AzTehsil.com


Xəbərlər / Yazarlar / Ekspert
03 avqust 2020
1 602


“Biz hamımız aldığımız tərbiyənin övladlarıyıq”



 

Tanınmış təhsil ekspertı, 45 illik pedaqoji fəaliyyəti dövründə təyinat üzrə kənd müəllimliyindən məktəb direktoru, elmi işçi, təhsil şöbəsinin müdiri, Baş İdarədə sektor müdiri kimi, təhsilin aşağı və yuxarı idarəetmə orqanlarında böyük həyat yolu keçmiş, çoxlu sayda proqram, tədris vəsaiti, elmi-pedaqoji və tənqidi-analitik yazıların müəllifi Nadir İsrafilovun  "Biz hamımız aldığımız tərbiyənin övladlarıyıq” adlı xatirələr kitabı geniş oxucu kütləsinə təqdim olunur.
 
Kitab müəllifin müxtəlif  illərdə, ayrı-ayrı mətbuat orqanlarının səhifələrində dərc olunmuş, uşaqlıq illərindən  başlayaraq, orta məktəb dövrü, alı təhsil və aspirantura həyatı, habelə pedaqoji fəaliyyəti ilə bağlı yadda qalan bəzi məqamların toplusundan ibarət olub, oxucuda keçən dövrlərə, qiyabi də olsa, nəzər salmaq, müvafiq müqayisələr aparmaq, bir daha həmin anları yaşamaq hissləri oyadır.
        
Əsasən müdrik kəlamlar və hikmətli sözlərə istinadən qələmə alınmış xatirələrin hər bir məqamı, müəllifin keçdiyi həyat yolunun bilavasitə təhsilə bağlılığı, təhsilin onun həyatında və gələcək karyerasındakı rolu ilə əlaqəli şəkildə, konkret  və düşündürücü faktlar əsasında nəzərdən keçirilir, diqqət təlim və tərbiyənin bir çox aspektlərinə yönəldilir. Müəllif sonda bu nəticəyə gəlir: "Biz hamımız aldığımız tərbiyənin övladlarıyıq”. 
         
Kitabı oxuyub başa vurduqdan sonra, bir daha əmin olursan ki, "Xatirələr zəngin olmasa, xəyallar solğun olar”, "Keçmiş – xatirələrdə, gələcək isə xəyallarda yaşayır”,"İnsanın mənəvi dünyası əslində dünyadakı mənaların dünyasıdır”, "Heç bir şey təcrübənin yerini tuta bilməz”,"Başqalarının həyatından dərs almağı bacaran insan xoşbəxtdir”, "Hər şey itirildikdən sonra da hələ bir şey – gələcək qalır”, "Həyata yenidən başlasaydım, saniyələrin nəbzini tutardım”...
         
"Ali kateqoriyalı müəllim”, Azərbaycan SSR "Xalq maarif əlaçısı” kimi fəxri adlara, bir çox medallara, mükafatlara, fəxri fərmanlara, beynəlxalq sertifikatlara və döş nişanlarına layiq görülmüş, çox sayda proqram, tədris vəsaitləri, metodik tövsiyələr, elmi-pedaqoji və tənqidi-analitik məqalələrin müəllifi olan Nadir  İsrafilov bu gün də, Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın və  "XXI Əsr Təhsil Mərkəzi” İctimai Bir-liyinin sədr müavini, "Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” İctimai Birliyi ekspert qrupunun rəhbəri kimi fəaliyyətini davam etdirir, təhsilimizə öz yaradıcı və layiqli töhfəsini verir.
 
 

 

Ümidvaram ki, dəyərli pedaqoqumuz Nadir İsrafilovun "Biz hamımız aldığımız tərbiyənin övladlarıyıq.(Yaddaş xatirələr xəzınəsidir)” adlı bu kitabı nəinki təhsil işçiləri, bütövlükdə geniş oxucu kütləsi üçün də maraqlı olacaq. Kitabı oxuyan hər bir kəsdə kimin kim olması, hansı əqidəyə xidmət etməsi  haqqında aydın təsəvvür yaranacaq.
 
Mönsüm Alışov,
pedaqogika üzrə elmlər doktoru, professor



Загрузка...
Həmçinin oxuyun:
Bu gün  təhsil eksperti Nadir İsrafilovun ad günüdür

Bu gün təhsil eksperti Nadir İsrafilovun ad günüdür

“Əfsus ki, biz həyat üçün yox, məktəb üçün oxuyuruq”

“Əfsus ki, biz həyat üçün yox, məktəb üçün oxuyuruq”

Təhsil eksperti Nadir İsrafilov " Təhsil və İdarəedici " kitabı ilə bağlı münasibət bildirdi

Təhsil eksperti Nadir İsrafilov " Təhsil və İdarəedici " kitabı ilə bağlı münasibət bildirdi

“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi üçün dəyərli elmi mənbədir

“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi üçün dəyərli elmi mənbədir

İbtidai siniflər üzrə məşhur vəsaitlər müəllifi kitablarının sirrini açdı - MÜSAHİBƏ

İbtidai siniflər üzrə məşhur vəsaitlər müəllifi kitablarının sirrini açdı - MÜSAHİBƏ

Azərbaycan Dövlət Pedaqoji Universitetində YENİ TƏYİNAT

Azərbaycan Dövlət Pedaqoji Universitetində YENİ TƏYİNAT

Pedaqoji təcrübə və məktəb rəhbərliyinin nəzarəti

Pedaqoji təcrübə və məktəb rəhbərliyinin nəzarəti

“Türk Milli Kültürü” kitabı Azərbaycan dilində

“Türk Milli Kültürü” kitabı Azərbaycan dilində

Təhsil Nazirliyi yanında İctimai Şuraya sədr seçiləcək  ,müavin və məsul katib bilinəcək

Təhsil Nazirliyi yanında İctimai Şuraya sədr seçiləcək ,müavin və məsul katib bilinəcək

“ULU Öndər xatirələrdə”adlı onlayn müsabiqə başa çatıb

“ULU Öndər xatirələrdə”adlı onlayn müsabiqə başa çatıb

Onlar hamımız üçün layiqli nümunədir

Onlar hamımız üçün layiqli nümunədir

Nadir Israfilov: “Belə əməllər heç vaxt xatirələrdən silinmir…”

Nadir Israfilov: “Belə əməllər heç vaxt xatirələrdən silinmir…”

Əxlaq tərbiyəsi

Əxlaq tərbiyəsi

Məktəbdə işləyən MÜƏLLİMİN  Əmək funksiyası

Məktəbdə işləyən MÜƏLLİMİN Əmək funksiyası

Şərəfli adlar sahibi

Şərəfli adlar sahibi

Ekspert Nadir İsrafilov Gəncə təlimi ilə bağlı "Təhsil təkcə ümumdövlət işi olmayıb, həm də ümumxalq işi, ümummilli məsələdir"

Ekspert Nadir İsrafilov Gəncə təlimi ilə bağlı "Təhsil təkcə ümumdövlət işi olmayıb, həm də ümumxalq işi, ümummilli məsələdir"

“Təhsil müəssisələrinin idarəetmədə rolu məhduddur.”  Təhsil eksperti Gəncə təlimi ilə bağlı danışdı..

“Təhsil müəssisələrinin idarəetmədə rolu məhduddur.” Təhsil eksperti Gəncə təlimi ilə bağlı danışdı..

Pedaqogika elmləri sahəsində doktorantura ixtisasları – SİYAHI

Pedaqogika elmləri sahəsində doktorantura ixtisasları – SİYAHI

Nəyə görə təhsilin yuxarı idarəetmə orqanları özlərindən nisbətən aşağı olan idrəetmə orqanlarına etibar etmirlər?

Nəyə görə təhsilin yuxarı idarəetmə orqanları özlərindən nisbətən aşağı olan idrəetmə orqanlarına etibar etmirlər?

“Dərsliklər nə vaxtadək günahkar qalacaq?”

“Dərsliklər nə vaxtadək günahkar qalacaq?”

Pedaqoji təcrübə və məktəb rəhbərliyinin nəzarəti

Pedaqoji təcrübə və məktəb rəhbərliyinin nəzarəti

Təlim-tərbiyə işləri üzrə direktor müavininin işi

Təlim-tərbiyə işləri üzrə direktor müavininin işi

Məktəbdaxili nəzarətin demokratik əsasları

Məktəbdaxili nəzarətin demokratik əsasları

Mehdizadə və Mərdanov

Mehdizadə və Mərdanov