AzTehsil.com


Xəbərlər / Abituriyent
30 aprel 2022
1 180


Buraxılış imtahanı verən şagirddən “ağıllı” saat aşkarlanıb




Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Bakı şəhərinin  Nəsimi, Nərimanov rayonlarında, Naxçıvan Muxtar Respublikasında, Bərdə, Cəlilabad (II hissə), Daşkəsən, Gədəbəy, Göyçay, Göygöl, Qazax, Lerik, Sabirabad, Xaçmaz (II hissə) rayonlarında, Şəki şəhərində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.


DİM-dən verilən məlumata görə, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 107 imtahan binası, 1 919 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 107 ümumi imtahan rəhbəri, 317 imtahan rəhbəri, 2 345 nəzarətçi-müəllim, 231 buraxılışı rejimi əməkdaşı (mühafizə), 107 bina nümayəndəsi ayrılıb.


İmtahanlarda 24 864 şagirdin iştirakı gözlənilirdi. İmtahanda doqquz nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli və digər) şagird də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Eşitmə əngəlli şagirdlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.


İlkin məlumatlara əsasən, bir nəfərdə “ağıllı” saat aşkarlanıb və araşdırma aparılması üçün imtahan qərargahına təhvil verilib. İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub. Sabah keçiriləcək imtahan iştirakçılarına bir daha sənədləri ilə diqqətli olmağı və onları qaydasına salmağı tövsiyə edirik.


Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. 


İmtahan nəticələrinin yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün üç həftə ərzində elan olunması nəzərdə tutulur.




Загрузка...
Həmçinin oxuyun:
Bu gün 11-ci siniflər üçün buraxılış imtahanları keçirilir

Bu gün 11-ci siniflər üçün buraxılış imtahanları keçirilir

IX sinif şagirdlərinin buraxılış imtahan başa çatıb

IX sinif şagirdlərinin buraxılış imtahan başa çatıb

Fiziki məhdudiyyətli şagirdlərin rahat şəkildə imtahan verməsi üçün xüsusi zallar ayrılıb

Fiziki məhdudiyyətli şagirdlərin rahat şəkildə imtahan verməsi üçün xüsusi zallar ayrılıb

Bu gün III ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək

Bu gün III ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək

Bu gün 9000-dən çox şəxs imtahan verəcək

Bu gün 9000-dən çox şəxs imtahan verəcək

Bu gün universitetlərə qəbul imtahanı keçiriləcək

Bu gün universitetlərə qəbul imtahanı keçiriləcək

IX sinif şagirdləri buraxılış imtahanı verib, 1 nəfərdə mobil telefon aşkarlanıb

IX sinif şagirdləri buraxılış imtahanı verib, 1 nəfərdə mobil telefon aşkarlanıb

Bir nəfər başqasının yerinə imtahana girmək istəyib

Bir nəfər başqasının yerinə imtahana girmək istəyib

Bu gün 21 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək

Bu gün 21 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək

Bu gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçirilib

Bu gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçirilib

Dörd şagird buraxılış imtahanından qovuldu - SƏBƏB

Dörd şagird buraxılış imtahanından qovuldu - SƏBƏB

DİM tərəfindən növbəti imtahanlar keçirilib

DİM tərəfindən növbəti imtahanlar keçirilib

Bu gün 22 mindən çox şagird buraxılış imtahanı verəcək

Bu gün 22 mindən çox şagird buraxılış imtahanı verəcək

Bu gün 12 mindən çox şagird buraxılış imtahanı verəcək

Bu gün 12 mindən çox şagird buraxılış imtahanı verəcək

Bugünkü qəbul imtahanında fiziki məhdudiyyətli 18 abituriyent iştirak edir

Bugünkü qəbul imtahanında fiziki məhdudiyyətli 18 abituriyent iştirak edir

Bu gün 22 minə yaxın IX sinif şagirdi buraxılış imtahanı verəcək

Bu gün 22 minə yaxın IX sinif şagirdi buraxılış imtahanı verəcək

II ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir

II ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir

İmtahanların idarə edilməsinə 1869 nəzarətçi–müəllim cəlb olunub

İmtahanların idarə edilməsinə 1869 nəzarətçi–müəllim cəlb olunub

Növbəti buraxılış imtahanı keçirilir

Növbəti buraxılış imtahanı keçirilir

Avqustun 11-də növbəti imtahanlar keçiriləcək

Avqustun 11-də növbəti imtahanlar keçiriləcək

Bu həftə keçiriləcək buraxılış imtahanlarında fiziki məhdudiyyətli 6 şagird iştirak edəcək

Bu həftə keçiriləcək buraxılış imtahanlarında fiziki məhdudiyyətli 6 şagird iştirak edəcək

Sabah III ixtisas qrupu üzrə imtahanlarda 21 mindən çox abituriyent iştirak edəcək

Sabah III ixtisas qrupu üzrə imtahanlarda 21 mindən çox abituriyent iştirak edəcək

Səkkiz mindən çox şagird sınağa çəkilir

Səkkiz mindən çox şagird sınağa çəkilir

Bu gün 19 min şagird imtahan verəcək

Bu gün 19 min şagird imtahan verəcək