AzTehsil.com


Xəbərlər / Ekspert
24 sentyabr 2022
1 184


Nadir Israfilov: ”Məktəblərin strukturuna yenidən baxılmalı və addımlar atılmalıdırsa…”




 İlk növbədə ümumi təhsil müəssələrinin rəhbər vəzifələrinin əmək funksiyalarından başlanılmalıdır.


Bu günlərdə feysbuk dostluğumda olan jurnalist yoldaşlardan birindən belə bir mesaj aldım:


 “Axşamınız xeyir Nadir müəllim. Necəsiniz? Çox üsr istəyirəm narahat etdiyimə görə. Bir məsələni dəqiqləşdirməyə kömək edin: Orta məktəbdə təşkilatçı dediyimiz "Zavuç" direktor müavini gedir, yoxsa elə təşkilatçıdı sadəcə?”


 Düzü, bu və bu kimi suallarla birinci dəfə  deyil ki, üzləşirdim. Sadəcə, vaxt məhdudluğundan hər dəfə sualları çavablandırmaq imkanım olmurdu. Maraqlı olduğu qədər də, bir çoxları üçün düşündürücü ola biləcək və əlavə suallar doğura biləcək məsələdir. Məsələn, nəyə görə təssərrüfat işlərinə baxanqulluqçu direktor müavini sayılmalıdır, məktəbdənkənar və sinifdən xaric işlərə baxan təşkilatçı olmalıdır? Bəlkə, o maddi-məsul şəxs olduğundan onu belə şərəfləndirmişik? Bəlkə, tərbiyə işləri üzrə direktor müavini məsuliyyəti təssərrüfat işlərinə baxandan azdır və tərbiyə işi bizim üçün təsərrüfat işləri ilə müqayisədə o qədər də önəm daşımır? Bu, maddiyyatı mənəviyyatdan üstün tutmaq deyilsə, bəs onda bunun başqa adı nədir? Əgər, tərbiyə işləri üzrə direktor müavini ştat vahidi varsa, tədris işləri üzrə direktor müavininin əmək funksiyasına mötərizədə təlim tərbiyə əlavəsini etməyə nə ehtiyac vardı? Bəlkə, bununla tədris (təlim-tərbiyə) işlərinə  baxan şəxsin birinci müvin sayıldığına eyham vururuq? Əgər, məktəbdənkənar və sinifdən xaric tərbiyə işi üzrə təşkilatçı da  tərbiyə işləri üzrə direktor müavini eyni işi görürsə əlavə ştat vahidinə nə ehtiyac vardı?


 “Niyə”lər, “əgər”lər, “bəlkə”lər çoxdur, sözüm onda yoxdur...


 Nazir Emin Əmrullayevin gec də olsa, “Məktəblərin strukturuna yenidən baxılmalı və addımlar atılmalıdır” kimi yerinə düşən açıqlamasna rəğmən deməyim odur ki, əgər, məktəblərin strukturuna yenidən baxılmalı və addımlar atılmalıdırsa, ilk növbədə ümumi təhsil müəssələrinin rəhbər vəzifələrinin əmək funksiyalarından başlanılmalıdır.


 Dünyanın təhsil sistemində bir neçə geniş yayılmış məktəb modeli var ki, onlardan biri də alman təhsl sistemi üzərində yaradılmış sovet təhsil məktəbi modeli olub. 1999 –cu idə Azərbaycan Respulikasında təhsil islahatları başlasa da ümumi təhsil məktəblərində struktur dəyiişilikliyi ilə bağlı demək olar ki, əsaslı addım atılmayıb və məktəblərimizdə müəllim vəzifəsi yaranmış dərs saatlarına ( həftəlik 18 saat olmaqla) , digər vəzifələr isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 may 1996-ci il tarixli 59 №-li Qərarı (Azərbaycan Respublikası ibtidai, əsas, orta ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları) ilə müəyyən edilir. Həmin Qərarın 3-cu bəndində göstərilir ki, “10-dək sinif-komplekti olan orta ümumtəhsil məktəblərində, liseylərdə və gimnaziyalarda 0,5 vahid, 10 və daha çox sinif-komplekti olduqda bir vahid uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsi müəyyən edilir”.


 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş  “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın  Giriş hissəsində verimiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin adı və əməyinin ödəniş dərəcələri diapazonu” cədvəlində ümumi təhsil müəssələrinin rəhbər vəzifələrində həm tərbiyə işləri üzrə direktor müavini , həm də məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələri verilmişdir.


 “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın  7-ci bölməsinə baxsaq görərik ki, hər iki vəzifənin əmək funksiyaları eynidir.


