AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / Yazarlar / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Texnologiya
29 sentyabr 2025
687

“Məktəblərdə rəqəmsal bacarıqlar proqramlarını genişləndiririk"

“Qlobal texnologiya şirkətlərinin digər regionları seçməsinin səbəbləri var. Bununla belə, son aylarda ABŞ-nin tanınmış texnologiya şirkəti “Anexola”nın Bakıda ofis açmaq qərarı məni xüsusilə qürurlandırdı”.

AzTehsil.com xəbər verir ki bu sözləri bu gün Bakıda “PAŞA Holding”in təşkilatçılığı ilə keçirilən  beynəlxalq “INMerge” İnnovasiya Sammitində (INMerge Innovation Summit 2025) rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

Nazir qeyd edib ki, “Anexola” təkcə ofis deyil, həm də tədqiqat və inkişaf (R&D) laboratoriyaları yaratmaq niyyətindədir:

“Şirkətin prezidenti aparıcı xəbər agentliklərindən birinə verdiyi müsahibədə Azərbaycan mühəndislərinin peşəkarlığından, yaradıcılığından, fədakarlığından və iddialılığından çox təsirləndiyini vurğulayıb. Bu, bizim üçün qürurvericidir”, – deyə R.Nəbiyev bildirib.

O eyni zamanda qeyd edib ki, Azərbaycan hələ də bu sahədə tam potensialını reallaşdırmayıb:

“IT alətlərinin ixracı sahəsində böyük imkanlarımız var. Bu imkanların reallaşdırılmasının əsas şərtlərindən biri də istedadlı mütəxəssislərin yetişdirilməsidir və bu istiqamətdə komanda yoldaşlarımızla birlikdə ardıcıl iş aparırıq”, – nazir əlavə edib.

Onun sözlərinə görə, Prezidentin tapşırığına əsasən, demək olar ki, bütün səviyyələrdə insan kapitalına ciddi sərmayə yatırılır:

“Məktəblərdə rəqəmsal bacarıqlar proqramlarını genişləndiririk və bu istiqamətdə artıq qeyd etdiyim şirkətlərlə əməkdaşlıq edirik. Məqsədimiz çox aydındır: minlərlə gəncin qlobal səviyyədə öz karyerasını qurması, rəqabət aparması və uğur qazanması üçün yol açmaqdır. Bugünkü sammitdə biz hamımız rəqəmsal innovasiya hekayəsini eşitdik və mən bir daha vurğulamaq istəyirəm ki, bu proses davamlı olacaq”.

Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Zalda hər tələbə üçün xüsusi ofis yaradılıb..Dünyanın ən maraqlı altı məktəbi- FOTOLAR

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

700 bal toplayan abituriyentin arzusu diplomat olmaqdı- VİDEO

İlham Əliyev: “Koronavirusun nə vaxta qədər yayılacağını heç kəs bilmir”

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Muzeyləri onlayn ziyarət etmək imkanı yaradılıb

Ceyhun Kərəmov: Elə müəssisələrimiz var ki...- Müsahibə

"Rəqəmsal bacarıqlar" layihəsi Təhsildə İnnovasiyalar üzrə Dünya Sammitində

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Bakıda keçiriləcək Avrasiya Universitetləri Sammitində ...- Ətraflı

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

“Təhsil, innovasiyalar və iqtisadiyyat” mövzusunda panel müzakirəsi keçirilib

İnnovasiya ekosistemi və ali təhsil

İnnovasiya ekosistemi və ali təhsil

İlham Əliyev yeni təhsil nazirini qəbul etdi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

230 №-li tam orta məktəbdə Xəzər RPİ-nin birgə təşkilatçılığı ilə " Narkomaniya sosial bəladır " adlı maarifləndirici tədbir keçirilmişdir.

Təhsil mürəkkəb dinamik sistemdir

Təhsil mürəkkəb dinamik sistemdir

BMU Texnoparkı “Innovation Lab” sertifikatına layiq görülüb

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz,  bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

Çox maraqlı və zəngin təhsil yolu.

Çox maraqlı və zəngin təhsil yolu.