AzTehsil.com


Xəbərlər
27 may 2017
12 810


Bu müəllimlərin dərs yükü dəyişdi - Nazirlikdən xəbər



Bu müəllimlərin dərs yükü dəyişdi - Nazirlikdən xəbər

 

"2013-cı ildə ölkə başçısı tərəfindən Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyası təsdiq edilib. Burada beş başlıca strateji istiqamət müəyyən olunub ki, onlardan da biri təhsil verənlərin peşəkarlıq səviyyəsinin artırılması, müasir təlim metodlarından istifadə edən yeni təhsil verənlərin formalaşdırılmasıdır”.
 
Aztehsil.com xəbər verir ki, bu fikri açıqlamasında Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqin Bağırov deyib. O, bildirib ki, strateji istiqamətin icrası ilə bağlı Təhsil Nazirliyi tərəfindən mütəmadi olaraq layihələr həyata keçirilir: "2010-cu ildən müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. Hər il Təhsil Nazirliyi tərəfindən yeni qaydalar işlənir, təsdiq edilir. Bu il də mayın 15-də nazirin 54 nömrəli əmri ilə Təhsil Nazirliyinin sisteminə daxil olan ümumtəhsil müəssisələrində çalışan müəllimlərin bir məktəbdən digərinə iş yerinin dəyişdirilməsi, eyni müəllim kadrların işə qəbulu qaydaları yenidən hazırlanıb, təsdiq edilib. Həmin qaydalarda əvvəlki illərlə müqayisədə bir neçə yeniliklər nəzərdə tutulub. Yeniliklərdən ən başlıcası ondan ibarətdir ki, əgər əvvəlki illərdə müəllimlərin şəhər və ya rayon daxilində iş yerinin bir məktəbdən digərinə dəyişdirilməsi, yerli təhsil idarəetmə orqanlarına aid edilmişdisə, yeni qaydalara əsasən həmin səlahiyyət birbaşa Təhsil Nazirliyinə aid olacaq.
 

Bu müəllimlərin dərs yükü dəyişdi - Nazirlikdən xəbər

 

Ən çox verilən sual odur ki, bu qayda hansı formada həyata keçiriləcək? Müsahibə və müsabiqə keçirilməyəcək. Hazırda nazirlikdə proqram təminatı hazırlanır. Proqram təminatında hər bir namizəd müəllim öz sosial statusu ilə bağlı qeydlər aparacaq, iş yerinin dəyişdirilməsini əsaslandıracaq, buna aid olan sənədləri həmin proqram təminatına yükləməklə elektron ərizə ilə müraciət edəcək. Və nazirlikdə yaradılan işçi qrupu tərəfindən həmin namizədlərin məlumatları qiymətləndiriləcək, kimin hansı məktəbə iş yerinin dəyişdirilməsi ilə bağlı qərar qəbul ediləcək”.

E.Bağırov bildirib ki, burda müəllimlərin sosial statusu ilə yanaşı eyni zamanda qiymətləndirmə aləti kimi də onların diaqnostik qiymətləndirmədə göstərdikləri nəticə də nəzər alınacaq.

"İctimaiyyətə məlumat tam olduğu kimi çatdırılmasını istəyirik. Yəni qiymətləndirmənin nəticəsi qərarverici amil deyil. Müəllimlərin yer dəyişdirilməsi, qiymətləndirmə üçün başlıca səbəb onların sosial statusudur. Məsələn, müəllimlərin ailə vəziyyəti, onların sağlamlığı və digər amillərlə bağlıdırsa, biz daha çox buna üstünlük verəcəyik.

Eyni zamanda, əgər bir məktəbdə eyni vakant yer üçün namizədlərin sayı çoxdursa, təbii ki onların akademik göstəricisi (diaqnostik qiymətləndirmədə göstərdiyi nəticə) nəzərə alınacaq.

