AzTehsil.com


Xəbərlər / Ekspert
11 iyun 2020
1 337


Nadir İsrafilov: "Bəlkə də, elə rusdilli olduğumdan bu gənc yaşımda, bu məsul vəzifə mənə həvalə edilmişdi"



Nadir İsrafilov: "Bəlkə də, elə rusdilli olduğumdan bu gənc yaşımda, bu məsul vəzifə mənə həvalə edilmişdi"

 

80-cı illərin sonları idi. Bakı şəhərinin Nəsimi rayonuna, o vaxtlar Xalq Maarifi şöbəsi adlanan təhsil qurumuna müdir təyyin olunmuşdum. Həmin vəzifəyə təyinat alarkən, yuxarılar mənə rayon təhsilinə yeni nəfəs gətirə biləcək gənc kadr kimi baxır və qarşıma bir sıra həllini gözləyəcək vəzifələr qoymuşdular.

Rayonumuzun ərazisi şəhərin kənar mikrorayonlarından başlamış, mərkəzdə dəniz kənarına qədər bir  sahəni əhatə edirdi. Rəhbərlik etdiyim 100-ə qədər təhsil müəssisəsi rəhbərlərinin 70-75 faizi rus, yəhudi və digər millətlərin nümayəndələri idi. Bəlkə də, elə rusdilli olduğumdan bu gənc yaşımda, bu məsul vəzifə mənə həvalə edilmişdi.

Bir gün, ölkədə kifayət qədər tanınan kino və teatr aktyorlarından olan, Respublikanın xalq artistlərindən biri yanıma gələrək, məktəblərimizdən birində müəllim işləyən həyat yoldaşına növbədənkənar minik avtomobili verilməsini xahiş etdi. Çixılmaz vəziyyətdə qalıb, Həmkarlar komitəsinin sədrini yanıma çağırdım. Onun da məsləhəti, o oldu ki, növbədə birnci və digər millətdən olan məktəb direktorunu yanıma çağırmalı və növbəsini xahişə gələn həmin şəxsə verməsini xahiş etməliyik. Elə də etdim. Yanıma dəvət etdiyim direktor məndən keçə bilmədi və növbəsindən imtina edi.

Üstündən bir ay keçər, keçməz həmin xalq artisti, yenidən yanıma gələrək, bu dəfə qaynının belə bir minik avtomobilinə zəruri ehtiyacı olduğunu bildirərkən, artıq bu xahişi rədd etmək məcburiyyəti qarşısında qaldım. Tanınmış aktyor, xalqın sevimli artisti nə etsə yaxşıdır… özünü hansı kanallasa bizim ənnənəvi avqust konfransına nümayəndə saldırdı və kürsüyə çıxaraq məni, milli mənsubiyyətimə xilaf çıxmaqda, məhz öz ana dilimizdə deyiı, rus dilində məruzə etməyimdə o ki var, ittiham etdi. Bununla sakitləşməyərək, hələ bir neçə qəzetdə də mənim əleyhimə yazılar dərc etdirdi. Bu adam ölənə qədər də bilmək istəmədi ki, o vaxt  bütün rəsmi toplantılar rus dilində gedirdi və bu mənim arzu və istəyimdən aslı deyildi. Bununla belə, necə deyərlər, Allah ona qəni-qəni rəhmət eləsin.

Bir ara keçmişdi ki, Nazirliyin şöbə müdiri küçədə quraşdırılmış avtomat aparatından mənə zəng edərək, onu içəri buraxmadıqları üçün təcili məktəbə gəlməyimi bildirdi. Dərhal özümü "hadisə yerinə” çatdırdım. Uzun çək-çevirdən sonra, onu içəriyə buraxdırdım. Belə bir xəlvəti qənaətə gəlindi ki, o artıq idarə olunmur və təcili vəzifəsindən azad edilməlıdır. Nazir və I katiblə məsləhətləşmələr onunla sonunclandı ki, bütün sonrakı məsuliyyəti şəxsən mən daşımalı idim. Özümdə cəsarət tapıb, 10 illərlə Bakı Şəhər Baş Təhsil İdarəsinə rəhbərlik etmiş, rus millətindən olan Kurdyumova soyadlı qadını təqaüdə göndərdim. Baş ağrısı isə ondan ibarət oldu ki, dəfələrlə "Qorkom”a çağrılaraq, müxtəlif səpkidə izahatlar verməli oldum. Bu dəfə cavanlığım və idarəetmədə təcrübəsizliyim nəzərə alınaraq, şifahi xəbədarlıqla yaxamı qurtarmış oldım.

Mənə qarşı əsən "şimal küləyi” elə bil, kəsmək bilmirdi. Bu dəfəki dalğa, sanki sunami ilə müqayisə olunacaq dərəcədə idi. Mərkəzi Komitənin II katibinin bizim mikrorayon məktəblərinin birində ənənənəvi partiya hesabat seçki yığıncağında nümayəndə qismində iştirakı nəzərdə tutulmuşdu. Hazırlıq işləri ilə əlaqədar bir həftəmizi məktəbdə keçirməli olduq. Özünü itirən məktəb direktoru onun üçün qabaqcadan rus dilində hazırlanmış  mətni hecalıya-hecalıya oxuyaraq, tər içində çıxışını birtəhər başa vurdu. Məktəbin rus dilli partkomu isə bülbül kimi ötərək, hesabatı ilə II katibin rəğbətini qazanmış oldu.

