AzTehsil.com

Xəbərlər / Təsarufat işləri üzrə dr/müavini / Direktor / Müəllim
29 sentyabr 2025
848

Maliyyə-təsərrüfat sənədləri

Maliyyə-təsərrüfat sənədləri 

AzTehsil.com təqdim edir.

Maliyyə-təsərrüfat sənədlərinə aiddir: Məktəbin texniki pasportu, əsas vəsaitlərin inventar siyahısı, materialların anbar uçotu kitabı, müəssisənin ehtiyacı üçün materialların verilməsi cədvəli, istismarda olan ucuz qiymtəli və tez işlənən əşyaların  hərəkətinin operativ (miqdarca) uçotu cədvəli, məktəbin kitabxana fondunun inventar kitabı.

Göstərilən sənədlər əmlakın bütövlüyünə və mühafizəsinə, onlardan düzgün istifadə olunmasınaməsul şəxslər tərəfindən aparılır (təsərrüfat müdirləri, direktorun təsərrüfat işi üzrə müavini, kabinet müdirləri, bədən tərbiyəsi müəllimləri, hərbi rəhbərləri, məktəbyanı internat müdirləri, kitabxanaçıları və s.).

Bundan əlavə, məktəbdə rayon (şəhər) təhsil şöbəsi müdiri tərfindən təsdiq edilmiş mövcud ştat cədvəli, müəllimlərin tarifləşmə siyahısı olmalıdır.

Məktəbin texniki pasportu.

Məktəb binasının, müvafiq sxemlər əlavə edilməklə bütün tədris, təsərrüfat və digər binaların, kommunikasiyanın (su kəməri, kanalizasiya, istilik sistemi, işıqlandırma, qazlaşdırma, radiolaşdırma, telefonlaşdırma) xarakteristikası verilən əsas sənəddir.

Məktəbin pasportunun forması, habelə onun doldurulması qaydası Təhsil Nazirliyi tərəfindən təsdiq edilir. Daimi saxlanılır.

 Əsas vəsaitlərin inventar siyahısı.

Əsas vəsaitlərin (kitabxana əmlakından başqa) operativ uçotunu aparmaq üçün tətbiq olunur və maddi-məsul şəxslərdə saxlanılır. Inventar siyahılarında uçot əsas fondların təsnifatına uyğun olaraq bina və qurğular, tədris avadanlığı və inventar, yataq lavazimatı, paltar və ayaqqabı, təsərrüfat inventarı, nəqliyyat vasitələri və i.a. üzrə ayrılıqda aparılır, daimi saxlanılır.

Materaiların anbar uçotu kitabı.

Maddi məsul şəxslər tərəfindən ucuz qiymətli və tez işlənən əşya və materialları göstərmək üçün istifadə olunur. Daimi saxlanılır.

 Məktəbin kitabxana fondunun inventar kitabı.

Hər bir məktəb kitabxanasında bütün mətbuat əsərləri, habelə oxuculara xidmət etmək üçün alınan digər şeylər inventar kitabında yekun və fərdi surətdə qeydə alınmalıdır. İnventar kitabının forması, həmçinin onun aparılması qaydası respublika Mədəniyyət Nazirliyinin xüsusi təlimatı ilə müəyyən edilmişdir. Hər rübdə inventar kitabında qeyd olunmuş kitabların miqdarı və dəyəri mühasibat məlumatı ilə tutuşdurulur. Kitabxana fondunun yenidən inventarlaşdırılması, habelə inventar kitabının yenidən yazılması qadağandır. Ayrı-ayrı hallarda rayon (şəhər) Təhsil Şöbəsinin xüsusi icazəsi ilə fondun yenidən inventarlaşdırlmasına və inventar kitabının yenidən yazılmasına yol verlir. Daimi saxlanılır.

Müəssisənin ehtiyacı üçün materialların verilməsi cədvəli.

Anbardan materiallrın verilməsinin rəsmiləşdirilməsi üçün tətbiq olunur. Cədvəldə qeydlərin elə qaydada aparılması tövsiyə edilir ki, hər növ materialın ay ərzində yekunu haqqında həmin cədvəldə aəlvə iş aparılmadan məlumat almaq mümkün olsun. Cədvəl məktəbin direktoru tərəfindən təsdiq olunur və sərf olunmuş materialların silinməsi üçün əsas hesab edilir.

Cədvəl mərkəzləşdirilmiş mühasibatlıq tərəfindən müəyyən olunmuş vaxtda oraya təqdim edilir. Daimi saxlanılır.

 İstismarda olan ucuz qiymətli və tez işlənən əşyların hərəkətinin operativ (miqdarca) uçotu cədvəli.

İstifadədə olan ən ucuz inverntarların uçotu üçün maddi məsul şəxs tərəfindən tərtib olunur. Yararsız vəziyyətə düşən əşyalar tam silinmədikdə "Çıxdaş haqqında qeyd” qrafasında silinən əşyaların miqdarının göstərilməsi, sonra isə növbəti ağ sətirdə istifadədə qalan əşyaların yenidən qeyd edilməsi tövsiyə olunur.

Göstərilən ucuz qiymətli və tez işlənən əşyalar çıxdaş edildikcə onların qalığı yeni  alınmış  əşyalar nəzərə alınmaqla təzə cədvələ köçürülür. Daimi saxlanılır.

Həmçinin oxuyun:
Məktəb sənədlərinin aparılması və saxlanması haqqında TƏLİMAT

Məktəb sənədlərinin aparılması və saxlanması haqqında TƏLİMAT

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

“Bədən dili”ndən necə düzgün istifadə etmək olar? - VİDEO

“Bədən dili”ndən necə düzgün istifadə etmək olar? - VİDEO

Təhsil müəssələrində kargüzarlıq işinin aparılması qaydaları..

Təhsil müəssələrində kargüzarlıq işinin aparılması qaydaları..

Məktəblərdə kargüzarlıq işinin aparılması qaydaları..

Məktəblərdə kargüzarlıq işinin aparılması qaydaları..

Təhsil müəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturu normativləri

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemindəki məktəbdənkənar müəssisə haqqında nümunəvi əsasnamə

Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemindəki məktəbdənkənar müəssisə haqqında nümunəvi əsasnamə

Azərbaycanda internat məktəblərinin bazasında gimnaziyalar yaradılıb

Azərbaycanda internat məktəblərinin bazasında gimnaziyalar yaradılıb

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

100 baldan aşağı nəticə ilə kolleclərə qəbul olmaq olar

100 baldan aşağı nəticə ilə kolleclərə qəbul olmaq olar

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

İnternat məktəblərində ştat cədvəlləri necə tərtib olunur?- Fərqlər və istisnalar

İnternat məktəblərində ştat cədvəlləri necə tərtib olunur?- Fərqlər və istisnalar

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu  QAYDALARI

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI