Xəbərlər / Digər Xəbərlər
25 sentyabr 2017
5 491


Təhsil Nazirliyinin böyük saxtakarlığı üzə çıxdı-Nazirlik müsabiqədə müəllimləri aldadır?

 

Nazirlik müsabiqədəmüəllimləri aldadır?

Muəllimlər süni şəkildəartırılmış vakansiyalardan şikayətçidir

Bir az əvvəl Təhsil Nazirliyinin müəllimlərin işə qəbulu üzrəkeçirilən müsabiqəsinin nəticələri açıqlandıqdan sonra bir neçə gənc namizəddən müsahibə götürmüşdük.  Onlardan biri müsabiqədə müvafiq keçid balını toplayan, amma seçim  üçün 2-ci turu gözləyən Günay Məmmədova idi. İkinci turun nəticələri açıqlandıqdan və müəllimlərin yerləşdirilməsi prosesi başlandıqdan sonra Günay xanımla əlaqə saxlayıb, nəticələrini öyrənmək istədik. Məlum oldu ki, o, müsabiqədən uğurla keçsə də, dərs saatları ilə bağlı problemlə üzləşib. Kiçik bir araşdırma zamanı aydınlaşdı ki, bu problemlə təkcə o deyil, başqaları da üzləşib. Həmin müəllimlərdən bir neçəsinin şikayətini diqqətinizə təqdim edirik.

– Günay xanım, sizinlə hardasa 25 gün öncə müəllimlərin işə qəbulu üzrəmüsabiqənin nəticələrinin açıqlanması zamanı söhbətləşmişdik. O zaman müsabiqənin şəffaf keçdiyini  bildirmiş, amma seçimi ikinci tura saxladığınızı demişdiniz. Seçim nəticələriniz necə oldu, razı qaldınızmı?

– Bəli, 2-ci turda seçim etdim və sıralamada ilk yazdığım 280 №li tam orta məktəb üzrə ən yüksək mənim balım olduğundan, elə həmin məktəbə də düşdüm. Növbəti vəson mərhələ isə müsahibə mərhələsi idi. Nəhayət, müsahibə mərhələsi də bitdikdən sonra qalırdı cavabların elan olunmasını gözləmək… Həyəcanlı şəkildə keçən bir neçəgündən sonra nəhayət ki, cavablar şəxsi səhifəmizə gəldi. Müsahibədən uğurla keçdiyimi görüb çox sevinmişdim. Sevincimin həddi-hüdudu yox idi. Lakin sevincim çox uzun çəkmədi… Yeni tədris ilinin ilk günündən artıq məyus olmuşdum. Çünki yaşadığım ərazidən xeyli uzaq olmasına baxmayaraq, Hövsan qəsəbəsində yerləşən 280 №li tam orta məktəbi seçməyimin əsas səbəbi məhz 24 saat vakant dərs yükünün verilməsi idi. Lakin direktor R.M. Qasımovla ilk görüşümdə o, 18 saat vakant dərs verdiyini dedi. Mən isə 18 saat yox, 24 saat vakant dərs üzrə gəldiyimi bildirdim. O isəqətiyyətlə 24 saat yox, 18 saat vakant dərs verdiyini təkrarladı. Bu məsələ ilə bağlı Bakı şəhər Təhsil İdarəsi ilə əlaqə saxladım və mənə bildirildi ki, direktor düz deyir, 18 saat vakant dərs verib. "Bəs Təhsil Nazirliyinin saytında vakansiya ilə bağlı məlumatlar bölməsində niyə 24 saat qeyd edilib?” deyə sual verdikdə isə "24 saat yəqin səhv gedib, olur belə şeylər.” cavabını aldım. İndi sizə sual verirəm, siz deyin, əgər səhv gedibsə, bu səhvin məsuliyyətini kim daşımalıdır?! Bunun cəzasını məhz 24 saat vakant dərs yükünə görə o məktəbi seçdiyim üçün mənmi çəkməliyəm?! 18 saat idisə, niyə Təhsil Nazirliyi 24 saat kimi qeyd etmisdi həmin vakansiyanı?! Belə çıxır ki, Təhsil Nazirliyi süni şəkildə artırılmış vakansiyalar elan edir?! Əgər bu məktəb, əslində, 18 saat vakant dərs yükü vermişdisə, 20-22 saat vakant dərs verən başqa məktəblər var idi, 55+ balımla elə o məktəbləri yazardım. Və ya 18 saat idisə, 18 saatlıq vakant yer verən yaşadığım əraziyə daha yaxın məktəblər var idi, onları seçərdim.

– İndi hüquqlarınızın təmin olunması üçün nə etmək fikriniz var. Bu şərtlərləmüəllimliyə başlayırsınız, yoxsa haqqınız üçün mübarizə aparacaqsınız?

