AzTehsil.com


Xəbərlər / Ekspert
08 sentyabr 2022
1 050


Azərbaycanda 13 yaşlı qızın ana olmasının günahkarları kimlərdir? - ARAŞDIRMA + FOTO




Ötən gün Bakı şəhərində 13 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı məlumat yayılıb. 


Belə ki, baş verən hadisə uzun müddət gizlədilib və ev şəraitində doğum reallaşıb. Lakin qızın halının pisləşməsi və təcili yardıma müraciətindən sonra məlum olub. 


Qeyd edək ki, ölkədə icbari təhsil 9 illikdir və VIII sinif şagirdinin uzun müddət dərsdən yayınması, onun təhsil ocağına gəlməməsi ilə maraqlanılmaması ciddi müzakirə yaradıb. 


Elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında məsələnin hüquq-mühafizə orqanları tərəfindən araşdırıldığını bildirib. 


Eyni zamanda, nazir məktəblinin hamilə olan zaman təhsil ocağına gələ biləcəyini də vurğulayıb. 



Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırma yekunlaşdıqdan sonra ictimaiyyətə məlumat veriləcək:


“Əgər məktəbin fəaliyyətindən irəli gələn digər təfərrüat olarsa, müvafiq tədbirlər görüləcək”.


Şagird hamilə ola-ola məktəbə gedə bilərmi? 


Vəkil Tural Hüseynov deyir ki, məktəb işçilərinin və müdiriyyətin şagirdlərdən hər hansı birinin səhhətində gedən prosesləri müəyyən etmək və bununla bağlı rəy vermək səlahiyyəti yoxdur:


“İlk növbədə bildirirəm ki, suala cavab vermək üçün məktəb müdiriyyəti və işçilərinin vəzifələri barədə qanunvericiliklə müəyyən edilmiş normalarla cinayət qanunvericiliyinin aidiyyəti normalarını qarşılıqlı sürətdə təhlil etmək vacibdir.


Belə ki, “Ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam Qaydaları”nın 14-cü maddəsinin “ç” bəndinə əsasən, şagirdlərin həyat və sağlamlığının mühafizəsi üçün qayda və təlimatlarda nəzərdə tutulmuş təhlükəsizlik texnikası və əməyin mühafizəsi, istehsalat sanitariya və gigiyenası, yanğından mühafizə tələblərinə əməl etmək, zəruri fərdi mühafizə vasitələrindən istifadə məktəb işçilərinin vəzifəsi kimi müəyyən edilib.


Eləcə də Qaydaların 20-ci maddəsinin “g” bəndinə əsasən, şagirdlərin və məktəb işçilərinin həyatının və sağlamlığının qorunması üçün təminedici şərait yaratmaq, işçilərin texniki təhlükəsizlik, istehsalat sanitariyası və gigiyenası, yanğından mühafizə qaydalarına dair təminatın tələblərini bilmək, onlara riayət olunmasına nəzarət etmək məktəbin müdiriyyətinin vəzifəsi kimi müəyyən edilib.  


Sadalanan normalardan da məlum olduğu kimi, məktəbin müdiriyyətinin və işçilərinin yalnız dərs vaxtında şagirdlərin sağlamlığı ilə bağlı təlimat və qaydalarla müəyyən edilmiş zəruri tədbirləri görmək öhdəliyi mövcuddur. 


Deməli, məktəbdənkənar vaxtlarda şagirdlərin sağlamlığının mühafizəsi ilə bağlı məktəbin müdiriyyəti və işçilərinin hər hansı vəzifəsi müəyyən edilməyib. Digər tərəfdən qeyd olunmalıdır ki, məktəb işçilərinin və müdiriyyətinin şagirdlərdən hər hansı birinin səhhətində gedən prosesləri (xəstəlik, hamiləlik, və s) müəyyən etmək və bununla bağlı rəy vermək səlahiyyəti yoxdur. Bu məsələ ilə bağlı yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət göstərən tibb müəssisələri və həkimlər səlahiyyətlidirlər”.



“Burada digər nəzərə alınmalı məsələ şagirdin dərsə davamiyyətidir. Ümumtəhsil məktəblərində şagirdlərin daxili intizam qaydaları haqqında təlimatın 4.1-ci maddəsinə əsasən şagirdlər məktəbə gecikmədən, dərslərin başlanmasından əvvəl, vaxtında gəlməlidirlər. Təlimatın 4.6-cı maddəsinə əsasən, dərsləri buraxan zaman şagird olmamasının səbəbinin üzrlü olmasını təsdiq edən sənəd təqdim etməlidir. 


Təlimatın 5.1-ci maddəsinə əsasən dərs zamanı şagird, dərs cədvəlinə uyğun olaraq, müvafiq kabinetdə olmalıdır”, - deyə o əlavə edib. 


Vəkil qeyd edib ki, dərsə gəlməyən şagirdlərin gəlməməsinin səbəbləri şagird və onun valideyni ilə araşdırılmalı, zərurət olduqda şagird barəsində məsuliyyət tədbirinin görülməsi ilə bağlı məktəb müdiriyyəti qarşısında məsələ qaldırılmalıdır:


“Əks halda bu, onun özü barəsində intizam icraatının aparılması ilə nəticələnə bilər. 

Hazırda müzakirə edilən məsələ (13 yaşlı məktəbli qızın hamilə qalması) ilə bağlı Cinayət Məcəlləsinin 152.2 (On dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) və 149.3.3-cü (Zorlama, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə cinayət işi başlanıla bilər. 


