AzTehsil.com


Xəbərlər / Valideyn / Müəllim
11 yanvar 2020
1 667


Uşağın yalan danışmasının altında hansı səbəblər yatır?



 

Xəyal və gerçəyi ayıra bilmədikləri üçün doğru olmayan şeyləri söyləmək, 3-7 yaş arası uşaqlarda, xüsusilə oyun fəaliyyətində rast gəlinir. Təxminən 11 yaşından sonra doğru ilə yanlışı böyüklər kimi ayırd etməyə başlayır.

Uşağın yalan danışmasının altında hansı səbəblər yatır?

Uşaqlar bir neçə səbəblə yalan danışa bilər. Burada diqqət edilməsi lazım olan uşağın yalanı hansı vəziyyətlərdə və kimlərin söylədiyidir. 7 yaşına qədər uşaqlarda xəyal gücünün təsirindən yaranan ya da böyüklərin diqqətini çəkmək üçün danışdıqları yalanlar ola bilər. Bu vəziyyətlərdə söyıənən yalanlar zamanı uşaqları uyğun cümlələrlə doğru olanları danışmağın nə qədər düzgün olduğunu başa salmaq lazımdır. 7 yaşdan sonra,  xüsusilə 11 yaşdan yuxarı söyıənilən yalanlarla uşaqlar, əgər sadəcə valideynlərinə yalan danışırlarsa, hansı mövzularda olduğuna diqqət edilməlidir. Yalniz ana və ataya söyıənilən yalanların altında onların verəcəyi reaksiyadan çəkinmə və qorxma yatır. Hiperaktiv uşaqlar düşünüb hərəkət etməkdə çətinlik çəkdikləri üçün çox asan yalan danışa bilirlər. Tək bir insana ya da müəyyən mövzularda söylənilən yalanlarda uşağın o insanlarla münasibətini və yalan danışdığı mövzu ilə əlaqəsini nəzərdən keçirmək lazımdır.

Ailələr övladlarının yalan danışdıqlarını hiss etdikdə nə etməlidirlər?

Uşaqların davranışında və psixologiyasında ortaya çıxan problemlərin nə səbəblə yarandığını bilmək çox önəmlidir. Əgər uşaq yanlız ata və anaya yalan danışırsa, və onların reaksiyalarından qorxursa, ilk öncə bunun səbəbini araşdırmaq lazımdır. Yalan ortaya çıxan zaman  verilən yanlış reaksiya sözlə və ya fiziki şiddət kimi səhv davranışlar heç vaxt həll yolu deyil. Uşağa yalan danışmağın mənfilərini söylədikdən sonra belə bir davranışın bizim və digərləri tərəfindən qəbul edilməyəcəyi izah edilməli, doğru söyləməyin əhəmiyyətini bilmədiyi üçün belə davranmış ola biləcəyi və bundan sonra daha diqqətli olacağına dair ona güvəndiyimizi bildirməliyik. Nəsihətin az, dinləmənin çox olduğu bir dialoqdan istifadə edilməlidir. Əgər bunlara baxmayaraq uşaq yalan danışmağa davam edirsə, bu zaman psixoloq yardımı alınmalıdır. Bu ona görə vacibdir ki, uşaq yalan danışmağı alışqanlıq halına gətirməsin, və yalanı ortaya çıxaran əsas səbəb tapılsın və həll edilsin.

Yəni, əvvəlcə uşağın hansı yaş aralığında olduğu, yalanı kimə danışdığı, hanı mövzularda yalan danışdığı müəyyən edilməlidir.
dushunce.az



Загрузка...