AzTehsil.com


Xəbərlər / Ekspert
22 may 2020
1 298


Nadir İsrafilov niyə həbs edilmişdi ?



Nadir İsrafilov  niyə  həbs edilmişdi ?

 

"Ən gözəl vaxtlarım – vaxtım olmayan vaxtlardır.”

Bəşəri pandemiya dövrünü yaşayırıq. Gözlənilməz təhlükə bütün social-iqtisadi sahələri əhatə etdiyi kimi, təhsilə də təsirsis ötüşməyib. Bütün qabaqlayıcı və kompleks tədbirlərin həyata keçirilməsi sayəsində xeyli yumşalma müşahidə olunmasına baxmayaraq, hələ də narahatçılıq keçirənlər, təşviş içində olanlar, ajiotaj yaradanlər, böyük zəhmət hesabına görülən işlərə kölgə salmaq niyyətində bulunanlar da var.

Elə isə, bəs onda bizlər niyə bundan da narahatedici və hər şeyin nəzarətdən çıxdığı bir vaxtlar panikaya uymadıq, vaxt olmayan vaxtlarda vaxt tapıb, bütün çətinliklərə sinə gərdik...!?

32 yaşım vardı. Məni Bakının mərkəzi rayonlarından birinə, o zamanlar Maarif çöbəsi adlandırılan Təhsil şöbəsinə müdir vəzifəsinə məsləhət bilmişdilər. Raykomun bürosunun qərarı, Rayispolkomun sessiyasının təsdiqi, Qorkom və Mərkəzi Komitənin Elm və Tədris müəssisələri şöbəsində söhbətdən keçmək və yadımda tam dəqiqliklə qalmayan bir sıra prosedurlardan sonra nəhayət Nazir tərəfindən əmrim verildi. Bəri başdan deyim ki, 4 illik bir dövrü əhatə edən bu postda 4 nazir, 4 nəfər I katiblə - hələ digər yuxarı eşelonda olan vəzifəliləri demirəm – işləməli oldum.

Açığı, mənim üçün bu təyinat gözlənilməz olsa da, bu vəzifəni daşımağa hazır olduğuma hər cür əsas var idi. Təyinatla kənd müəllimliyindən tutmuş, məktəb idarəetməsinin bütün pillələrini keçmişdim. Ali ixtisas təhsilindən savayı, aspiranturada Pedaqoji sahə üzrə akademik təhsil belə almışdım. 50–dən artıq Ümumittifaq miqyaslı elmi-praktik konfranslarda təhsilin problemləri ilə bağlı məruzələr etmiş, tezizlərim ölkənin bir çox nüfuzlu jurnallarında dərc olunmuşdu. Azərbaycan ETPEİ də işlədiyim illər ərzində MK və Nazirlər Kabinetinin xətti ilə Respublikanın əksər rayonlarında yoxlamalarda olmuşdum. Bir sözlə, regional təhsilin incəliklərinə belə kifayət qədər bələdçiliyim var idi.

Böyük arzu və ümidlərlə işə başladım. Elmi Tədqiqat Pedaqoji Elmılər institututunda qazandığım təcrübə və apardığım tədqiqatlara əsaslanaraq, təhsildə ilklərə imza atmağı qarşıma məqsəd qoymuşdum. Ancaq nə fayda, "sən saydığını say, gör fələk nə sayır” el məsəli sanki, məni gözləyirmiş kimi bütün planlarımı pozdu. Məlum hadisələr başladı. Vətəndən didərgin düşmüş həmvətənlərimizi işlə təmin etmək, şəhərdə hələ də çoxluq təşkil edən mənfur düşmənlərimizin provokatorluq cəhdlərinin qarşısını almaq bütün vaxtımızı alırdı. Komendant saatının tətbiqi, daha sonra meydan hərəkatı gərginliyi pik həddə çatdırmışdı. Çox halda elə iş otağındaca gecələməli olurduq.

Günümüz bürolarda, partaktivlərdə keçirdi. Erməni millətindən olan neçə müəllimin və şagirdin məktəbi tərk etməsi barədə gündəlik hesabat verməli idik. Bir gün rayonu tərk edənlər üzrə göstəricilərimiz yüksək olduğundan, Qorkomun bürosunun qərarı ilə mənə hətta o zamanlar üçün ən ağır cəza - partiya şəxsi uçot vərəqəsinə yazılmaqla şiddətli töhmət elan edildi. Bir müddət sonra isə hərbi komendantlıq tərəfindən həbs olunmaq təhlükəsi ilə üz-üzə qaldım. Bunu millətlər arasında nifaq salmağa cəhd kimi protokollaşdırmışdılar.

