AzTehsil.com


Xəbərlər / Ziyalılar / Ekspert
24 noyabr 2020
1 190


Niyə bizim müəllimlər öz təcrübələrinə istinad edərək belə kitablar yazmasınlar ?– Ekspertdən əsaslandırma



 Niyə bizim müəllimlər öz təcrübələrinə istinad edərək belə kitablar yazmasınlar ?– Ekspertdən əsaslandırma

 

Bu günlərdə gündəmdə olan məsələlərdən biri ilə bağlı müsahibə almaq üçün mənə zəng etdilər. Düzü, müsahibə vermək üçün o qədər də həvəsli deyiləm. Bir çox hallarda dediklərini tam başqa istiqamətdə yozanlar da olur. Kənarda olduğumu bildirdim. Cavab isə ondan ibarət oldu ki, hardasansa ora gələk. Nə isə, təyin etdiyim yerdə görüşməli olduq. Bərk yağış yağırdı. Kameraya çəkiliş mümkünsüz hesab olunurdu.

Belə qərara gəldik ki, nisbətən yaxınlıqda yerləşən "Hədəf” liseyinə gedək və foyedə çəkiliş aparılsın. Elə də etdik. Çəkilişdən sonra özlüyümdə fikirləşdim ki, liseyə gələsən, müəssisənin rəhbəri ilə görüşməyəsən, bu etik baxımdan heç də düzgün olmaz. Bir də ki, nə bilmək olar, sonradan eşidər, məndən bərk inciyər.

Yuxarı qalxdım, qapını döyərək, içəriyə daxil oldum. Həmişəki kimi yerində, iş başında idi. Xarakterinə uyğun məni sevinclə, xoş üzlə qarşıladı. Hal-əhval tutduqdan, pandemiya ilə bağlı vəziyyətə uyğun görülən işlərə yüngülcə nəzər salaraq, vaxtını çox almadım. Ayrılarkən, mənə son kitablarından biri olan "İnsan mühəndisi” adlı kitabını hədiyyə etdi.   

Elmi ədəbiyyatda insanların xüsusiyyətlərini, gücünü və qabiliyyətlərini müəyyənləşdirən, həmçinin, insan idarəçiliyi, insan seçimi və "keyfiyyətli insan” anlayışını formalaşdıran psixoloji bilik sahəsi kimi səciyyələndirilən "insan mühəndisliyi”, habelə  insanlarla psixoloji manipulyasiyadan bəhs edən "sosial mühəndislik” nəzəriyyələri barədə çox oxumuşdum.

İmkan tapıb kitabı oxudum. Məsələnin mahiyyəti heç də kitab yazmaqdan və hər yazılanı da oxumaqdan ibarət deyil. Kitaba resenziya yazmaq məqsədindən də uzağam. Şəmil Sadiqin gənc müəllimlər, valideyn və məktəb qurmaq istəyənlər üçün nəzərdə tutulan, şagird-valideyn, şagird-müəllim, müəllim-ailə münasibətlərindəki aktual problemləri əks etdirən məqamlara münasibət bildirilən bu kitabına professor Fərahim Sadıqov geniş ön söz yazıb.

Hələ təyinatla kənd məktəbində pedaqoji fəaliyyətə başladığım ilk illərdən məni  XX əsrin ən görkəmli pedaqoqlarından biri, novator müəllim,  SSRİ PEA-nın müxbir üzvü, pedaqoji elmlər nami­zədi,  Ukraynanın Əməkdar müəllimi,  Sosialist Əməyi Qəhrəmanı,  Pavlış orta məktəbinin müdiri, 40 monoqrafiya, 600 elmi məqalə, 1200 hekayə və nağılın müəllifi olan V.A.Suxomlinski maraqlandırıb.
O, dünya təhsil tarixində nəzəriyyə ilə eyni vaxtda praktik fəaliyyətlə də məşğul olan tək-tək pedaqoqlardan biri olub, adi bir məktəbi bütün dünyada tanıtmaqla bərabər, müəllimlərin masaüstü kitabı olan onlarla kitab yazmış, öz pedaqoji sistemini yaratmış, təhsil sahəsində bir çox "ilk”lərə imza atıb. V. A. Suxomlinskinin "Ürəyimi uşaqlara verirəm” kitabı  Ukrayna Dövlət Mükafatına layiq görülüb

Deməyim odur ki, niyə bizim müəllimlər, məktəb, digər təhsil müəssisələri rəhbərləri özlərində cəsarət tapıb, öz təcrübələrinə istinad edərək belə kitablar yazmasınlar, milli təhsil sistemi ilə çağdaş təhsildəki fərqli və ortaq məqamlara münasibət bildirməsinlər? Axı, bizdə də bir vaxtlar Respublikanın hüdüdlarından da kənar tanınan Məhər Quliyev, Zərbəli Səmədov, Sona Tağıyeva, Zahid Şöyübov kimi məktəb qurucularımız olub.
Bəşəriyyəti cənginə alan pandemiya bir çox peşə sahibləri kimi təhsil işçilərini də əslində bir növ qaynar mühitdən kənarlaşdırıb. Yaranmış müvəqqəti fürsətdən yararlanaraq, müəllimlərimiz, məktəb rəhbərlərimiz fəallıqlarını bir az da artırmalı,  yaradıcılıq fəaliyyətlərini genişləndirərək mövcud vəziyyətə, yeni şəraitə uyğun olaraq təkliflər verməli, layihələr hazırlamalı, təcrübələrini geniş ictimaiyyətlə bölüşməlidirlər.

Nadir İsrafilov



Загрузка...
Həmçinin oxuyun:
“Biz hamımız aldığımız tərbiyənin övladlarıyıq”

“Biz hamımız aldığımız tərbiyənin övladlarıyıq”

“Kurikulum dərsliklərinə vikipediya və quql materialları salınır?” – Etiraz

“Kurikulum dərsliklərinə vikipediya və quql materialları salınır?” – Etiraz

İldə 200 kitab oxumaq elə də çətin deyil

İldə 200 kitab oxumaq elə də çətin deyil

Müəllim və şagird arasında qarşılıqlı hörmət, sevgi olmalıdır.

Müəllim və şagird arasında qarşılıqlı hörmət, sevgi olmalıdır.

Şərəfli adlar sahibi

Şərəfli adlar sahibi

“Dedilər, nazir sənlə görüşmək istəyir, səhərəcən yata bilmədim”-Təhsil eksperti

“Dedilər, nazir sənlə görüşmək istəyir, səhərəcən yata bilmədim”-Təhsil eksperti

Elə bu kənddə müəllimlik fəaliyyətimi davam etdirməyi çox istərdim - Kənd məktəbini seçən Samirə Məmmədli

Elə bu kənddə müəllimlik fəaliyyətimi davam etdirməyi çox istərdim - Kənd məktəbini seçən Samirə Məmmədli

BİLİRSİNİZMİ ? Kitab oxumaq üzü gözəlləşdirir.

BİLİRSİNİZMİ ? Kitab oxumaq üzü gözəlləşdirir.

Nadir İsrafilov  niyə  həbs edilmişdi ?

Nadir İsrafilov niyə həbs edilmişdi ?

Müəllim-şagird münasibətlərindəki problemlər geniş ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmır.

Müəllim-şagird münasibətlərindəki problemlər geniş ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmır.

Ucqar kənd məktəbinə işə qəbul olunanda  fikirləşdim ki, mənə çətin olacaq...GƏNC MÜƏLLİM

Ucqar kənd məktəbinə işə qəbul olunanda fikirləşdim ki, mənə çətin olacaq...GƏNC MÜƏLLİM

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Müəllim şagirdə nəzakətlə və eyni zamanda ciddi yanaşmağı bacarmalıdır

Müəllim şagirdə nəzakətlə və eyni zamanda ciddi yanaşmağı bacarmalıdır

Təhsil Nazirliyinin böyük saxtakarlığı üzə çıxdı-Nazirlik müsabiqədə müəllimləri aldadır?

Təhsil Nazirliyinin böyük saxtakarlığı üzə çıxdı-Nazirlik müsabiqədə müəllimləri aldadır?

Nadir İsrafilov: "Bəlkə də, elə rusdilli olduğumdan bu gənc yaşımda, bu məsul vəzifə mənə həvalə edilmişdi"

Nadir İsrafilov: "Bəlkə də, elə rusdilli olduğumdan bu gənc yaşımda, bu məsul vəzifə mənə həvalə edilmişdi"

İbtidai siniflər üzrə məşhur vəsaitlər müəllifi kitablarının sirrini açdı - MÜSAHİBƏ

İbtidai siniflər üzrə məşhur vəsaitlər müəllifi kitablarının sirrini açdı - MÜSAHİBƏ

"Bunu çoban da bilir müəllim niyə bilməsin?"...

"Bunu çoban da bilir müəllim niyə bilməsin?"...

Müəllimlərə vəd edilən dərs saatından xəbər var

Müəllimlərə vəd edilən dərs saatından xəbər var

Müəllim və şagird arasında qarşılıqlı hörmət, sevgi olmalıdır.

Müəllim və şagird arasında qarşılıqlı hörmət, sevgi olmalıdır.

Gənc nəslin görkəmli şəxsiyyətlərin pedaqoji irsini öyrənmələrinə böyük ehtiyac var...

Gənc nəslin görkəmli şəxsiyyətlərin pedaqoji irsini öyrənmələrinə böyük ehtiyac var...

MİQ-in  müsahibə mərhələsinin eksperti: “Burada gördüklərimə mat qalmışam, cəmi bircə müəllim...”

MİQ-in müsahibə mərhələsinin eksperti: “Burada gördüklərimə mat qalmışam, cəmi bircə müəllim...”

Mən nəyi isə uşaqlara öyrədəndə bundan zövq alıram- Gənc müəllim Araz Qurbanov.

Mən nəyi isə uşaqlara öyrədəndə bundan zövq alıram- Gənc müəllim Araz Qurbanov.

Mənim ilk karyeramı “əngəlləyən” böyük insan...

Mənim ilk karyeramı “əngəlləyən” böyük insan...

Nadir İsrafilov: Təhsil müəssisələrinin bağlanması təhsildə fəaliyyətsizlik demək deyil...

Nadir İsrafilov: Təhsil müəssisələrinin bağlanması təhsildə fəaliyyətsizlik demək deyil...