Yəğıncaq başa çatan kimi həmin katib Nazirə üzünü tutaraq, direktorun dərhal vəzifədən azad olunması vərusdilli partkomun onun yerinə təyin olunması və bir həftə müddətində bu barədə Mərkəzi Komitəyə məlumat verilməsi barədə tapşırıq verdi. Hamı nəzərlərini mənə dikmişdi. Rus dilini zəif bildiyinə görə ləyaqətli bir işçini vəzifədən azad etməyi, adam öz vicdanına sığışdırmırdı. Bu yandan da, ciddi partiya tapşırığı.  Belə qərara alındı ki, bülleten götürüb, ara sakitləşənə qədər bir müddət rayona gedim. Yəni, elə çıxsın ki, guya mənimlə heç bir əlaqə yarada bilmirlər. Elə də etdim. Üç həftənin tamamında mənə zəng edərək, həmin katibin vəzifədən azad olunması barədə gözaydınlığı verdilər. Bakıya, öz iş yerimə qayıtdım…



Загрузка...
Həmçinin oxuyun:
Nadir İsrafilov  niyə  həbs edilmişdi ?

Nadir İsrafilov niyə həbs edilmişdi ?

“Riyakar adamların qiyafəti işıq, məzmunu kölgədir.”

“Riyakar adamların qiyafəti işıq, məzmunu kölgədir.”

“Səbir insana ömrü boyu dözmək üçün yox, məqamı düzgün seçmək üçün lazımdır.”

“Səbir insana ömrü boyu dözmək üçün yox, məqamı düzgün seçmək üçün lazımdır.”

Mənim ilk karyeramı “əngəlləyən” böyük insan...

Mənim ilk karyeramı “əngəlləyən” böyük insan...

“Dedilər, nazir sənlə görüşmək istəyir, səhərəcən yata bilmədim”-Təhsil eksperti

“Dedilər, nazir sənlə görüşmək istəyir, səhərəcən yata bilmədim”-Təhsil eksperti

Ağababa İbrahimov -   Detektivsayağı hekayə

Ağababa İbrahimov - Detektivsayağı hekayə

Nadir İsrafilov:“Yaxın, uzaq keçmişinlə bağlı xatirələrinlə baş-başa qalırsan“

Nadir İsrafilov:“Yaxın, uzaq keçmişinlə bağlı xatirələrinlə baş-başa qalırsan“

Sabirabadda direktor şagirdə qarşı təcavüz etdi VİDEO

Sabirabadda direktor şagirdə qarşı təcavüz etdi VİDEO

“Rus dilini təbliğ etmək Azərbaycana düşmənlikdir”

“Rus dilini təbliğ etmək Azərbaycana düşmənlikdir”

Ailədə iki dildə danışanlara XƏBƏRDARLIQ: Uşağınızın nitqi...

Ailədə iki dildə danışanlara XƏBƏRDARLIQ: Uşağınızın nitqi...

2017-ci ildən razı və narazı TƏLƏBƏLƏR: “Kim həyatından bezibsə, bu universiteti seçə bilər”

2017-ci ildən razı və narazı TƏLƏBƏLƏR: “Kim həyatından bezibsə, bu universiteti seçə bilər”

Nadir Israfilov: “Belə əməllər heç vaxt xatirələrdən silinmir…”

Nadir Israfilov: “Belə əməllər heç vaxt xatirələrdən silinmir…”

Testi ləğv etmək? Öncə təklifinizi dinləmək istərdik…

Testi ləğv etmək? Öncə təklifinizi dinləmək istərdik…

Uşaqla bir dildə danışın - Valideynlər DİQQƏT

Uşaqla bir dildə danışın - Valideynlər DİQQƏT

Azərbaycanlı müəllim xərçəngə tutuldu -Hamını kövrəldən əhvalat

Azərbaycanlı müəllim xərçəngə tutuldu -Hamını kövrəldən əhvalat

Gənc müəllimdən məktəbdə yığılan pula etiraz - Dərsi boykot etdi

Gənc müəllimdən məktəbdə yığılan pula etiraz - Dərsi boykot etdi

Saxta diplom ilə məni şantaj edir - Məktəb direktoru

Saxta diplom ilə məni şantaj edir - Məktəb direktoru

"Direktor yox idi. Əvəzləyici var idi." ZORLANAN MƏKTƏBLİNİN acı hekayəsi

"Direktor yox idi. Əvəzləyici var idi." ZORLANAN MƏKTƏBLİNİN acı hekayəsi

ŞƏHRA ÇİÇƏYİ...Şəhriyyə Qəzənfərqızı

ŞƏHRA ÇİÇƏYİ...Şəhriyyə Qəzənfərqızı

Repititorluğun tamahı və 10-cu sinif şagirdinin intiharı...FACİƏ

Repititorluğun tamahı və 10-cu sinif şagirdinin intiharı...FACİƏ

Yaradıcı adam üçün heç də evlə, çöl – bayırın elə də əsaslı bir fərqi yoxdur.

Yaradıcı adam üçün heç də evlə, çöl – bayırın elə də əsaslı bir fərqi yoxdur.

“Rektor məni iclasda təhqir etdi və...”

“Rektor məni iclasda təhqir etdi və...”

1 günün məcarası....İnanclarımız...

1 günün məcarası....İnanclarımız...