Belə ki, hadisələrin ən qızğın çağında xidməti iş otağında növbəti qəbul keçirərkən, erməni millətindən olan bir qadın növbəsiz - filansız, salamsız-kəlamsız kabinetə daxil olaraq, hikkəli bir tərzdə onun dərs saatlarının azlığı ilə bağlı problemini təcili həll etməyimi tələb etdi. Vəziyyəti həddən artıq gərginləşdirməmək üçün, məktəb direktoruna zəng etməli oldum və məlum oldu ki, mümkün olan dərslərdən 22 saatı bu dul qadına, 24 saatı isə öhdəsində 7 uşağı olan bir kişi müəllimə ayrılıb. Ədalətli bölgü aparldığını ona nə qədər başa salmağa çalışsam da cəhdlərim bir nəticə vermədi. Məndən onu komendatla birləşdirməyi tələb edərkən əhəmiyyət vermədiyimi görüb, masamın üstündəki telefon dəstəyinə əl atdı. Ondan cəld tərpənərək dəstəyi əlindən aldım və artıq əsəblərimi cilovlaya bilmədiyimdən dəstəyi onun mənə tərəf əyilən alnına çırpdım.

Görünür dəstəyin ağırlığını nəzərə almamışdım. Üz-gözünü qan bürümüş halda, qaçaraq otaqdan çıxdı. Heç yarım saat belə keçməmiş komendant mənə zəng edib, təcili yanına gəlməyimi əmr etdi. Qəbul keçirirəm deyib, dəstəyi üzünə qapatdım. Vəziyyətin bu qədər ciddi xarakter alacağına elə də bir gümanım yox idi, çünki əfqanıstan müharibəsi qəhrəmanlarından sayılan Lebed soyadlı polkovnik və onun komendatura üzvləri bizim Təhsil şöbəsinə məxsus Tədris İstehsalat Kombinatının binasında yerləşdirilmişdi və o məni şəxsən yaxından tanıyırdı.

Alnı paralanmış erməni qadının şikayəti əsasında məni komendaturaya aparmaq üçün arxamca zirehli maşında bir zabit və iki hərbiçi göndərildi. Rus dilində söyüşünə elə öz dilində də cavab verdim. Mənə qarşı milli məsələni qızışdırmaq ittihamı irəli sürüldü və Salyan tərəflərdə yerləşən Xələc həbsxanasına göndərilmək qərara alındı. Bu zaman hansısa tapşırığa gərə bura gələn raykom işçilərindın birinin qulağına mənim tutulmağım barədə xəbəri I katibə çatdırmağı xahiş etdim. Katibin bütün səy və cəhdləri səmərə vermədi. Mənim təyin etdiyim məktəb direktorlarından biri Daxili işlər nazirinin yaxın qohumu idi. Onun vastəsi ilə xəbər nazirə çatdırıldı. Komendant poqon yoldaşı olan generalın sözündən çıxa bilmədi. Rus dilində növbəti söyüş qazansam da bu vəziyyəti də belə adlatdım.

Dilə gətirdiyim bu olay o dövrlərdən xatirimdə qalanlardan yalnız kiçik bir epizoddur. "Ən gözəl vaxtlarım – vaxtım olmayan vaxtlardır” ifadəsi mənə ona görə daha yaxın və əzizdir ki, vaxt olmayan vaxtlarda belə, vaxt tapıb, ideallarımızı qoruduq, əqidəmizə dönük çıxmadıq, nəzarətsiz illərdə də öz üzərimizdə nəzarəti saxlamağı bacardıq. Vaxt olmayan vaxtların gəzəlliyi o oldu ki, bərkə-boşa düşməklə, bir növ həyat məktəbi keçmiş olduq, yaxşını pisdən, düzü yalandan ayırmağı, haqqa, ədalətə qiymət verməyi öyrəndik. Yoxsa ki... indiki bəzilərinin sanki, dəymə-düşər olduqları kimi...



Загрузка...
Həmçinin oxuyun:
“Səbir insana ömrü boyu dözmək üçün yox, məqamı düzgün seçmək üçün lazımdır.”

“Səbir insana ömrü boyu dözmək üçün yox, məqamı düzgün seçmək üçün lazımdır.”

Mənim ilk karyeramı “əngəlləyən” böyük insan...

Mənim ilk karyeramı “əngəlləyən” böyük insan...

