Xəbərlər / Ekspert
10 mart 2023
1 439


700 bal vacib deyil: Təhsildə nə dəyişməlidir - TƏKLİFLƏR


Martın 2-dən etibarən ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbuluna start verilib. Əri­zələrin qəbulu iki mərhələdə (V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər üçün bir mərhələdə) olmaqla internet vasitəsilə aparılır. Birinci mərhələsi martın 15-dək baş tutacaq.


Məlumat üçün bildirək ki, ötən il Azərbaycanda 48841 nəfər (o cümlədən 4927 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 23044 (o cümlədən 253 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 25797 (o cümlədən 4674 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Bəs bu il gözləntilər necədir? Hansı dəyişikliklər olacaq?

Mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti Nadir İsrafilov bildirib ki, hər il qəbul imtahanı ilə əlaqədar mənasız yerə ajiotaj yaradılır: “Qəbul prosesi hər il olur. Bu, artıq adi haldır. Lakin bu məsələ ətrafında həmişə müzakirələr aparılır. Əlavə nəyəsə ehtiyac yoxdur”.

Onun sözlərinə görə, təhsilə baxışımız dəyişməlidir: “Müzakirə olunan mövzuların başında bu il 700 bal yığanın olmaması, filan qədər məzunun müəyyən bal arası nəticə göstərməsi gəlir. Belə fikir var ki, 700  bal toplayan yoxdursa, deməli, təhsilin keyfiyyəti aşağı düşüb. Məsələ ondan ibarətdir ki, bizim elə qəbul illərimiz olub ki, heç 700 bal toplayan olmayıb. Növbəti ildə isə 22 nəfər 700 bal toplayıb. Bu baxımdan toplanan bal və tələbə qəbulunun nəticələri ilə təhsilin keyfiyyətinə qiymət vermək düzgün mövqe deyil. Təhsilin keyfiyyəti anlayışı tamam başqa şeydir. Kiminsə topladığı balla təhsilin keyfiyyətinə qiymət vermək düzgün mövqe sayılmır. Misal üçün 600-700 balla qəbul olunanlar arasında semestr imtahanlarında kəsilənlər, zəif nəticə göstərənlər olub. Test elə bir məsələdir ki, tələbə bu il 700 bal toplaya bilər. Növbəti il imtahana cəlb olunsa, 500 toplaya bilər. 

Bu saat testlə bağlı müzakirələrin getməsi əbəs yerə deyil. Biz kurikulum sistemini qəbul etmişik. Ənənəvi təhsil proqramları bilikyönümlü idi. Kurikulumda isə təhsil proqramları şəxsiyyətyönümlüdür. Səriştəyə əsaslanır. Bununla belə biz yenə də təhsili biliklə qiymətləndiririk. Bu qədər məzun 700 bal, bu qədər tələbə 0 bal yığdı və sair deyirik. Güman edilir ki, orta ümumitəhsil məktəbinin vəzifəsi ali məktəbə tələbə yetişdirməkdir. Ancaq bu heç bir rəsmi sənəddə öz əksini tapmayıb. Məktəbin vəzifəsi öz yetirmələrini müəyyən bilik məcmusu ilə silahlandırmaq deyil. Bizim təhsilimizin əsas vəzifələrindən biri hərtərəfli ahənglə inkişaf etmiş şəxsiyyət yetişdirməkdir.  Yoxsa "ötən il bu qədər abituriyent 700 bal yığmışdı, bu il bu qədər aşağı düşdü, bununla da təhsilin keyfiyyəti aşağı düşdü, təhsil dağıldı, batdı kimi" təhlillərə ehtiyac yoxdur. Təhsillə bağlı yanaşmalar dəyişilməlidir. Baxış tərzimiz dəyişməlidir. Bu il belə olar, gələn il başqa cür. Bunu təhsildəki inkişafın sürətinin aşağı düşməsi ilə əlaqələndirmək düzgün deyil". 


 N.İsrafilov qaydalardakı dəyişikliklərin, cəmiyyətdə gedən proseslərin qəbul imtahanlarının nəticələrinə təsir göstərdiyini bildirib:


