AzTehsil.com


Xəbərlər / Valideyn / Müəllim
29 dekabr 2018
3 447


Uşaqlarla düzgün davranış qaydası



 

 
Hər ana -ata uşağı üçün bir çox detalı planlaşdırır, uşağı üçün hər şeyin ən yaxşısını istədiyi üçün onlara bol miqdarda  nəzarət edir.

  Bu davranış forması uşaqlar üçün məcburedicidir. Uşaqlardan bu nəzarətin qüsursuz qarşılanmasını istəmək qarşıdurmaların yaranmasına səbəb ola bilər. Bu tələblərə cavab verməyə müqavimət göstərən uşaq da valideynlərinin gözündə söz dinləməyən uşaq tipinə çevrilir.Uşaqlar söz dinləməz, çünki uşaqlar yetkinlərin ağızından çıxan sözlərə görə hərəkət edən robotlar deyil.Uşaqların istəkləri, maraqları, hərəkət etmə və qayğı görməyə ehtiyacı vardır. Uşağın bu ehtiyacları və istəkləri yetkinin məşğul və planlı həyatında işlərin yolunda getməməsinə səbəb olan bir maneə halına çevrilə bilər. Ana və ata uşağı üçün, bir çox detalı planlaşdırır: səhər qalxma saatı, yeyiləcək olan yeməklər, yatma saatı və s. Bu valideynlərin uşağı üçün hər şeyin ən yaxşısını istəmək arzusudur. Əllər yuyulmalı, çirkli paltarlarla gəzməməli, evdə qaçmamalı, əlləriylə bir şey yeməməli, yalan danışmamalı, oyuncağını paylaşmalı, zamanı yaxşı istifadə etməli, sürətli geyinməli, ev tapşırıqları vaxtında edilməli, qardaşla yaxşı dolanılmalı kimi bol miqdarda nəzarəti qarşılamaq bir uşaq üçün məcburedicidir. Bu səbəblə qarşıdurmalar yaşanır. Qısası, ana- atanın nəzarətinə, ideallarına görə davrana bilməyən uşaq söz dinləməyən uşaq etiketini alır.Uşaqların yetkinin gözlədiyi istəklərə uyğun davranmağa razı salmanın tək yolu, onlara bir şeyləri  əmr etmək deyil, söyləməkdir. Ana- atalar bunun başa düşsələr, söz dinləməyən uşaq imici də ortadan qalxar. Hər uşağın ehtiyacına uyğun intizam anlayışı ilə hərəkət etmək kifayətdir. Ümumiyyətlə, uşaqların ehtiyacları nələrdir deyə düşündüyümüzdə, əsas amilləri bu şəkildə sıralaya bilərik: 
 
Özlərinə qarşı inam ehtiyacı:
 
Uşağın çətinlik çəkdiyi bir davranışı dəyişdirə biləcəyinə əvvəl ana -atanın inanması lazımdır. Əgər yetkinin bu mövzuda ümidi yoxdursa, uşaq bunu hiss edəcək. "Nə də olsa bir şey düzəlməz, nə desəm boşdur" düşüncələriylə uşaqda istədiyiniz davranışı yaradıla bilməz.
 
Şərtsiz qəbul edilmə ehtiyacı:
 
Nə etmiş olursa-olsun hər halıyla qəbul edilmə və sevilmə ehtiyacı ödənilməyən uşaq, ana- ata ilə əməkdaşlıq etmə mövzusunda çətinlik çəkir, davranışını dəyişdirməkdənsə müqavimət göstərər və ya bunu heç əhəmiyyətli də hesab etmir. 

Əsaslı və qərarlı yanaşma:
 
Hər gün eyni gözlənilən tələb içində olmaq əhəmiyyətlidir. Bir gün dişini fırçalamamasına əhəmiyyətli bir şey deyilmiş kimi yanaşıb, sabahısı gün unutmamasını gözləsək, davranış dəyişikliyi meydana gətirməkdə heç nə əldə etməyəcəyik.
 
Bacara bildiyini görmə ehtiyacı:
 
Nə edirsə -etsin, yaxşı olmadığını hiss edən bir uşaq dəyişmək üçün səy göstərməyəcək. Bu səbəblə kiçik səylərini belə ona hiss etdirməli və bunu uşağa deməlisiniz. Həftənin hər günü yatma saatını gecikdirən bir uşaq həftədə bir gün zamanında yatmağı bacarırsa, bu əhəmiyyətli bir inkişafdır. Bunu həftənin iki gününə çıxara bilmək əhəmiyyətlidir.

Ehtiyac duyduğu zamanı verə bilmək:
 
Uşağın sürətində irəliləmək əhəmiyyətlidir, yetkinin tələsik gözləməsinin uşağın dünyasında yeri yoxdur. Qısa müddətdə hər istəyə uyğunlaşma təmin etməsini gözləmək ana -ata ilə uşaq arasında qarşıdurmaların artmasına səbəb olacaq. 
 
Uşağın edə biləcəyi davranışı ondan gözləmək:
 
Uşaq yaşına və qabiliyyətlərinə uyğun olmayan istəyi bacara bilməyəcəyi üçün, hər ana -atanın uşağın içində olduğu yaş xüsusiyyətləri haqqında məlumata sahib olması əhəmiyyətlidir. Məsələn, məktəbə getməyən bir uşağa "otağını yığışdır" demənin bir mənası yoxdur. O yaşda bir uşaq daha detallı bir tapşırığı anlaya bilər və tətbiq edə bilər." Yerə dağılan oyuncaqlarını oyuncaq qutusuna qoymalısan" demək daha düzgün bir istəkdir.
Davranışı dəyişdirmə müddətində ana-atanın uşaqla əməkdaşlıq etməsi: Uşağınızda formalaşmasını istədiyiniz bütün davranışlar yalnız uşağınızın deyil, ailənin bütün fərdlərinin məsuliyyətindədir. Uşaqlar edilməsi lazım olanların əmr edildiyi mühitlərdə deyil, hər kəsin bərabər çalışdığı mühitdə iştirak etdiklərində məhsuldar olurlar. qadin.net



Загрузка...