 -TƏRBİYƏ İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ - Əmək funksiyası. Məktəbin əsasnaməsinə uyğun olaraq məktəbdə tərbiyə işinə rəhbərlik edir. Müəllimlərin, psixoloqların, tərbiyəçilərin, uşaq birliyi təşkilatının, sinif, dərnək rəhbərlərinin, valideynlərin, ictimai təşkilatların, şagird özünüidarə orqanlarının və hüquq-mühafizə orqanlarının köməyi ilə şagirdlərin tərbiyə işini təşkil edir. Gənclərin milli-mənəvi, əxlaqi dəyərlər zəminində formalaşmasına, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, çağırışaqədərki hazırlığına, fiziki inkişafına və bədii-texniki yaradıcılığına, turizm, diyarşünaslıq və ekskursiya məsələlərinə rəhbərlik edir. Müvafiq tədris müəssisələri, yaradıcılıq ittifaqları, idarə və təşkilatlarla əlaqə yaradır, birgə kütləvi tədbirlər keçirir. Təhsil alan uşaqlar arasında hüquq pozuntuları və cinayətkarlıq hallarına qarşı geniş miqyaslı profilaktik işin təşkilini və ona rəhbərliyi təmin edir.


 -MƏKTƏBDƏNKƏNAR VƏ SİNİFDƏNXARİC TƏRBİYƏ İŞİ ÜZRƏ TƏŞKİLATÇI - Əmək funksiyası. Məktəbin əsasnaməsinə uyğun olaraq məktəbdə tərbiyə işinə rəhbərlik edir. Müəllimlərin, psixoloqların, tərbiyəçilərin, uşaq birliyi təşkilatının, sinif, dərnək rəhbərlərinin, valideynlərin, ictimai təşkilatların, şagird özünüidarə orqanlarının və hüquq-mühafizə orqanlarının köməyi ilə şagirdlərin tərbiyə işini təşkil edir.


 Gənclərin milli-mənəvi, əxlaqi dəyərlər zəminində formalaşmasına, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, çağırışaqədərki hazırlığına, fiziki inkişafına və bədii-texniki yaradıcılığına, turizm, diyarşünaslıq və ekskursiya məsələlərinə rəhbərlik edir. Müvafiq tədris müəssisələri, yaradıcılıq ittifaqları, idarə və təşkilatlarla əlaqə yaradır, birgə kütləvi tədbirlər keçirir. Təhsil alan uşaqlar arasında hüquq pozuntuları və cinayətkarlıq hallarına qarşı geniş miqyaslı profilaktik işin təşkilini və ona rəhbərliyi təmin edir “.


 Göründüyü kimi hər iki vəzifənin əmək funksiyaları , ödəniş dərəcələri , vəzifəyə qoyulmuş tələblər eynidir, sadəcə adlarda fərq var. Amma istər 59№-li Qərarda, istərsə də “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda  təsərrüfat işləri üzrə direktor müavini və ya tədris işləri üzrə direktor müavinindən fərqli olaraq ümumi təhsil məktəblərində hansı halda tərbiyə işləri üzrə direktor müavini , hansı halda məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı olması göstərilməyib.


 Mövcud vəziyyət belədir ki, məktəblərimizin bir hissəsində bu vəzifədə işləyənlər ya tərbiyə işləri üzrə direktor müavini , bir hissəsində isə  məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı adlanır və onlar işə qəbul olunan zaman əmək müqaviləsində vəzifələri belə göstərilib.Necə adlandırılmasından asılı olmayaraq onlar məktəbdə müavin kimi tanınırlar , tərbiyə işinə rəhbərlikm edirlər, üzərlərinə böyük məsuliyyət düşür.


“Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 18 avqust 2022-ci il tarixli №1815 Sərəncamı və  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 20 avqust tarixli 321 nömrəli Qərarı ilə təsdiq edilmiş  “Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) vəzifə maaşlarına aylıq əlavələr” sonra məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçıların müavin hesab edilməməsi və bu əlavələrin onlara şamil edilməməsi bu vəzifədə çalışanların haqlı narazılıqlarına səbəb ola bilər. 


Davamı var




Загрузка...
Həmçinin oxuyun:
Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemindəki məktəbdənkənar müəssisə haqqında nümunəvi əsasnamə

Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemindəki məktəbdənkənar müəssisə haqqında nümunəvi əsasnamə

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Əmək Məcəlləsindən çıxarış   Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əmək Məcəlləsindən çıxarış Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Əmək müqaviləsinin  bağlamnması  , məzmunu, forması , müddəti

Əmək müqaviləsinin bağlamnması , məzmunu, forması , müddəti

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə NK-nın 186 saylı QƏRARI

İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə NK-nın 186 saylı QƏRARI

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Metodbirləşmələr

Metodbirləşmələr

İmtahana necə hazırlaşmalı ?

İmtahana necə hazırlaşmalı ?

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Tədris işləri üzrə direktor müavininin vəzifə təlimatı

Tədris işləri üzrə direktor müavininin vəzifə təlimatı

Məktəb direktorları üçün müsahibə sualları

Məktəb direktorları üçün müsahibə sualları

Əmək münasibətləri - Əmək mübahisələri

Əmək münasibətləri - Əmək mübahisələri

Xoşbəxt və uğurlu həyatın əsas mənbəyi

Xoşbəxt və uğurlu həyatın əsas mənbəyi