AzTehsil.com


Xəbərlər / Ekspert
03 sentyabr 2022
834


Ali məktəblərə attestatla qəbul, yoxsa...?




Nadir İsrafilov: Qəbulla bağlı istənilən modelə keçid mərhələli şəkildə olmalıdır. Biz hələ ki, buna lazımi qədər hazır deyilik. Aralıq mərhələnı keçməliyik…


 “Son zamanlar ali məktəblərə qəbul attestatla olsun!”; “Ali məktəblərdə dövlət imtahanı ləğv olunsun!” və s. bu kimi çağırışlar səsləndirilir, ali məktəblərə qəbul imtahanlarının ağır şərtlərlə keçirilməsi, ali məktəblərə qəbul üçün tətbiq olunan test imtahanlarının özünü doğrultmadığı və bu prosesin sadələşdirilməsi təklif olunur. Hansısa ölkələrdə belə təcrübənin geniş yayıldığı əsaslandırılır. Bildirilir ki, məzunlar orta təhsil müəssisələrində əldə etdikləri nəticələrə əsasən, universitetlərə qəbul olunmalıdır.Son olaraq, professor Şahlar Əskərov da məsəyəyə münasibət bildirib və sosial şəbəkələrdə kifayət qədər dəstək alıb.

AzEdu az. yayılan məlumatlarla əlaqədar təhsil üzrə mütəxəssis Nadir İsrafilovun fikirlərini öyrənib.

Məsələ ilə bağlı son olaylardan və professor Şahlar Əsgərovun da qəbul imtahanlarının ləğv edilməsi ilə bağlı təklifləri dəstəklədiyindən xəbərim var. O hesab edir ki, test özlüyündə o qədər də pis deyil. Ancaq, onun mənfi tərəfləri daha çoxdur, ali məktəblərə qəbul əlçatan olmalıdır. Onu da xatırladım ki, hələ iki il bundan qabaq Təhsil Nazirliyinin təşəbbüsü və Təhsil İnstitutun tərəfdaşlığı ilə Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun “Təhsilə yeni baxış” adlı məqaləsinin tezisləri ətrafında Təhsil Nazirliyi yanında İctimai Şura üzvlərinin də qatıldığı onlayn formatda keçirilən müzakirələrdə əsas tezislərdən biri məhz vətənpərvərlik olduğundan, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində təkmilləşdirmə işlərinin aparılması ilə yanaşı, gənclərimizin müxtəlif səbəblərdən xarici universitetlərə axınının qarşısını almaq üçün qəbul imtahanlarının sadələşdirilməsi, indiki dönəmdə ciddi qəbul imtahanlarına ehtiyac olmaması, abituriyentlərə ixtisas seçimi azadlığı verilməsi, ali təhsildə liberal qaydalara üstünlük verilməsi kimi məsələlərlə bağlı geniş təkliflər paketi hazırlanmışdı.


Ümumiyyətlə götürdükdə təkcə Şahlar Əsgərov deyil, bir çox ziyalılarımız bu məsələ ətrafında fikir söyləyiblər. Həmkarımız dosent İlham Əhmədov da professorun təklifini dəstəkləyərək hesab edir ki, universitetlərə qəbul attestatla, imtahansız olsa, onda repetitorluq sistemi dayanacaq. Sabiq Təhsil naziri Firudin Cəlilov isə o qənaətdədir ki, ümumiyyətlə qəbul imtahanını ləğv etmək lazımdır. Kim oxumaq istəyirsə, sənədlərini versin, oxusun. Birinci semestrdən məlum olacaq ki, bu insan oxuya bilir, ya yox. Oxuya biləcəksə, davam edəcək. Ən humanist seçim budur.

Həmkarlarımın fikrinə hörmətlə yanaşıram. Ali məktəblərə qəbulun sadələşdirilməsi, hamı üçün əlçatan olmasının təmin edilməsi ilə bağlı nəsə edilməlidir, bu danılmazdır. Lakin növbəti fəsadlarla üzləşməmək üçün qəbulla bağlı istənilən modelə keçid mərhələli şəkildə olmalıdır. Biz hələ ki, buna lazımi qədər hazırıqmı? Xarici ölkə universitetlərinə attestatla daxil olan xeyli sayda soydaşlarımız ölkəmizdə diplomlarını tanıtmaqda problemlər yaşayırlar. Bir də ki, bu istiqamətdə müəyyən addımlar da atılıb. 2019-cu ildən ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarında 700 ballıq sistem saxlanılması şərti ilə (300+400) tətbiq olunan yeni model məhz bu cəhətdən faydalı oldu ki, yekun qiymətləndirmə zamanı həm buraxılış imtahanlarının, həm də qəbul imtahanlarının nəticələri nəzərə alınır. Həm də bu dəyişikliklər təkpilləli imtahan sisteminə keçid üçün stimul rolu oynadı. Deməli, bu istiqamətdə daha irəli getmək üçün təməl artıq hazırdır.


