AzTehsil.com

Xəbərlər / Müəllim
18 fevral 2019
2 538

Məktəb xərcləri əslində, necə ödənməlidir? – Müəllim maaşlarının bölgüsü, digər məsrəflər

YUNESKO-nun Statistika İnstitutunun metodoloji tövsiyələrinə əsasən, təhsil üzrə xərclər maliyyələşdirmə mənbələrinə görə belə qruplaşdırılır: dövlət maliyyələşdirmə mənbələri; özəl (qeyri-dövlət) maliyyələşdirmə mənbələri; beynəlxalq maliyyələşdirmə mənbələri.

AzTehsil.com AzEdu.az-a istinadən dövlət maliyyələşdirmə mənbələri haqda məlumatı təqdim edir:

Dövlət maliyyələşdirmə mənbələri də 3 kateqoriyaya bölünür: mərkəzi hakimiyyət orqanları; regional hakimiyyət orqanları; yerli hakimiyyət orqanları. 

Mərkəzi   hakimiyyət   orqanları   üzrə   təhsilə  çəkilən  xərclər  təkcə Təhsil Nazirliyinin xərclərini deyil, eləcə də digər nazirlik, idarə və icra hakimiyyəti orqanlarının təhsil üzrə xərclərini özündə birləşdirir, həmçinin,  regional və yerli orqanlar tərəfindən məktəblərin təmirinə ayrılan, lakin həmin orqanların büdcələrində "təhsil xərcləri” maddəsi üzrə deyil, başqa maddələr üzrə qeydə alınan vəsaitlər də aid edilir.

Mərkəzi, regional və yerli hakimiyyət orqanlarının beynəlxalq (xarici) mənbələrdən aldıqları transfertlər (köçürmələr) dövlət tərəfindən bölüşdürüldükdə, həmin vəsaitlər dövlət xərclərinə aid edilir. Əgər bir nazirlik təhsil sahəsinə ayrılan vəsaiti digər nazirliyin hesabına köçürürsə, bu zaman birinci nazirlik bu pul köçürmələrini və ya transfertləri özünün dövlət xərclərinin ümumi məbləğindən çıxır. 

Əgər ölkədə iki səviyyəli hakimiyyət mövcuddursa, aşağı səviyyə regional deyil, yerli hesab edilir. Əgər ölkədəki hakimiyyət orqanlarının strukturu dörd və ya daha artıq səviyyədən ibarətdirsə, ikinci səviyyə regional, bütün sonrakı səviyyələr isə yerli adlandırılır.

Yuxarıda qeyd olunan dövlət hakimiyyəti orqanlarının hər üç səviyyəsi üçün üç mümkün xərc növü mövcuddur: təhsil müəssisələrinə çəkilən birbaşa xərclər;

digər xərclər (təhsil müəssisələrinə çəkilən birbaşa xərclər istisna olmaqla);

transfertlər (köçürmələr).

Hər hansı dövlət orqanının (təşkilatının)təhsil müəssisələrinə çəkdiyi birbaşa xərcləriiki şəkildə ola bilər:Dövlət təşkilatının özünün, birbaşa olaraq təhsil müəssisələri üçün istehsal olunan mal və xidmətləri alması, məsələn:

-Təhsil Nazirliyi tərəfindən müəllim heyətinə əmək haqqının birbaşa ödənilməsi;

-Məktəbin tikintisi ilə əlaqədar olaraq bələdiyyə tərəfindən tikinti müəssisəsinə birbaşa ödənişin edilməsi;

-Təhsil Nazirliyi tərəfindən məktəblərdə və ya yerli orqanlarda paylanması (bölüşdürülməsi) məqsədilə dərsliklərin əldə olunması.

Təhsil sahəsində mal və xidmətlər satın almaq hüququ olan təhsil müəssisələrinə dövlət orqanı tərəfindən vəsaitin ödənilməsi, məsələn:

-Müəllim heyətinin saxlanması və ya mal və xidmətlərin alınması üzrə xərclərin ödənilməsi məqsədilə dövlət tərəfindən ali təhsil müəssisəsinə qrantın ayrılması;

-Maliyyə cəhətdən müstəqil olan dövlət məktəbinə dövlət vəsaitinin ayrılması, özəl məktəbə dövlət subsidiyalarının verilməsi və s.

