AzTehsil.com


Xəbərlər / Psixoloq
08 dekabr 2017
3 328


Uşağın yalan danışması nəyə işarədir?



Uşaq yalanı bir əyləncə də ola bilər, amma adətən daha ciddi problemlərə işarədir və buna diqqətlə yanaşmaq lazımdır. Əgər uşaq yalan danışırsa, bu zaman hansı fikirlər yarana bilər? Uşaq psixoloqu Lorens Katner uşağı yalana motivasiya edən 5 əsas səbəbləri sadalayır: 


Cəza qorxusu


Uşaqlar cəzalanmaqdan qorxurlar. Əgər valideynlər uşaqlarını doğrudan da cəzalandıra və onlardan real olmayan nə isə gözləyirlərsə. Məsələn, valideyn istəyir ki, 8 yaşlı oğlu əla oxusun və hər gün əla qiymət alsın, ancaq bu, belə olmayan halda uşaq cəzalanır və futbol oynamaq üçün həyətə buraxılmır. Təbii ki, belə vəziyyətdə futbola böyük həvəsi olan uşaq yaxşı qiymət almadığı halda bunu valideyndən gizlədəcək, yaxud «yaxşı cavab verdim, amma müəllim qiymət yazmadı» kimi yalanlar danışacaq. 


Mənliyin artırılması


Məktəbli uşaqlar dostları arasında statusunu artırmaq və yaxşı görünmək üçün yalan danışırlar. Məsələn: məşhur idmançı, aktyor, müğənni ilə rastlaşdığını və ya çox zəngin olduqlarını yoldaşlarına söyləyirlər. Əgər lovğalıq halları vaxtaşırı müşahidə olunursa, narahatçılığa səbəb yoxdur. Amma uşaq öz statusunu artırmaq üçün təkrarən yalan danışırsa, bu, uşağın ozündən tam narazı olmağına işarə edən ciddi bir siqnaldır. Bu hallarda aydınlaşdırmaq lazımdır ki, uşaq hansı səbəbdən özünü alçaldılmış və xeyirsiz hesab edir? Bəlkə məktəbdə yoldaşları uşağa lağ edir, fikir vermirlər? 


Etiraz


Bir çox uşaqlar üçün yalan — məhdudiyyətlərə əks getmək, valideynlərinin avtoritetinə çağırış atmaq üsuludur. 10-12 yaşlarında uşaqlar düşünürlər ki, hər bir şeyi valideynə söyləməyə ehtiyac yoxdur və valideynin sualını hökm, təzyiq kimi qəbul etdikləri zaman yalan danışa bilərlər.

 

Şəxsi sərhədlərin təyini

 

Uşaq böyüdükcə müstəqilliyinin, şəxsi həyatının və şəxsi məsafəsinin olmasının vacibliyini kəskin hiss edir. Valideynin nəzarəti və himayəsi artdıqca, uşaq daha da çox sirr saxlayır və yalan danışır. Hətta ondan əl çəkilməsi məqsədilə, kobudluğa da yol verə bilirlər: «Sən hara gedirsən?» — «Heç yerə!», «Nə iş görürsən? — »Heç nə!", «O kimdir?»- «Sən onu tanımırsan!». 


Ailədə olan problemlər


Uşaq daim yalan danışırsa, bu, ailədə hər hansı bir problemin olmasına işarədir. Əsasən də, yalana oğruluq və vandalizm (ətrafda olan əşyalara ziyan verilməsi) qoşulan zaman. Əgər uşaq tərəfindən yaranan pisliklərin qurbanı ailə üzvləridirsə, bu, ciddi diqqət mərkəzində olmalıdır, çünki sözlərdən daha ifadəli olan yardıma çağırış ümidsizlik hallarına işarə edə bilər. Adətən boşanan ailələrin uşaqlarında belə hallara tez-tez rast gəlinir. Bəzi hallarda isə uşaqlar öz hərəkətləri ilə valideynləri yenidən birləşməyə sövq edirlər.




Загрузка...
Həmçinin oxuyun:
Uşağın yalan danışması nəyə işarədir? -VALİDEYNLƏR, DİQQƏTLİ OLUN!

Uşağın yalan danışması nəyə işarədir? -VALİDEYNLƏR, DİQQƏTLİ OLUN!

Uşaq tərbiyəsində valideynin rolu - SÖZÜ VƏ ƏMƏLİ NÜMUNƏDİR

Uşaq tərbiyəsində valideynin rolu - SÖZÜ VƏ ƏMƏLİ NÜMUNƏDİR

Uşaq yalanları və özündən uydurmalara meyillilik

Uşaq yalanları və özündən uydurmalara meyillilik

XƏTALARA GÖZ YUMUN

XƏTALARA GÖZ YUMUN

Xətalara göz yumun - Valideynlərə MƏSLƏHƏT

Xətalara göz yumun - Valideynlərə MƏSLƏHƏT

Ailədə iki dildə danışanlara XƏBƏRDARLIQ: Uşağınızın nitqi...

Ailədə iki dildə danışanlara XƏBƏRDARLIQ: Uşağınızın nitqi...

Demək, etmək, göstərmək - uşaq tərbiyəsində hansı daha vacibdir?

Demək, etmək, göstərmək - uşaq tərbiyəsində hansı daha vacibdir?

Hansı valideyn tipisən?- ÖYRƏN!

Hansı valideyn tipisən?- ÖYRƏN!

Uşaqlarda davranış pozuntuları... PROBLEM

Uşaqlarda davranış pozuntuları... PROBLEM

Kəkələyən uşaqlarda hansı qüsurlar olur?

Kəkələyən uşaqlarda hansı qüsurlar olur?

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...

Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...

Uşaqla bir dildə danışın - Valideynlər DİQQƏT

Uşaqla bir dildə danışın - Valideynlər DİQQƏT

Uşaq tərbiyəsində 15 qızıl qayda

Uşaq tərbiyəsində 15 qızıl qayda

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

Qız uşaqları atalarına, oğlan uşaqları analarına gözəl görünmək istəyir- Valideynlərin nəzərinə

Qız uşaqları atalarına, oğlan uşaqları analarına gözəl görünmək istəyir- Valideynlərin nəzərinə

Uşaqlar üçün idman növü seçərkən diqqətli olun- Aqressiya yaradır

Uşaqlar üçün idman növü seçərkən diqqətli olun- Aqressiya yaradır

Cəzadan və ya  fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

Cəzadan və ya fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

Tərbiyədə əsas rol: Valideyn-uşaq münasibətləri

Tərbiyədə əsas rol: Valideyn-uşaq münasibətləri

Uşaqların dərs uğursuzluğu nə ilə bağlıdır?

Uşaqların dərs uğursuzluğu nə ilə bağlıdır?

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşaqlar valideynlərini necə idarə edir?

Uşaqlar valideynlərini necə idarə edir?

İştahasız uşağa necə yanaşmalı- MƏSLƏHƏT

İştahasız uşağa necə yanaşmalı- MƏSLƏHƏT

Uşaq psixoloqlarının valideynlərə məsləhət görmədiyi 10 cümlə

Uşaq psixoloqlarının valideynlərə məsləhət görmədiyi 10 cümlə