Hesab edirəm ki, ilk olaraq aralıq mərhələni - buraxılış imtahanı ilə qəbul imtahanlarını birləşdirmək yolu ilə təkpilləli vahid imtahan modelinə keçməliyik, baxmayarqaq ki bu addımın atılmasında xeyli ləngimişik. Halbuki, dünyanın bir çox aparıcı ölkələrində neçə illərdən bəridir ki, bu model uğurla həyata keçirilir. Belə bir modelə keçid ölkəmizdə təhsilin hamı üçün əlçatan olması kursunun əsas götürüldüyünü nəzərə almaq, xarici ölkələrlə adam başına düşən ali təhsillilərin sayına görə rəqabəti gücləndirmək, bütövlükdə təhsillə, konkret halda isə imtahanlarla bağlı prosedurları sadələşdirmək, ən başlıcası isə məzunlarımızın fiziki və psixoloji yükünü və deməli, gərginliyini xeyli azaltmaq, başqa sözlə, daha konkret desək eyni adamın, eyni biliyini iki imtahanla yoxlamağa heç bir ehtiyac olmaması baxımından təhsilimizin real perspektivləri ilə tam uzlaşan prosedur ola bilər.


Bir də ki, Azərbaycan təhsilində də bu sistemə keçid məsələsi uzun illərdir müzakirə predmeti olaraq qalır. Razılaşaq və qəbul edək ki, təkpilləli vahid imtahan sisteminə keçid bizdə ona görə ləngiyib ki, əvvəllər buraxılış imtahanları Təhsil Nazirliyinin, qəbul imtahanları isə TQDK-nın səlahiyyətində idi. Artıq belə bir problem yoxdur, çoxdandır ki, “ikihakimiyyətliyə” son qoyulmaq yolu ilə öz həllini tapıb. Yəni, hər iki imtahanı vahid bir qurum TQDK, sonradan isə səlahiyyətləri daha da genişləndirilən və DİM adlandırılan eyni qurum həyata keçirir. Bu mənada bu əlahiddə səlahiyyətlərə malik olan dövlət qurumunun problemin həllini sürətləndirməkdə operativlik və çeviklik göstərməsi üçün imkanları heç də az deyil.


Yəqin ki, bir çoxları hələ 2016-cı ildə Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin buraxılış və qəbul imtahanlarının birləşdirilməsi məsələsinə münasibətini, məzunların bu “imtahanların çox yığcam və rahat bir modeli”ndə qüvvələrini sınamaq imkanı 2 il vaxt tələb olunacaq barədə ictimaiyyətə təqdim ediləcəyi perspektivi barədə rəsmi açıqlamasıni xatırlamamış deyillər. Bu məsələ iki il bundan qabaq Milli Məclisin iclasında “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı da təklif olundu və bir neçə deputat tərəfindən dəstəkləndi


Bir də ki, qiymətləndirmə təhsil prosesinin mühüm tərkib hissəsi olduğu, Respublikamızda qiymətləndirmə üzrə yeni konsepsiyanın yaradılmasına ehtiyac duyulduğu nəzərə alınaraq Azərbaycan Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planında Azərbaycanda təhsil pillələrinin bütün səviyyələrini əhatə edən yeni qiymətləndirmə mexanizmlərinin yaradılması nəzərdə tutulub. Sadəcə olaraq prosesi sürətləndirmək lazımdır. Çıxış yolunu buraxılış və qəbul imtahanlarını birləşdirmək yolu ilə təkpilləli vahid imtahan sisteminə keçməkdə görürəm. Bu, məzunlarımızı əlavə yükdən, vaxt itkisindən və psixoloji gərginlikdən, fiziki və mənəvi sağlamlıqları üçün təhlükə yaradan stressdən azad etmiş olar, eyni zamanda, ali təhsil müəssisələrinə qəbul qaydalarının sadələşdirilməsi ali təhsil üçün xarici ölkələrə axının qarşısını ala bilər.




Загрузка...
Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Bu gün  təhsil eksperti Nadir İsrafilovun ad günüdür

Bu gün təhsil eksperti Nadir İsrafilovun ad günüdür

Bizə iqtisadiyyatımızı yüksəldən elm lazımdır-Şahlar Əskərov

Bizə iqtisadiyyatımızı yüksəldən elm lazımdır-Şahlar Əskərov

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir   I I hissə Metodbirləşmələr

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir I I hissə Metodbirləşmələr

Nazirlər Kabineti COVID-19-a görə təhsillə bağlı qərar verdi

Nazirlər Kabineti COVID-19-a görə təhsillə bağlı qərar verdi

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Distant təhsilə doğru ilk addımlar

Distant təhsilə doğru ilk addımlar

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Çox maraqlı və zəngin təhsil yolu.

Çox maraqlı və zəngin təhsil yolu.

Qəbul imtahanı bundan sonra necə olacaq?-Ekspertlər açıqladı

Qəbul imtahanı bundan sonra necə olacaq?-Ekspertlər açıqladı

Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi

Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Emin Əmrullayev: “Qazilərlə bağlı məsələyə güzəşt kimi yox, status kimi baxmalıyıq”

Emin Əmrullayev: “Qazilərlə bağlı məsələyə güzəşt kimi yox, status kimi baxmalıyıq”

Magistratura imtahanı ətrafında dartışma: Bu sualın cavabını tapana priz düşür

Magistratura imtahanı ətrafında dartışma: Bu sualın cavabını tapana priz düşür

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R