Bir şəhər məktəbindən digər şəhər məktəbinə iş yerinin dəyişdirilməsi də proqram təminatı vasitəsi ilə eyni qaydada aparılacaq. Yeniliklərdən biri də ondan ibarətdir ki, biz artıq işə qəbul müsabiqəsində müəllimlərin göstərdiyi nəticələri növbəti tədris ili üçün keçiriləcək müsabiqəyə kimi qüvvədə saxlayırıq.

Yəni 2016-2017-ci il tədris ili üçün keçirilən müəllimlərin işə qəbul müsabiqəsində test imtahanında keçid balını toplayan namizədlər imtahana gəlmədən, birbaşa müsabiqənin üçüncü mərhələsi olan vakansiya seçiminə qoşula biləcəklər.

Əvvəlki ballara uyğun vakant yeri seçib, uğur qazandıqları halda, yəni vakansiyanı tutmaq hüququnu əldə etdikdən sonra müsahibə mərhələsinə də dəvət olunacaqlar”.

E. Bağırov söyləyib ki, nazirlik tərəfindən aparılan diaqnostik qiymətləndirmə artıq başa çatmaq üzrədir:

"Bakı şəhərində, Abşeron rayonunda, Sumqayıt şəhərində yerləşən məcburi köçkün rayonlarında çalışan 5 minə yaxın müəllimlərin qiymətləndirilməsi həyata keçirilir. Qiymətləndirməyə qeyd etdiyim rayonlarla yanaşı, əvvəlki illərdə müxtəlif səbəblərdən bu prosessə iştirak edə bilməyən namizədlər də cəlb olunurlar. Qiymətləndirmə başa çatdıqdan sonra ölkə üzrə bütün müəllimlərin nəticələri bizim əlimizdə olacaq. Həm diaqnostik qiymətləndirmənin keçirilməsi qaydalarında, həm də nazirliyin yerli təhsil idarəetmə orqanları ilə görüşləri zamanı tövsiyə və tapşırıqlarımızda hər dəfə qeyd edirik ki, bu qiymətləndirmənin nəticələri müəssisə rəhbərlərinin əlində alət olmalıdır. Müəssisə rəhbəri dərs bölgüsünü aparan zaman, hansısa mükafatlandırma tədbiri həyata keçirəndə bu qiymətləndirmənin nəticəsini alət kimi istifadə etməlidir. Aşağı nəticə göstərən müəllimlərimiz daha az dərs yükü ilə təmin olunmalıdır. Yüksək nəticə göstərən müəllimlərimiz isə buna müvafiq olaraq yüksək dərs yükü ilə təmin edilməlidir. Bu da müəllimin həm də sosial rifahına təsir edən amillərdən biridir. Keçid balından da aşağı nəticə göstərən müəllimlərimiz var. Təbii ki, onların sayı çox olmasa da mövcuddurlar. Bu artıq elə bir kateqoriyada olan müəllimlərdir ki, təlimlərin də onların inkişafına təsiri olmayacaq. Biz bu kateqoriyadan olan müəllimlərin dərs yükünün minimuma endirilməsinin tərəfdarıyıq. Yaxşı olar ki, onlar işdən azad olunsunlar”.

Onu da qeyd edək ki, nazirlik rəsmisi konkret olaraq rəqəm açıqlamasa da əldə etdiyimiz məlumata görə, diaqnostik qiymətləndirmənin nəticəsində keçid balını keçməyən müəllimlərin sayı minlərlədir. Hazırda onların dərs dedikləri təhsil müəssisəsindən uzaqlaşdırılması istiqamətində işlər aparılır. Bunu Təhsil Nazirliyinin sosial şəbəkələrdəki səhifələrindən də görmək olar ki, zəif nəticə göstərən müəllimlər artıq özlərini müxtəlif yollarla müdafiə etməyə cəhd göstərirlər. Məlumata görə, həmin müəllimlərin bir qisminin heç ali təhsili də yoxdur. Onların müəllim kimi işə düzəlməsində isə yerli təhsil idarəetmə orqanlarının və müəssisə direktorlarının əli olduğu bildirilir. Hazırda Təhsil Nazirliyi tərəfindən həmin müəllimlərə qarşı ciddi addımlar atılır. Məlumata görə yerlərdə direktorlar bəzi şəxslərdən pul alıb, onları sənədlərdə xadimə, texniki işçi kimi göstərsələr də, əslində müəllim kimi auditoriyaya buraxıb, dərs saatları veriblər.
 
