Avqust ayından müəllimlərin sertifikasiyasına başlanılır
Bunu Təhsil naziri Emin Əmrullayev REAL TV-yə müsahibəsində tədris ilinin yekunlarından və qarşıdakı aylarda görüləcək işlərdən danışarkən deyib.
O bildirib ki, builki tədris ilinin əsas uğurlu nəticələrindən biri də pandemiyadan sonra ilk dəfə tədris ili arası kəsilmədən aparıla bildi:
“Bəzi məktəb və siniflərdə bağlanmalar oldu, bunu nəzərə almasaq ümumilikdə ili sistem üzrə davamlı həyata keçirə bildik. Bu il xüsusilə tələbələrə kreditlərinin verilməsi, regional dairələrin yaradılması, təhsil müəssisələri ilə yanaşı məktəqədər təhsil müəssisələrinin də Nazirliyin balansına verilməsi əsas hadisələrdən oldu.
Bu ildən başlayaraq, ilk dəfə olaraq məktəbəqədər təhsil üzrə şagird qəbulu elektron qaydada aparılacaq. Eləcə də, müəllimlərin məktəbəqədər təhsil müəssisələrinə qəbulunun da mərkəzləşdirilmiş qaydada aparılması, növbəti həftələrdə müəllimlərin işə qəbulu müsabiqəsi, daha sonra isə müəllimlərin sertifikasiyası məsələsi planlaşdırılır”.
https://www.youtube.com/watch?time_continue=3&v=ztT8VScHMno&feature=emb_logo