– Bu məsələ ilə bağlı dəfələrlə Təhsil Nazirliyinin qaynar xəttinə (146) müraciət etmişəm. Lakin heç bir nəticəsi olmayıb. 15 sentyabr tarixində mənə dərs saatımın 24 saat deyil, 18 saat (!) olacağı bildirilən gün 146 ilə əlaqə saxlayıb, bu məsələnin araşdırılmasını tələb etdim. Onlar isə müraciətimin qeydə alındığını və araşdırılacağını bildirdi. 1 gün sonra isə yəni sentyabr ayının 16-da 146-ya müraciət edərək, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırovla görüş üçün vaxt təyin edilməsini istədim. Yalnız noyabrın 6-na vaxt təyin oluna biləcəyini bildirdi operator və məni görüşlə bağlı noyabrın 6-na qeyd etdi. Düz 1 həftə sonra, yəni 22 sentyabr tarixində araşdırmanın gedişatı ilə bağlı məlumat almaq üçün 146 ilə əlaqəsaxladığımda məlum oldu ki, yalnız görüşlə bağlı müraciətim qeydə alınıbmış. Halbuki, görüş üçün sentyabrın 16-sı əlaqə saxlamışdım, lakin araşdırılma ilə bağlı isəsentyabrın 15-i müraciət etmişdim, yəni 1 gün öncə. Əgər qaynar xətt olaraq müraciət edənin şikayət, təklif və ya müraciətləri qeydə alınmırsa, o zaman qaynar xəttin varlığının mahiyyəti nədən ibarətdir?!

Müəllimliyə sentyabr ayının 15-dən başlamışam. Bu müddət ərzində təyin olunmuş bütün siniflərim üzrə dərslərimi vaxtlı-vaxtında demişəm. Lakin bu o demək deyil ki, hər şeylə razılaşıb sakit oturacağam. Təbii ki, hüquqlarımın təmin olunmasını istəyirəm. Çünki mən məhz həmin dərs saatı verildiyinə görə yaşayış yerimdən çox uzaq bir məktəbi yazmışam. Əgər 18 saat idisə, əvvəlcədən 18 saat olaraq qeyd olunardı. Bakı şəhər Təhsil İdarəsi də məktəb direktorunun dediklərini təsdiqləyir, bu halda deməli, səhv Təhsil Nazirliyinindir. Belə bir sual çıxır ortaya: Təhsil Nazirliyi vakant dərs saatlarını nə məqsədlə süni şəkildə artıraraq verir?!

– Tanıdığınız başqa namizədlər də belə problemlə üzləşib, yoxsa tək sizsiniz?

– Bu hal yalnız mənimlə yaşanmır. Bir çox həmkarlarım da nədənsə saatların azaldılması ilə bağlı problemlə üzləşirlər. Bu problem kütləvi hal alırsa, deməli, bununla bağlı bir tədbir görmək mütləqdir. Araşdırılma aparılsın, vakant saatların süni şəkildə artırılmasına son qoyulsun və hüquqlarımız təmin olunsun. Bu məsələ ilə bağlı digər qurumlara da məktub ünvanlamışam. Tezliklə problemlərimizin həll olunması diləyilə…

İmanova Aygün:

– Mən nazirliyin tabeçiliyində olan  S. Rüstəm adına Xarici dillər təmayüllü gimnaziyaya qəbul olmuşam. 05.09.2017-ci il tarixində gimnaziyanın direktoru Ənvər Mustafayevə sənədlərimi təqdim etsəm də, qəbul etmədi. Sonra da qapını örtərək, "mən məzuniyyətdəyəm, get müavin qəbul etsin” dedi. Müavinə sənədlərimi təqdim etdim, dedi "mən sənədləri qəbul etmirəm, direktor edir, həm də analıq məzuniyyətindən müəllim qayıdıb, saat yoxdur.” Vakansiyada da 20 saat dərs göstərilmişdi.  05.09.2017-ci il tarixində Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu mərkəzində oldum. Mənə dedilər "ərizə yazın, məsələ araşdırılacaq, 2 günə sizinləəlaqə saxlanılacaq. Artıq 20 gün keçib, mən işsiz qalmışam, həm də 56 balla. 2 dəfəTəhsil Nazirliyinin Qaynar xəttinə zəng vurmuşam, deyiblər "narahat olmayın”, ancaq nəticə yoxdur
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Müəllim işləyə-işləyə yeri vakant göstərilib?-Sumqayıt məktəbində qəribə olay

Müəllim işləyə-işləyə yeri vakant göstərilib?-Sumqayıt məktəbində qəribə olay

"Bu əndrabadi bölgü hardan ortalığa çıxıb, heç özüm də baş açmıram” TN-in dərs bölgüsü müəllimləri çaşbaş salıb