faktor.az



Загрузка...
Həmçinin oxuyun:
Təhsil Nazirliyindən “saxta müəllim”lərə qarşı sərt addım

Təhsil Nazirliyindən “saxta müəllim”lərə qarşı sərt addım

Növbəti tədris ilində müəllimlərin dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmənin nəticələri əsas götürüləcək

Növbəti tədris ilində müəllimlərin dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmənin nəticələri əsas götürüləcək

Müəllimlərin iş yerinin dəyişdirilməsi zamanı bu amillər nəzərə alınacaq

Müəllimlərin iş yerinin dəyişdirilməsi zamanı bu amillər nəzərə alınacaq

Müəllimlərlə bağlı yeni qaydalar

Müəllimlərlə bağlı yeni qaydalar

Müəllimlərin işə qəbulunda yeni qaydalar təsdiqlənib

Müəllimlərin işə qəbulunda yeni qaydalar təsdiqlənib

Müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi ilə bağlı yeni qaydalar təsdiq edilib

Müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi ilə bağlı yeni qaydalar təsdiq edilib

Bu müəllimlər işdən çıxarılacaq

Bu müəllimlər işdən çıxarılacaq

Bunu etsəz, test imtahanından azad olunub, vakansiya seçmək mərhələsinə buraxılacaqsız

Bunu etsəz, test imtahanından azad olunub, vakansiya seçmək mərhələsinə buraxılacaqsız

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Təhsil Nazirliyi diaqnostik qiymətləndirməyə buraxılmayan müəllimlərə müraciət edib

Təhsil Nazirliyi diaqnostik qiymətləndirməyə buraxılmayan müəllimlərə müraciət edib

Həmin müəllimlərin dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq

Həmin müəllimlərin dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

Azərbaycanda 10 təhsil müəssisəsinə müəllimlər müsabiqədənkənar işə qəbul olunacaq

Azərbaycanda 10 təhsil müəssisəsinə müəllimlər müsabiqədənkənar işə qəbul olunacaq

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları

Diaqnostik qiymətləndirmə imtahanının vaxtı bəlli oldu

Diaqnostik qiymətləndirmə imtahanının vaxtı bəlli oldu

Təhsil Nazirliyi: Növbəti diaqnostik qiymətləndirmədə 12 min müəllim iştirak edəcək

Təhsil Nazirliyi: Növbəti diaqnostik qiymətləndirmədə 12 min müəllim iştirak edəcək

Müəllimlərin işə qəbulu və yerdəyişməsi üçün əmr verildi

Müəllimlərin işə qəbulu və yerdəyişməsi üçün əmr verildi

Müəllimlərin sertifikasiyası üçün yeni qaydalar olacaq

Müəllimlərin sertifikasiyası üçün yeni qaydalar olacaq

26 rayonun diaqnostik qiymətləndirmədən keçən müəllimləri oxusun - İnanılmaz imkan

26 rayonun diaqnostik qiymətləndirmədən keçən müəllimləri oxusun - İnanılmaz imkan

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması  QAYDALARI

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması QAYDALARI

Müəllimlərin İŞƏ Qəbulu və  Yerdəyişmə Qaydaları ƏMR № 165

Müəllimlərin İŞƏ Qəbulu və Yerdəyişmə Qaydaları ƏMR № 165

Müəllimlərin sosial məzuniyyət yeri üzrə dərs yükü vakansiyaya çıxarılmayacaq

Müəllimlərin sosial məzuniyyət yeri üzrə dərs yükü vakansiyaya çıxarılmayacaq

Bu illərdə işə götürülən müəllimlər azad ediləcək – Ekspert

Bu illərdə işə götürülən müəllimlər azad ediləcək – Ekspert

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu  QAYDALARI

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI