Xəbərlər
02 iyul 2021
1 010


Bu gün 9000-dən çox şəxs imtahan verəcək

Bu gün 9000-dən çox şəxs imtahan verəcək

 

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün bir sıra imtahanlar keçiriləcək.

DİM-dən verilən məlumata görə, həmin imtahanlar aşağıdakılardır:

1. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

2. müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;

3. qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan.

4. aprel ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən XI sinif şagirdləri üçün buraxılış imtahanı;

5. eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı.

Bu gün keçiriləcək imtahanlar Bakı (digər hissə), Şəmkir, Qazax, Sumqayıt, Abşeron, Mingəçevir, Göyçay, Kürdəmir, Şirvan, Salyan, Cəlilabad və Xaçmaz rayonlarında təşkil olunacaq. İmtahanlar 9083 abituriyentin (şagirdin) iştirakı nəzərdə tutulur.

"İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin (şagirdin) imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub. İmtahanlar saat 11:00-da başlanır.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Qeyd edək ki, iyulun 1-də və 2-də imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 120 imtahan binası, 2022 imtahan zalı ayrılıb. İmtahanların idarəolunmasına 120 ümumi imtahan rəhbəri, 342 imtahan rəhbəri, 2504 nəzarətçi-müəllim, 240 buraxılış rejimi əməkdaşı (mühafizə), 120 bina nümayəndəsi ayrılıb. İmtahanlarda 44 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) abituriyent də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib. Həmçinin eşitmə əngəlli şagirdlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Bu gün universitetlərə qəbul imtahanı keçiriləcək

Bu gün universitetlərə qəbul imtahanı keçiriləcək

Bu gün növbəti qəbul imtahanı keçiriləcək

Bu gün növbəti qəbul imtahanı keçiriləcək

Fiziki məhdudiyyətli şagirdlərin rahat şəkildə imtahan verməsi üçün xüsusi zallar ayrılıb

Fiziki məhdudiyyətli şagirdlərin rahat şəkildə imtahan verməsi üçün xüsusi zallar ayrılıb

Üzrlü səbəbdən imtahanda iştirak edə bilməyən şagirdlər üçün buraxılış imtahanı keçiriləcək

Üzrlü səbəbdən imtahanda iştirak edə bilməyən şagirdlər üçün buraxılış imtahanı keçiriləcək

Bu gün 21 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək

Bu gün 21 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək

DİM tərəfindən iyulun 1-də və 2-də keçiriləcək imtahanların siyahısı açıqlanıb

DİM tərəfindən iyulun 1-də və 2-də keçiriləcək imtahanların siyahısı açıqlanıb

Sabah ilk qəbul imtahanı keçiriləcək

Sabah ilk qəbul imtahanı keçiriləcək

Bu gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçirilib

Bu gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçirilib

Bu gün növbəti buraxılış imtahanları keçiriləcək

Bu gün növbəti buraxılış imtahanları keçiriləcək

Abituriyentlərin NƏZƏRİNƏ: İmtahanların vaxtı dəyişdirildi

Abituriyentlərin NƏZƏRİNƏ: İmtahanların vaxtı dəyişdirildi

İyulun 1-də və 2-də DİM tərəfindən bu imtahanlar keçiriləcək-SİYAHI

İyulun 1-də və 2-də DİM tərəfindən bu imtahanlar keçiriləcək-SİYAHI

2 iyulda keçirilən imtahanlar haqqında

2 iyulda keçirilən imtahanlar haqqında

Bu gün növbəti buraxılış imtahanları keçiriləcək

Bu gün növbəti buraxılış imtahanları keçiriləcək

Bu gün növbəti buraxılış imtahanları keçiriləcək

Bu gün növbəti buraxılış imtahanları keçiriləcək

Bu gün növbəti buraxılış imtahanları keçiriləcək

Bu gün növbəti buraxılış imtahanları keçiriləcək

Növbəti buraxılış imtahanı keçirilir

Növbəti buraxılış imtahanı keçirilir

Bu gün buraxılış imtahanları keçiriləcək

Bu gün buraxılış imtahanları keçiriləcək

DİM növbəti buraxılış imtahanlarını keçirəcək

DİM növbəti buraxılış imtahanlarını keçirəcək

İyulun 10-da qəbul imtahanları keçiriləcək

İyulun 10-da qəbul imtahanları keçiriləcək

DİM bu gün qəbul imtahanı keçirəcək

DİM bu gün qəbul imtahanı keçirəcək

Bu həftə keçiriləcək buraxılış imtahanlarında fiziki məhdudiyyətli 6 şagird iştirak edəcək

Bu həftə keçiriləcək buraxılış imtahanlarında fiziki məhdudiyyətli 6 şagird iştirak edəcək

Abituriyentə kömək etmək istəyən nəzarətçi zaldan qovuldu – YENİLƏNİB

Abituriyentə kömək etmək istəyən nəzarətçi zaldan qovuldu – YENİLƏNİB

DİM 1 nəfəri bugünkü buraxılış (qəbul) imtahanlarına buraxmadı

DİM 1 nəfəri bugünkü buraxılış (qəbul) imtahanlarına buraxmadı

Bu gün 17021 abituriyent üçün buraxılış imtahanı KEÇİRİLİR

Bu gün 17021 abituriyent üçün buraxılış imtahanı KEÇİRİLİR