Təhsil müəssisələrinin inzibatçı heyətinin saxlanılmasına çəkilən xərclər təhsil müəssisələrinə çəkilən birbaşaxərclərə daxil edilmir.Digər xərclərə (təhsil müəssisələrinə çəkilən birbaşa xərclər istisna olmaqla) dövlət idarəetmə orqanlarının mərkəzi, regional və yerli səviyyədə təhsil sahəsinin idarə edilməsinə, eləcə də yoxlama, nəzarət, təhsil qrafiklərinin hazırlanmasına çəkilən xərclər aiddir.

Təhsil  sahəsinə  transfertlər (köçürmələr) iki növə ayrılır: müxtəlif səviyyəli hakimiyyət orqanları arasında transfertlər və ayrı-ayrı ev təsərrüfatlarına, hüquqi şəxslərə transfertlər (köçürmələr).

Müxtəlif səviyyəli hakimiyyət orqanları arasında transfertlər (köçürmələr) dedikdə, yuxarı səviyyəli hakimiyyət orqanları tərəfindən aşağı səviyyəli hakimiyyət orqanlarına edilən köçürmələrin xalis məbləği başa düşülür.

Məsələn, mərkəzi hakimiyyət orqanı tərəfindən regional orqanlara köçürülən vəsaitin məbləği, regionlardan mərkəzə köçürülən vəsaitin məbləği çıxılmaqla təhsil sahəsi üzrə mərkəzdən regionlara transfertlərin ümumi məbləğinə bərabər olmalıdır.

Müvafiq regional orqanlardan keçərək mərkəzi hakimiyyət orqanları tərəfindən yerli hakimiyyət orqanlarına köçürülən vəsaitlər regional deyil, məhz mərkəzi hakimiyyət orqanlarının transfertləri hesab edilir.      Ayrı-ayrı ev təsərrüfatlarına və hüquqi şəxslərə təhsilə görə transfertlər (köçürmələr) və ödəmələr dedikdə, təhsil alanlara və onların ailələrinə, eləcə də hüquqi şəxslərə edilən transfertlər başa düşülür.

Ayrı-ayrı ev təsərrüfatlarına transfertlərtəhsilalanlara və onların ailələrinə dövlət müavinətləri, təqaüdlər, digər qrantlar və istiqrazlar şəklində edilən maliyyə yardımlarıdır. Onlar aşağıdakı xərcləri əhatə edir:

-Təhsil alanların ictimai nəqliyyatdan pulsuz və ya güzəştli şərtlərlə istifadə etməsi üçün xüsusi subsidiyalar;

-Təhsil alanların statusu ilə əlaqədar olaraq, onların ailələrinə əlavə ödənişlərin və uşaqlarına müavinətlərin verilməsi. 

Təhsil üzrə dövlət tərəfindən təqdim edilən müavinətlər, təqaüdlər və borclar həmin xərcləri bütövlükdə və ya qismən təmin edən hakimiyyət orqanlarının səviyyəsinə deyil, məhz onları təhsil alanlara təqdim edən hakimiyyət orqanlarının səviyyəsinə aid edilir. Məsələn, təhsil alan regional hakimiyyət orqanından borc alır. Borca verilən həmin məbləği isə sonradan mərkəzi hakimiyyət orqanı regional orqanına bütövlükdə və ya qismən ödəyir və borc regional hakimiyyət orqanları tərəfindən verilən borclara aid edilir.

Ayrı-ayrı hüquqi şəxslərə transfertlər (köçürmələr) və ödəmələrə müxtəlif müəssisələrə və qeyri-kommersiya təşkilatlarına, o cümlədən dini təşkilatlara verilən subsidiyalar aid edilir. Təhsil alanı qida və yaşayış yeri ilə təmin edən müəssisə və təşkilatlara ayrılan subsidiyalar da bu cür transfertlərdəndir.

Müxtəlif səviyyəli hakimiyyət orqanları arasında həyata keçirilən transfertlər (köçürmələr) dövlət xərclərinin ümumi məbləğinə daxil edilmir. Çünki, onlar dövlət sektoru çərçivəsində həyata keçirilən daxili pul köçürmələri olduğundan, təhsil üzrə dövlət xərclərinin ümumi məbləğinə təsir etmir.

Qeyd: Məqalə Dövlət Statistika Komitəsinə istinadən yazılıb.

Загрузка...
Həmçinin oxuyun:
"Simsiz şəbəkələrin yayılma dinamikası sahəsində biz aparıcı dövlətlərin səviyyəsindəyik” İT sahəsinə böyük yatırım

"Simsiz şəbəkələrin yayılma dinamikası sahəsində biz aparıcı dövlətlərin səviyyəsindəyik” İT sahəsinə böyük yatırım

Əməyin mühafizəsi haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Əməyin mühafizəsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu şəxslərin maaşları artırılıb

Bu şəxslərin maaşları artırılıb

60 nəfər dövlət qulluğu müsahibəsinə gəlmədi

60 nəfər dövlət qulluğu müsahibəsinə gəlmədi

Dövlət uşaq bağçaları belə maliyyələşəcək - QAYDALAR

Dövlət uşaq bağçaları belə maliyyələşəcək - QAYDALAR

DİM vakant yerlərə qəbulun nəticələrini AÇIQLAYIB

DİM vakant yerlərə qəbulun nəticələrini AÇIQLAYIB

Dövlət qulluğuna müsabiqəyə rəqəmlərlə baxış

Dövlət qulluğuna müsabiqəyə rəqəmlərlə baxış

“Peşə təhsili haqqında” qanun layihəsi 2-ci oxunuşda qəbul edildi

“Peşə təhsili haqqında” qanun layihəsi 2-ci oxunuşda qəbul edildi

Dövlət qulluğuna qəbul üçün müsahibə mərhələsi davam edir

Dövlət qulluğuna qəbul üçün müsahibə mərhələsi davam edir

Təhsil eksperti iqtisadçı ekspertin Təhsil Nazirliyinə ünvanlanan təkliflərinə münasibət bildirdi

Təhsil eksperti iqtisadçı ekspertin Təhsil Nazirliyinə ünvanlanan təkliflərinə münasibət bildirdi

Peşə təhsili üçün böyük stimullaşdırma- Peşə təhsili hüququ kimlərə verilir?

Peşə təhsili üçün böyük stimullaşdırma- Peşə təhsili hüququ kimlərə verilir?

56 namizəd müsahibəyə gəlmədi

56 namizəd müsahibəyə gəlmədi

Dövlət qulluğuna müsahibədə 23 namizəd uyğun hesab edilib

Dövlət qulluğuna müsahibədə 23 namizəd uyğun hesab edilib

Tələbə qəbulu və buraxılış imtahanının keçirilməsi üçün 5 milyon ayrılıb

Tələbə qəbulu və buraxılış imtahanının keçirilməsi üçün 5 milyon ayrılıb

DİM ali təhsil müəssisələrinə ixtisas seçimi edən abituriyentlərə müraciət etdi

DİM ali təhsil müəssisələrinə ixtisas seçimi edən abituriyentlərə müraciət etdi

Nostrifikasiya İdarəsi ləğv edildi , Tİİ və Pİ birləşdirildi

Nostrifikasiya İdarəsi ləğv edildi , Tİİ və Pİ birləşdirildi

Müəssisə və təşkilatların idarə edilməsi

Müəssisə və təşkilatların idarə edilməsi

Ali təhsilə ayrılan vəsait açıqlandı

Ali təhsilə ayrılan vəsait açıqlandı

“Bilikli müəllimlər daha yüksək əməkhaqqı əldə etməlidir”

“Bilikli müəllimlər daha yüksək əməkhaqqı əldə etməlidir”

“Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında

Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycanda peşə təhsilinin inkişafı ilə bağlı 3,4 milyon dollarlıq layihəyə start verilib

Azərbaycanda peşə təhsilinin inkişafı ilə bağlı 3,4 milyon dollarlıq layihəyə start verilib

Ali məktəblər publik hüquqi şəxs statusunda...

Ali məktəblər publik hüquqi şəxs statusunda...

"Ali məktəblərdə təhsil haqları artırılacaq" - Ekspert səbəbi açıqladı

"Ali məktəblərdə təhsil haqları artırılacaq" - Ekspert səbəbi açıqladı