“Dedilər, nazir sənlə görüşmək istəyir, səhərəcən yata bilmədim”-Təhsil eksperti

“Dedilər, nazir sənlə görüşmək istəyir, səhərəcən yata bilmədim”-Təhsil eksperti

Yaradıcı adam üçün heç də evlə, çöl – bayırın elə də əsaslı bir fərqi yoxdur.

Yaradıcı adam üçün heç də evlə, çöl – bayırın elə də əsaslı bir fərqi yoxdur.

1 günün məcarası....İnanclarımız...

1 günün məcarası....İnanclarımız...

Təhsil Nazirliyinin böyük saxtakarlığı üzə çıxdı-Nazirlik müsabiqədə müəllimləri aldadır?

Təhsil Nazirliyinin böyük saxtakarlığı üzə çıxdı-Nazirlik müsabiqədə müəllimləri aldadır?

Nadir Israfilov: “İllər keçdikcə bir daha şahidi olursan ki…”

Nadir Israfilov: “İllər keçdikcə bir daha şahidi olursan ki…”

ŞƏHRA ÇİÇƏYİ...Şəhriyyə Qəzənfərqızı

ŞƏHRA ÇİÇƏYİ...Şəhriyyə Qəzənfərqızı

ON YAŞLI ANA - Şəhriyyə Qəzənfərqızı

ON YAŞLI ANA - Şəhriyyə Qəzənfərqızı

AXİRƏTDƏN GƏLƏN PUL...-Şəhriyyə Qəzənfərqızı

AXİRƏTDƏN GƏLƏN PUL...-Şəhriyyə Qəzənfərqızı

Nadir Israfilov: “Belə əməllər heç vaxt xatirələrdən silinmir…”

Nadir Israfilov: “Belə əməllər heç vaxt xatirələrdən silinmir…”

Testi ləğv etmək? Öncə təklifinizi dinləmək istərdik…

Testi ləğv etmək? Öncə təklifinizi dinləmək istərdik…

Nadir İsrafilov:“Yaxın, uzaq keçmişinlə bağlı xatirələrinlə baş-başa qalırsan“

Nadir İsrafilov:“Yaxın, uzaq keçmişinlə bağlı xatirələrinlə baş-başa qalırsan“

2017-ci ildən razı və narazı TƏLƏBƏLƏR: “Kim həyatından bezibsə, bu universiteti seçə bilər”

2017-ci ildən razı və narazı TƏLƏBƏLƏR: “Kim həyatından bezibsə, bu universiteti seçə bilər”

Saatlıda prakuror məktəb direktorundan 5 min manat istəyir

Saatlıda prakuror məktəb direktorundan 5 min manat istəyir

“Rektor məni iclasda təhqir etdi və...”

“Rektor məni iclasda təhqir etdi və...”

Gənc müəllimdən məktəbdə yığılan pula etiraz - Dərsi boykot etdi

Gənc müəllimdən məktəbdə yığılan pula etiraz - Dərsi boykot etdi

"Rayonumuzun təhsili qara bazara cevrilib" - Direktor müavinindən prezidentə MÜRACİƏT

"Rayonumuzun təhsili qara bazara cevrilib" - Direktor müavinindən prezidentə MÜRACİƏT

GÖYLƏRƏ QALXAN İŞIQ........Şəhriyyə Qəzənfərqızı

GÖYLƏRƏ QALXAN İŞIQ........Şəhriyyə Qəzənfərqızı

Kənd məktəbində direktor müəllim mübahisəsi – “Vakansiyalar gizlədilir, qanunsuzluqlar var”

Kənd məktəbində direktor müəllim mübahisəsi – “Vakansiyalar gizlədilir, qanunsuzluqlar var”

"Direktor yox idi. Əvəzləyici var idi." ZORLANAN MƏKTƏBLİNİN acı hekayəsi

"Direktor yox idi. Əvəzləyici var idi." ZORLANAN MƏKTƏBLİNİN acı hekayəsi

Təhsildən yazmaq olar, amma...

Təhsildən yazmaq olar, amma...

Attestatını atasından ala bilməyən gənc: “Bu işdə Təhsil Nazirliyi mənə  kömək oldu”

Attestatını atasından ala bilməyən gənc: “Bu işdə Təhsil Nazirliyi mənə kömək oldu”

Anam özümə qarşı güclü güvən duyğusu bəsləməyimi təmin etdi.

Anam özümə qarşı güclü güvən duyğusu bəsləməyimi təmin etdi.