AzTehsil.com


Xəbərlər / Müəllim
25 sentyabr 2017
5 132


Müəllimlərə vəd edilən dərs saatından xəbər var



 

 

2014-ci ildən Bakıda başlanılan diaqnostik qiymətləndirmə sonrakı üç il  ərzində bütün ölkə coğrafiyasını əhatə edib. Hazırda bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin sayı 140 min nəfərə yaxındır. 

Bir çox ekspertlərin fikrincə, təhsildə müsbət tendensiya kimi qəbul edilən diaqnostik qiymətləndirmə "yaxşını pisdən ayrd etməyə” imkan verir ki, bu da ümümlikdə savadlılığın artması, müəllimlərin öz üzərində işləməsi üçün rəqabət mühiti formalaşdırır. Təbii ki, diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərənlərin əmək haqqlarının artırılması da bu prosesdə lokomotiv hesab oluna bilər. Bəs, görəsən, imtahanda yüksək qiymət alan müəllimlər iş yerlərində də bu dəyəri ala bilirlərmi?

Müşahidələr göstərir ki, bəzən yox! Diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərən, şagird-müəllim fəlsəfəsinə hakim olan, müsair təhsil trendlərini bilən və bu trendləri yaradan gənc müəllimlər sistemin dolaylarından keçə bilmirlər. Məsələn, göndərildikləri məktəblərdə onlara deyirlər ki, "20 ildi sənin kimiləri öyrədirəm, indi sən məndən çox biləcəksən?!” Yaxud da "dərsin hamısını sənə versəm, bəs o birilər neynəyəcəklər?” Düşünürəm ki, müasir müəllim hər iki suala cavab verə bilməyəcək, ya da cavab verməkdən qaçacaq. Çünki "sən” deyə müraciətlə başlayan polemika başqa məcralara yol aça bilər.

Bu cür problemlə qarşılaşan və xeber365.com-a müsahibə verən gənc müəllimə Günay Məmmədova deyir ki, ilk gündən "sevincim qursağımda qaldı”:

"30.08.2017 tarixində müəllimlərin işə qəbulu üzrə keçirilmiş imtahanda iştirak edərək, 55,2225 bal topladım. II turda seçim etdim və sıralamada ilk yazdığım 280 saylı tam orta məktəb üzrə ən yüksək balı mən topladığıma görə, elə həmin məktəbə də düşdüm. Növbəti və son mərhələ isə müsahibə mərhələsi idi. Nəhayət, müsahibə mərhələsi də bitdikdən sonra qalırdı cavabların elan olunmasını gözləmək… Həyacanlı şəkildə keçən bir neçə gündən sonra, nəhayət ki, cavablar şəxsi səhifəmizə gəldi. Müsahibədən uğurla keçdiyimi görüb çox sevinmişdim. Sevincimin həddi-hüdudu yox idi. Lakin bu, çox uzun çəkmədi”.

Belə anlaşılmazlıqlarla qarşılaşan müəllimlər problemlərini həll etmək üçün onları məktəbə göndərən və bu məsələlərə cavabdeh olan yuxarı instansiyalara (Təhsil Nazirliyinə, tabe olduqları rayon, şəhər Təhsil İdarələrinə) üz tuturlar. Təəssüf ki, bəzilərinin şikayətləri cavabsız qalır. Məsələn, Günay Məmmədova ilə olduğu kimi…

"Hövsan qəsəbəsində yerləşən 280 saylı tam orta məktəbi seçməyimin əsas səbəbi, məhz, 24 saat vakant dərs yükünün verilməsi idi. Lakin direktor R.M.Qasımovla ilk görüşümdə o, 18 saat vakant dərs verdiyini dedi. Mən isə 18 saat yox, 24 saat vakant dərs üzrə gəldiyimi bildirdim. O isə qətiyyətlə sözlərini təkrarladı. Bu məsələ ilə bağlı Bakı şəhər Təhsil İdarəsi ilə əlaqə saxladım və mənə bildirildi ki, direktor düz deyir, 18 saat vakant dərs verib. "Bəs Təhsil Nazirliyinin saytında vakansiya ilə bağlı məlumatlar bölməsində niyə 24 saat qeyd edilib?” deyə sual verdikdə isə "Yəqin,  səhv yazılıb, olur belə şeylər” cavabını aldım. İndi sizə sual verirəm, siz deyin, əgər səhv yazılıbsa, bu səhvin məsuliyyətini kim daşımalıdır?”

Müsahibimiz deyir ki, bu məsələ ilə bağlı dəfələrlə Təhsil Nazirliyinin qaynar xəttinə (146) müraciət etsə də, heç bir nəticəsi olmayıb:

"15 sentyabr tarixində mənə dərs saatımın 24 saat deyil, 18 saat (!) olacağı bildirilən gün 146 ilə əlaqə saxlayıb, bu məsələnin araşdırılmasını tələb etdim. Onlar isə müraciətimin qeydə alındığını və araşdırılacağını bildirdilər. Bir gün sonra,  yəni sentyabrın 16-da 146-ya müraciət edərək, Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdir müavini Eşqi Bağırovla görüş üçün vaxt təyin edilməsini istədim. Operator yalnız noyabrın 6-na vaxt təyin oluna biləcəyini söylədi və məni görüşlə bağlı noyabrın 6-na qeyd etdi. Düz 1 həftə sonra, yəni 22 sentyabr tarixində araşdırmanın gedişatı ilə bağlı məlumat almaq üçün 146 ilə əlaqə saxlayanda məlum oldu ki, yalnız görüşlə bağlı müraciətim qeydə alınıbmış. Halbuki görüş üçün sentyabrın 16-sı əlaqə saxlamışdım, araşdırılma ilə bağlı isə sentyabrin 15-i müraciət etmişdim, yəni bir gün öncə. Əgər qaynar xətt olaraq müraciət edənin şikayət, təklif və ya müraciətləri qeydə alınmırsa, o zaman qaynar xəttin varlığının mahiyyəti nədən ibarətdir?”