Nəzərə alınmalıdır ki, məktəb müdiriyyəti və işçiləri əgər törədilmiş cinayət əməl(lər)i (şagirdin hamilə olması və zorlanma ehtimalının olması) barədə məlumatlı olduğu müəyyənləşsə, bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməmələri və cinayət əməlini gizlətmələri ilə əlaqədar Cinayət Məcəlləsinin 307-ci (Cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə) maddəsi ilə məsuliyyətə cəlb oluna bilərlər”.  


Deputat Ceyhun Məmmədov isə bildirib ki, bu məsələdə məktəb rəhbərliyinin üzərinə ciddi məsuliyyət düşür:


“Şagirdlərin davamiyyəti məsələsinə ciddi nəzarət edilməlidir. Məktəblərdə yalnız təhsil yox, tərbiyə də verməlidir. Bu, vacib məsələdir. 13 yaşlı qız məktəbdə olmalıdır. Əgər o, orada yoxdursa, haradadır?! Buna məktəb nəzarət etməlidir. Bu hal baş veribsə, məktəb direktoru, müavinləri və müəllimlər bu məsələdə məsuliyyət daşıyırlar.


Eyni zamanda, müvafiq icra hakimiyyəti orqanlarının da üzərinə böyük vəzifə düşür. Əvvəllər orada komissiyalar var idi. İndi onların fəaliyyəti gücləndirilməlidir. Bu kimi hallar şagirdlərinin bir-birinə münasibətləri, əlaqələri nəzarətdə olmalıdır ki, belə hadisələrlə rastlaşmayaq. Artıq neçənci dəfədir ki, belə hal baş verib. Bu məsələləri gizlətmək yox, həll etmək lazımdır”.



Təhsil eksperti Nadir İsrafilov saytımıza açıqlamasında bildirib ki, qanunvericilik baxımından təhsilini davam etdirməlidir, mentalitetə görə məktəb dəyişdirilməlidir:


“Son dərəcə qarışıq və dolaşıq məsələdir. Nəinki istintaq orqanları tərəfindən, məktəbdə və ailədə də ciddi araşdırma tələb edir.


Təcavüzün zorakılıq və ya könüllülük əsasında baş verməsinə hüquq-mühafizə orqanlarının verdiyi qiymətdən asılı olmayaraq, hadisənin əxlaq və mənəvi tərəfləri bilavasitə təhsil orqanları tərəfindən qiymətləndirilməlidir. Təəssüf doğuran cəhət isə ondan ibarətdir ki, hadisə nisbətən xarakterik sayıla biləcək ali məktəbdə deyil, məhz orta məktəbdə baş verib.


Bununla belə istənilən araşdırmanın nəticəsindən asılı olmayaraq, Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsində göstərilir ki, dövlət hər bir vətəndaşın təhsil almaq hüququnu təmin edir və təhsilin hər hansı pilləsindən və səviyyəsindən məhrum edilməsinə yol verilmir.


Bakıda 13 yaşlı qızın ana olması ilə bağlı mətbuatda və sosial şəbəkə üzərindən paylaşımlardan, həmin şagirdin məktəbdən uzaqlaşdırılıb-uzaqlaşdırılmaması ilə bağlı fikirlərlə bağlı onu deyə bilərəm ki, məsələ ilə bağlı hüquqi boşluq var. Bu və digər məsələlər, hər bir məktəbin Nizamnaməsi ilə tənzimlənməlidir ki, hansı hallarda şagird məktəbdən xaric edilə bilər”.


Ekspert əlavə edib ki, təəssüf ki, indiyə qədər məktəblərimizin nizamnaməsi yoxdur:


“Yenilənmiş nizamnamənin olmaması məktəblərin idarə edilməsində ciddi boşluqlar yaradır. Məsələnin digər tərəfi ondan ibarətdir ki, uşaq və yeniyetmələrlə təkcə məktəb işləmir. Rayon polis idarələrində yetkinlik yaşına çatmayanlarla iş şöbələri var, eyni zamanda, rayon icra hakimiyyətlərinin humanitar şöbələrində yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi ilə bağlı Komissiya fəaliyyət göstərir.



Cəmiyyətin və mətbuatın məktəb yaşlı uşaqlarla bağlı istənilən xoşagəlməz hadisələri məktəblə bağlamasını doğru saymıram. Bu kimi hallar birinci dəfə olmayıb, bir sıra bölgələrimizdə, xüsusilə Bakı və Abşeron məktəblərində dəfələrlə qeydə alınıb və nədənsə bunların üzərindən sükutla keçilib. Təhsil qanunvericiliyimizdə məktəblərdə baş verən fors-major hallarla bağlı lazımi aydınlıq yoxdur. İstənilən halda həmin şagird qanunvericilik baxımından təhsilini davam etdirməlidir. Mentalitetə görə isə onun oxuduğu məktəb dəyişdirilməlidir”.







Загрузка...
Həmçinin oxuyun:
Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

"Azərbaycanın təhsil müəssisələrində davamiyyətə nəzarət yüksək səviyyədə olmadığından şagirdlərin təhsildən yayınması gözləniləndir"

"Azərbaycanın təhsil müəssisələrində davamiyyətə nəzarət yüksək səviyyədə olmadığından şagirdlərin təhsildən yayınması gözləniləndir"

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

“MƏKTƏBLİNİN DOSTU” Azərbaycanda inqilabdır

“MƏKTƏBLİNİN DOSTU” Azərbaycanda inqilabdır

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair     SUAL-CAVAB

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair SUAL-CAVAB

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti  QAYDASI

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI