailəsinə aid olan Azərbaycan dili uzun inkişaf yolu keçib, bununla belə saflığını qoruyub saxlayıb. 


Dövlət Azərbaycan dilinin qorunması və inkişafı üçün işlər görür. Ana dilimizin dövlət dili səviyyəsində yüksəlişində Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti danılmazdır. Məhz onun hakimiyyəti dövründə 1995-ci il noyabrın 12-də qəbul olunan Konstitusiyada Azərbaycan dili Azərbaycan Respublikasının Dövlət dili kimi təsbit (21-ci maddə) olundu. Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli fərmanına əsasən hər il avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili günü kimi qeyd edilir.


Filologiya üzrə fəlsəfə doktoru dosent Təranə Şükürlü Demokrat.az-a açıqlamasında deyib ki, bu fərman Azərbaycan dilinə, onun inkişafına dövlət qayğısının bariz nümunələrindədir. 


O bildirib ki, Ulu Öndərin qətiyyətli siyasi iradəsi və prinsipiallığı nəticəsində ölkədə tam şəkildə latin qrafikalı əlifbaya keçid edildi.


Dilin sadəcə ünsiyyət vasitəsi olmadığını qeyd edən dilçi alim onu həm də ədəbiyyat, tarix, xalqın taleyi adlandırır. 


"Dili öyrətməkçün onu sevmək lazımdır. Dil vasitəsilə biz dünya qapılarını üzümüzə açır, müxtəlif mədəniyyətlərlə tanış olur, sivilizasiyaları tədqiq edirik. Dil bizi bir-birimizə bağlayır. Müxtəlif xalqların, millətlərin nümayəndələri bir-birilə dil vasitəsilə ünsiyyət qurur, əlaqə yaradır, dostlaşır".


T. Şükürlü ana dilimizin inkişafına həsr olunan işlərdən də danışıb.



"Dilçilik institutunda Azərbaycan dilinin saflığının qorunması, onun normalarının pozulmasının qarşısının alınması istiqamətində məqsədyönlü addımlar atılır. Son illərdə "Azərbaycan dilinin yeni sözlər və mənalar lüğəti", "Azərbaycan dilinin orfoqrafiya lüğəti" nəşr olunub, dilin orfoepiya normaları hazırlanıb. Orfoepiya lüğəti üzərində işlər gedir. "Qarabağ dialektoloji lüğəti" çap olunub. Hazırda Qərbi Azərbaycan toponimləri öyrənilir. Gələcək aylarda bu mövzuda respublika konfransı keçirilməsi planlaşdırılır. 


Azərbaycan dili xalqımızın milli varlığını müəyyən edən, azərbaycançılıq məfkurəsinin əsasında duran mühüm amillərdən biridir. Ulu Öndər Azərbaycan dilinə yalnız ünsiyyət vasitəsi deyil, qədim tarixi, zəngin mədəniyyəti, müasir dünyada müəyyən ictimai-mədəni mövqeyi olan bir xalqın milli sərvəti kimi yanaşırdı".


Bu sadalananlarla yanaşı, bu gün cəmiyyətdə, insanlarımız arasında ana dilinə qarşı bir qədər laqeyd münasibətin şahidi oluruq. 


Təhsil eksperti Nadir İsrafilov buna səbəb təhsildəki çatışmazlıqlar, həm də sosioloji amillər barədə Demokrat.az-a açıqlama verib. 


"Ana dilinin dəyəri barədə çox fikirlər söylənilib. Heydər Əliyevin ana dili ilə bağlı dəyərli fikirləri var, dünya klassikləri – Tolstoydan tutmuş, Dostayevskiyə qədər ana dilinin əhəmiyyətindən çox söz açılıb. Ana dilini bilməyən adamda vətən, xalq sevgisi, milli ruh ola bilməz. İnsan ilk növbədə, öz dilini mükəmməl bilməlidir, sonra digər dilləri öyrənmək olar".  


Ekspert bildirib ki, bu gün cəmiyyətimizdə rus dilinə meyil çoxdur. 


"Uşaqlarını məktəbin rus bölməsinə qoyan valideynlərin sayı artıb. Belə bir tendensiyanın şahidi oluruq. Sovet dövründə rus dili ölkədə ikinci dövlət dili sayılırdı. Müstəqillik əldə etdikdən sonra rus dili xarici dillər qrupuna aid edildi. Ötən əsrin sonlarında baş verən hadisələr – 20 yanvar qırğını, azadlıq hərəkatı ruslara da dillərinə də mənfi münasibət yaratdı, rus dili tədrisdən çıxarıldı. Bəzi məktəblərdə fakültativ əsasda tədris olunmağa başlandı, bəzilərində ümumiyyətlə keçirilmədi. Rus dilli mütəxəssislər işsiz qaldı. 10-15 il keçməmiş indi rus dilinə yenidən maraq oyanıb. Bu da onunla əlaqədardır ki, rus dilində ədəbiyyat zəngindir, ali məktəblərin rus dili bölməsində ödəniş daha aşağıdır, özəl müəssisələr işə qəbulda rus dili bilənlərə üsünlük verir və s".


N.İsrafilovun fikrincə, rus dilinə kütləvi axın bəzi problemləri də üzə çıxarır. 