"1991-ci ilə qədər imtahanlar yazılı və şifahi formada olub. 1992-ci ildə test üsulu tətbiq edildi. Nə qədər fərq əmələ gəldi. Daha sonra biz ali məktəblərdə yazılı imtahanlar keçirməyə başladıq. Bu, tələbələrin etirazına səbəb oldu. 9-cu sinifin imtahanlarına esse salmışdıq. Ancaq bu da bir-iki il çəkmədi, yığışdırıldı. Çünki onlar inşa, imla, ifadə yazmamışdılar. Birdən-birə esse tələbi şübhəsiz ki, keyfiyyətə təsir göstərdi. Əvvəl qapalı testlər olurdu. İndi açıq testlərin sayını artırırıq. Axı, məzunda açıq testlərə adaptasiya yoxdur. Ona görə də, dəyişiklik bilik keyfiyyətinə təsir edir. Bir sözlə, təhsildə sistem oturuşmalıdır. Təhsilin keyfiyyətində aşağı düşmələri, enmələri nəzərə alıb, o sahədən qayıtmalı deyilik. Təhsili eksperiment mövqeyinə çevirməməliyik. Belə üsul tətbiq etdik, nəticə aşağı oldu, bunu aradan qaldıraq deməməliyik. Əgər məqsəd qoyulubsa, onun ardınca getməliyik. Ancaq biz bir il çətin suallar salıb görürük ki, qəbul yerləri boş qalır, dərhal yerləri doldurmaq üçün asanlaşdırmalar aparırıq. Bu cür gedişlər təhsilin keyfiyyətinə istər-istəməz təsir edir. Ona görə də keçən il belə idi, bu il belə oldu deyə polemikalara keçməyimiz əhəmiyyətsizdir. 30 il keçməsinə baxmayaraq, biz hələ də təhsildə keçid dövrünü yaşayırıq. Biz 70 il sovet sistemində olmuşuq, indi də Qərbə inteqrasiya edirik. İnteqrasiya həm uğurlu, həm də uğursuz alınır. Baloniya və kurikuluma keçiddə nə qədər mübahisələr oldu. Bunlar tam oturuşana qədər keyfiyyət aşağı düşə bilər. Bundan narahatlıq keçirib, təhsil haqqında ümumi fikir irəli sürmək düzgün deyil”.



Professor, təhsil üzrə mütəxəssis Şahlar Əsgərov isə qəbulda heç bir yeniliyin gözlənilmədiyini söyləyib:


“Qəbul prosesi hər il necədirsə, bu il də belə olacaq. Nə demək olar. 30 il mən cəmiyyətə öz konsepsiyamı irəli sürdüm. Cəmiyyət bunu qəbul etmədi. Ona görə də, bu haqda mən danışmaq istəmirəm”.


O, testlə bağlı aparılan müzakirələrə də münasibət bildirib: “Test imtahanı ilə bağlı məsələ elmidir. Bunu elmi mühitdə müzakirə etmək olar. Bu publisistik məsələ deyil. Testin üstünlüyü də, qüsuru da var. İndi nə zaman güzəştə getmək lazım olduğuna baxmaq lazımdır. Azərbaycan elə vəziyyətdir ki, qəbul imtahanına ehtiyac yoxdur.  Orta məktəbin yekun imtahanı ilə qəbul imtahanı birləşməlidir. Bunu sovet dövründə etmək olmazdı. Bugünkü Azərbaycanda mümkündür. Çünki 100 nəfərdən 60-70-ni ölkə oxuda bilir. Əgər 100 nəfərdən 60-70-i oxusa, yetərlidir. Gənclər ali təhsilə meyillidir. Psixoloji cəhətdən, əqli cəhətdən zəif olanların ali məktəbə ehtiyacı yoxdur. Onlara sənəd də bəs edər. Onları çıxanda ali məktəbdə yerlərin sayı tələbənin sayı qədərdir. İmtahan götürməyi əhəmiyyətli hesab etmirəm. Ali məktəbə giriş qapısında yox, çıxış qapısında imtahan götürmək lazımdır. Bununla da güclü həkim, hüquq diplomu vermək mümkün olacaq".

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
KİŞİNİN HƏYAT YOLDAŞINDA BƏYƏNDİYİ 98 KEYFİYYƏT

KİŞİNİN HƏYAT YOLDAŞINDA BƏYƏNDİYİ 98 KEYFİYYƏT

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Direktor olmaq istəyənlər -  Qaninvericilikdən testlər  cavablarla

Direktor olmaq istəyənlər - Qaninvericilikdən testlər cavablarla

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında yeni tələbə qəbulu qaydaları açıqlanıb

Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında yeni tələbə qəbulu qaydaları açıqlanıb

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

DİM ali təhsil müəssisələrinə tələbə qəbulu elan edir

DİM ali təhsil müəssisələrinə tələbə qəbulu elan edir

Bu gün təhsildə nə dəyişməlidir?

Bu gün təhsildə nə dəyişməlidir?

Kimlərin boş qalan yerlərə və kolleclərə qəbul üçün keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur

Kimlərin boş qalan yerlərə və kolleclərə qəbul üçün keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur

Bölgələrdə istedadlı uşaqlar üçün 5 yeni lisey

Bölgələrdə istedadlı uşaqlar üçün 5 yeni lisey

2022-ci təqvim ili rəqəmlərdə

2022-ci təqvim ili rəqəmlərdə

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Ali məktəbələrə və kolleclərə sənəd qəbulu QAYDALARI açıqlandı

Ali məktəbələrə və kolleclərə sənəd qəbulu QAYDALARI açıqlandı