"Bu əndrabadi bölgü hardan ortalığa çıxıb, heç özüm də baş açmıram” TN-in dərs bölgüsü müəllimləri çaşbaş salıb

Mən məzuniyyətdə ola ola yerim vakant verilib

Mən məzuniyyətdə ola ola yerim vakant verilib

Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsində yenilik edilib

Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsində yenilik edilib

Qabiliyyət imtahanlarına 2 minədək müəllim cəlb olunub

Qabiliyyət imtahanlarına 2 minədək müəllim cəlb olunub

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya mərhələsi başlayıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya mərhələsi başlayıb

"Cənab Mikayıl Cabbarov, sizdən diqqət, qayğı gözləmirəm" - NARAZILIQ

"Cənab Mikayıl Cabbarov, sizdən diqqət, qayğı gözləmirəm" - NARAZILIQ

Müəllim olmaq istəyənlərin nəzərinə - Sabah son gündür

Müəllim olmaq istəyənlərin nəzərinə - Sabah son gündür

Orta məktəblərdə ən çox bu fənn müəllimlərinə ehtiyac var - NAZİRLİKDƏN AÇIQLAMA

Orta məktəblərdə ən çox bu fənn müəllimlərinə ehtiyac var - NAZİRLİKDƏN AÇIQLAMA

İdman müəllimlərin fiziki bacarıqları yoxlanılıb

İdman müəllimlərin fiziki bacarıqları yoxlanılıb

Müsahibə mərhələsindən keçməyən müəllimlərin nəzərinə - Təhsil Nazirliyi AÇIQLADI

Müsahibə mərhələsindən keçməyən müəllimlərin nəzərinə - Təhsil Nazirliyi AÇIQLADI

Bir çox müəllim həmkarlarım tərəfindən qınaq obyektinə çevrilmişdim.

Bir çox müəllim həmkarlarım tərəfindən qınaq obyektinə çevrilmişdim.

Bu il vakant müəllim yerlərini yerli təhsil şöbələrinin elan etməsinə icazə verilməyib

Bu il vakant müəllim yerlərini yerli təhsil şöbələrinin elan etməsinə icazə verilməyib

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri bəlli olub

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri bəlli olub

İyulda Təhsil Nazirliyinə daxil olan müraciətlərin sayı açıqlanıb

İyulda Təhsil Nazirliyinə daxil olan müraciətlərin sayı açıqlanıb

Ölkədə orta məktəblərə direktorların qəbulu şəffaf şəkildə aparılır - Təhsil Nazirliyi

Ölkədə orta məktəblərə direktorların qəbulu şəffaf şəkildə aparılır - Təhsil Nazirliyi

Təhsil Nazirliyindən müəllimlərin işə qəbulu müsabiqəsində vakansiyalarla bağlı - AÇIQLAMA

Təhsil Nazirliyindən müəllimlərin işə qəbulu müsabiqəsində vakansiyalarla bağlı - AÇIQLAMA

Müəllimlərin işə qəbulu üçün qeydiyyat başa çatdı...50 min müəllim və 10 min vakant yer

Müəllimlərin işə qəbulu üçün qeydiyyat başa çatdı...50 min müəllim və 10 min vakant yer

Təhsil Nazirliyi müəllimlərin imtahanı ilə bağlı açıqlama verdi

Təhsil Nazirliyi müəllimlərin imtahanı ilə bağlı açıqlama verdi

Cəlilabad rayonunda müəllimlər üsyana qalxdı - İşləyən müəllimin yerini vakant etdilər

Cəlilabad rayonunda müəllimlər üsyana qalxdı - İşləyən müəllimin yerini vakant etdilər

Təhsil Nazirliyi: İşə qəbul olmaq istəyən 5225 müəllim müsahibədən keçirilir

Təhsil Nazirliyi: İşə qəbul olmaq istəyən 5225 müəllim müsahibədən keçirilir

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanlarının keçirildiyi ərəfədə yaranan bəzi ittihamlara aydınlıq gətirib.

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanlarının keçirildiyi ərəfədə yaranan bəzi ittihamlara aydınlıq gətirib.

4 500 məktəbin direktorları və direktor müavinləri çaşqınlıq içindədirlər.Bu əndrabadi  təlimata açıqlama verən yoxdur??

4 500 məktəbin direktorları və direktor müavinləri çaşqınlıq içindədirlər.Bu əndrabadi təlimata açıqlama verən yoxdur??

Müsabiqə yolu ilə işə qəbul zamanı əmək müqaviləsinin bağlanması.

Müsabiqə yolu ilə işə qəbul zamanı əmək müqaviləsinin bağlanması.