Günay Məmmədova deyir ki, məsələ ilə bağlı Prezident Aparatına və Ombudsmana da elektron məktub ünvanlayıb və cavab gözləyir.

Mövzu ilə bağlı araşdırmalarımızı davam etdirəcəyik…

 

 

 

xeber365.com///


 




Загрузка...
Həmçinin oxuyun:
Təhsil Nazirliyinin böyük saxtakarlığı üzə çıxdı-Nazirlik müsabiqədə müəllimləri aldadır?

Təhsil Nazirliyinin böyük saxtakarlığı üzə çıxdı-Nazirlik müsabiqədə müəllimləri aldadır?

Müəllim işləyə-işləyə yeri vakant göstərilib?-Sumqayıt məktəbində qəribə olay

Müəllim işləyə-işləyə yeri vakant göstərilib?-Sumqayıt məktəbində qəribə olay

Diaqnostik qiymətləndirmənin dərs bölgüsünə nə aidiyyatı var?

Diaqnostik qiymətləndirmənin dərs bölgüsünə nə aidiyyatı var?

Müəllimlərin dərs bölgüsü bu qayda ilə aparılacaq - Nazirlik açıqladı

Müəllimlərin dərs bölgüsü bu qayda ilə aparılacaq - Nazirlik açıqladı

Cəlilabadda növbəti özbaşınalıq - Direktor əvəzi müəllim Təhsil Nazirliyinə zəng etdiyi üçün dərs saatlarını əlindən aldı - SƏS YAZISI

Cəlilabadda növbəti özbaşınalıq - Direktor əvəzi müəllim Təhsil Nazirliyinə zəng etdiyi üçün dərs saatlarını əlindən aldı - SƏS YAZISI

"Cənab Mikayıl Cabbarov, sizdən diqqət, qayğı gözləmirəm" - NARAZILIQ

"Cənab Mikayıl Cabbarov, sizdən diqqət, qayğı gözləmirəm" - NARAZILIQ

Növbəti tədris ilində müəllimlərin dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmənin nəticələri əsas götürüləcək

Növbəti tədris ilində müəllimlərin dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmənin nəticələri əsas götürüləcək

Bu direktor, direktor müavinləri dərs deyə bilməyəcək

Bu direktor, direktor müavinləri dərs deyə bilməyəcək

4 500 məktəbin direktorları və direktor müavinləri çaşqınlıq içindədirlər.Bu əndrabadi  təlimata açıqlama verən yoxdur??

4 500 məktəbin direktorları və direktor müavinləri çaşqınlıq içindədirlər.Bu əndrabadi təlimata açıqlama verən yoxdur??

Mən məzuniyyətdə ola ola yerim vakant verilib

Mən məzuniyyətdə ola ola yerim vakant verilib

Təhsil Nazirliyindən “saxta müəllim”lərə qarşı sərt addım

Təhsil Nazirliyindən “saxta müəllim”lərə qarşı sərt addım

26 rayonun diaqnostik qiymətləndirmədən keçən müəllimləri oxusun - İnanılmaz imkan

26 rayonun diaqnostik qiymətləndirmədən keçən müəllimləri oxusun - İnanılmaz imkan

"Bu il müəllimlərin yerdəyişməsi müsahibə və ya müsabiqəsiz həyata keçirilib"

"Bu il müəllimlərin yerdəyişməsi müsahibə və ya müsabiqəsiz həyata keçirilib"

Müsahibə mərhələsindən keçməyən müəllimlərin nəzərinə - Təhsil Nazirliyi AÇIQLADI

Müsahibə mərhələsindən keçməyən müəllimlərin nəzərinə - Təhsil Nazirliyi AÇIQLADI

Direktor və müavinləri də DQ-də iştirak edəcək..6 saatdan çox dərs saatı veriləcək

Direktor və müavinləri də DQ-də iştirak edəcək..6 saatdan çox dərs saatı veriləcək

Qabiliyyət imtahanlarına 2 minədək müəllim cəlb olunub

Qabiliyyət imtahanlarına 2 minədək müəllim cəlb olunub

Müəllimlərin nəticələri şagirdlərdən aşağıdır – Rayon təhsil şöbələrinə sərt İTTİHAM

Müəllimlərin nəticələri şagirdlərdən aşağıdır – Rayon təhsil şöbələrinə sərt İTTİHAM

Azərbaycanda 5 minə yaxın müəllimin maaşı artacaq

Azərbaycanda 5 minə yaxın müəllimin maaşı artacaq

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanlarının keçirildiyi ərəfədə yaranan bəzi ittihamlara aydınlıq gətirib.

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanlarının keçirildiyi ərəfədə yaranan bəzi ittihamlara aydınlıq gətirib.

Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsində yenilik edilib

Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsində yenilik edilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri bəlli olub

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri bəlli olub

Bu müəllimlərin dərs yükü dəyişdi - Nazirlikdən xəbər

Bu müəllimlərin dərs yükü dəyişdi - Nazirlikdən xəbər

Təhsil Nazirliyi: Növbəti diaqnostik qiymətləndirmədə 12 min müəllim iştirak edəcək

Təhsil Nazirliyi: Növbəti diaqnostik qiymətləndirmədə 12 min müəllim iştirak edəcək

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron ərizə qəbulu NƏ ZAMAN başlayır?

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron ərizə qəbulu NƏ ZAMAN başlayır?