" Müxtəlif elm sahələrini rus dilində tədris edə biləcək kadrlar yoxdur. Dövlət İmtahan Mərkəzi universitetlərin rus dili bölməsinə qəbulu  asanlaşdırıb, keçid balları aşağıdır. Elm və Təhsil Nazirliyi bu problemi aradan qaldırmaq üçün orta məktəblərin rus dili bölməsinə şagird qəbulunu müsahibə ilə həyata keçirir. Bununla bağlı da ara-sıra şikayətlər olur. İndi çoxu özünü elit göstərmək məqsədilə bildi, bilmədi, uşağını rus bölməsinə qoyur. Konstitusiyada da, təhsil haqqında qanunda da valideynlərə uşaqlarına istədikləri dildə təhsil vermək hüququ verilib. Ona görə də bu axının qarşısını süni surətdə almaq olmaz". 


Ekspert deyib ki, dövlət dilimiz Azərbaycan dilidir, gərək onu mükəmməl bilək. 



"Xarici dil bilməyin təbii ki, ziyanı yoxdur. Nəyə görə rus dilinə meyillilik artıb, doğma dilimizə isə azalıb? Bu suala cavab tapmaq lazımdır. Elə insanlar var ki, azərbaycanlı olsa da bu dili bilmir, amma rus dilini mükəmməl bilir. Bəzən bunun səbəbini məktəbdə axtarırlar. Bu, sırf təhsillə bağlı problem deyil. Bakı şəhərini qoyaq bir kənara, regionların özündə  bütün reklam lövhələri, kafe – restoran, mağaza adları demək olar ki, hamısı xarici dildədir. Uşaq gözünü açır hər yerdə ingilis, rus dilini görür. Yəni bu həm də sosial məsələdir". 


N. İsrafilov çıxış yolunu rus bölməsində Azərbaycan dilinin tədrisini yüksəltmək, saatlarını artırmaqda görür.


"O vaxt məktəblərdə rus dilinin tədrisini ləğv etməklə böyük səhv etdik. Bu, çıxış yolu deyildi. Rus dili bizim üçün önəmlidir. Rusiya qonşumuzdur, orada milyonlarla azərbaycanlı yaşayır, minlərlə vətəndaşımız orada işləyir, evinə çörək pulu göndərir. Bundan başqa ölkədə qarışıq ailələr var, anası və ya atası rus olan insanlar var.  Görürsən ki, azərbaycanlı ailədir, amma öz aralarında rusca danışır, evdə rus dilində danışır, özlərini elit hesab edirlər. Məktəblərdə rus dilinin tədrisini geri qaytarmaq lazımdır. Azərbaycan bölmələrində rus dili fənni keçirilməli, rus bölməsində isə Azərbaycan dilinin keyfiyyəti artırılmalıdır. Tədris planı lazımsız materiallarla yüklənib, onları əvəzləmək lazımdır. 


Elə uşaq yoxdur ki, rusların “Maşa və Ayı” cizgi filminə baxmasın. Məsələn, türklər onu öz dillərinə tərcümə ediblər. Biz də cizgi filmlərini dilimizə tərcümə edə bilərik". 




Загрузка...
Həmçinin oxuyun:
Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Dahi şəxsiyyətin təkrarsız portret cizgiləri

Dahi şəxsiyyətin təkrarsız portret cizgiləri

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib

ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib

Azərbaycanşünaslığın tədqiqi və tədrisində Heydər Əliyev irsinin rolu

Azərbaycanşünaslığın tədqiqi və tədrisində Heydər Əliyev irsinin rolu

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Qədim Türklərdə – Hunlarda  və Göytürklərdə tərbiyə

Qədim Türklərdə – Hunlarda və Göytürklərdə tərbiyə

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

YAZI QAYDALARIMIZIN KİTABİ-MÜQƏDDƏSİ – ORFOQRAFİYA LÜĞƏTİ

YAZI QAYDALARIMIZIN KİTABİ-MÜQƏDDƏSİ – ORFOQRAFİYA LÜĞƏTİ

ADPU-nun Şamaxı Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

ADPU-nun Şamaxı Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

181 saylı məktəbdə Ümummilli Lider Heydər Əliyevin 93-cu ildönümü qeyd edilib...

181 saylı məktəbdə Ümummilli Lider Heydər Əliyevin 93-cu ildönümü qeyd edilib...

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti  QAYDASI

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI

Şabranda Ümummilli lider Heydər Əliyevin 94 illiyi münasibətilə müsabiqə keçirilib

Şabranda Ümummilli lider Heydər Əliyevin 94 illiyi münasibətilə müsabiqə keçirilib

Qurtuluşdan ZƏFƏRƏ, ZƏFƏRLƏ gələcəyə!

Qurtuluşdan ZƏFƏRƏ, ZƏFƏRLƏ gələcəyə!

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məktəb xərcləri əslində, necə ödənməlidir? – Müəllim maaşlarının bölgüsü, digər məsrəflər

Məktəb xərcləri əslində, necə ödənməlidir? – Müəllim maaşlarının bölgüsü, digər məsrəflər

Bu gün Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir

Bu gün Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

1avqust Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir

1avqust Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir