AzTehsil.com

Mədəniyyət / Cəmiyyət / Manşet / Xəbərlər / Müəllim
06 aprel 2025
1 620

Yüzlərlə müəllim imtahandan kəsildi - Kollec biabırçılığı



AzTehsil.com xəbər verir ki,Son günlərdə keçirilən müəllimləri attestasiya imtahanlarının nəticələri ciddi müzakirə mövzusuna çevirilib. Yüzlərlə müəllim attestasiyadan kəsilib, onların əksəriyyəti kollec məzunudur.Bu imtahanlar göstərdi ki, xüsusilə kollecləri bitirib məktəbdə dərs deyən müəllimlərin bilik səviyyəsi ciddi şəkildə sual altındadır. Musiqi müəllimlərinin qiymətləndirilməsi ilə başlayan bu müzakirələr, əslində daha geniş bir problemin – orta ixtisas təhsil müəssisələrinin pedaqoji kadr hazırlığında keyfiyyət məsələsinin diqqət mərkəzinə gəlməsinə səbəb oldu.2023 və 2024-cü illərdə keçirilən sertifikasiya imtahanlarında da orta ixtisas təhsilli müəllimlərin nəticələri ümumi göstəricilərdən aşağı olub. Məsələn, 2024-cü il nəticələrinə əsasən, universitet məzunlarının 72%-i minimum balı topladığı halda, kollec məzunlarında bu rəqəm cəmi 43% olub. Bu fərq sadəcə fərdi hazırlıqla deyil, sistematik struktur probleminin mövcudluğuyla bağlıdır.Mövzu ilə bağlı təhsil sahələri üzrə eksper Kamran Əsədov  bildirib ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 14.1-ci maddəsində qeyd olunur ki, müəllim hazırlığı ali təhsilin bakalavriat səviyyəsində həyata keçirilir. Bu o deməkdir ki, pedaqoji fəaliyyətin hüquqi bazası ali təhsillə bağlıdır. Kolleclər isə bu tələbi qismən yerinə yetirir və pedaqoji sahəyə hazırlıqda tam hüquqi baza yaratmır.“Eyni zamanda, “Məktəbəqədər və ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması Qaydaları”na görə, müəllimlər yalnız bilik deyil, metodoloji hazırlıq baxımından da qiymətləndirilir. Lakin kolleclərdə metodoloji baza və praktik pedaqoji hazırlıq zəif olduğundan, məzunlar bu mərhələdə ciddi çətinlik yaşayırlar”.K. Əsədov vurğulayıb ki, kolleclərdə müəllimlik ixtisası üzrə təhsil alan tələbələrin bir çoxu qəbul imtahanlarında minimal bal toplayanlardır. Bu da onu göstərir ki, təhsil prosesinə daxil olanların ilkin akademik hazırlıq səviyyəsi aşağıdır. “Universitetlərlə müqayisədə kolleclərin təhsil müddəti daha qısadır (2-3 il), bu müddət ərzində həm fənn biliklərinin, həm də pedaqoji bacarıqların verilməsi mümkün deyil. Digər tərəfdən, kolleclərdə müəllim heyətinin elmi dərəcəsi olanların faizi də çox aşağıdır. Bu, həm dərslərin keyfiyyətinə, həm də tələbələrin formalaşmasına mənfi təsir edir.Problemin daha dərin səbəblərindən biri də praktika mexanizmlərinin zəifliyidir. Universitetlərdə tədris təcrübəsi geniş şəkildə tətbiq olunur, tələbələr məktəblərlə əməkdaşlıq çərçivəsində sinifdə dərs demə bacarığı əldə edir. Kolleclərdə isə bu proses daha formal xarakter daşıyır. Təcrübə müddəti ya çox qısa olur, ya da real məktəb mühiti ilə əlaqəsi zəif qurulur. Nəticədə kolleci bitirən gənc müəllim məktəbə real hazırlıq olmadan daxil olur”.Dünya təcrübəsi haqda da danışan ekspert bildirib ki, inkişaf etmiş ölkələrdə - Finlandiya, Estoniya, hətta Türkiyədə müəllim hazırlığı yalnız universitetlərdə həyata keçirilir və müəllimlər üçün davamlı təlimlər məcburidir. “Azərbaycanın bu sahədə öz xüsusiyyətləri olsa da, təcrübə onu göstərir ki, pedaqoji kadr hazırlığında kolleclərin rolu tədricən azaldılmalı və bu funksiyalar tam olaraq universitetlərə yönəldilməlidir. Bununla belə, kolleclər tamamilə müəllim hazırlığından uzaqlaşdırılmamalıdır. Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və texnologiya kimi fənlər üzrə müəllim hazırlığı bu müəssisələrdə davam etdirilə bilər. Çünki bu istiqamətlərdə praktik bacarıqlar ön plandadır və akademik dərinlikdən çox, tətbiqi biliklər tələb olunur”- deyə Kamran Əsədov bildirib. Onun sözlərinə görə əgər bu istiqamətdə dəyişikliklər edilməzsə, bir neçə ciddi problem davam edəcək. Birincisi, təhsil keyfiyyəti bərabərsizliyi artacaq – rayon məktəblərində çalışan müəllimlərin əksəriyyəti kollec məzunu olduğu üçün bu bölgələrdə təhsil keyfiyyəti daha da zəifləyəcək. İkincisi, müəllim peşəsinin nüfuzu aşağı düşəcək. Cəmiyyət universitet məzunları ilə kollec məzunları arasındakı fərqi açıq şəkildə hiss etdikcə, bu peşəyə ümumi etibar azalacaq. Üçüncüsü isə təhsil sistemində qeyri-peşəkar yanaşmalar artacaq – bu isə ümumilikdə Azərbaycanın insan kapitalı üçün riskdir:“Bununla yanaşı, kolleclərin tamamilə sıradan çıxarılması da doğru olmaz. Onların texniki və peşə hazırlığı üzrə ixtisaslaşması, əmək bazarının tələblərinə uyğun olaraq yenidən formalaşdırılması vacibdir. Əgər müəllim hazırlığı kolleclərdən alınarsa, həmin məzunlara alternativ karyera imkanları yaradılmalıdır. Bu isə planlı şəkildə həyata keçirilməli, illər üzrə keçid dövrü nəzərə alınaraq reallaşdırılmalıdır.Nəticə olaraq, hazırkı vəziyyət onu göstərir ki, kollec məzunu müəllimlərin zəif nəticələri təsadüfi deyil, sistematik və köklü səbəblərə dayanır. Bu problemin aradan qaldırılması üçün pedaqoji kadr hazırlığı sahəsində radikal islahatlara ehtiyac var – hüquqi çərçivənin yenilənməsi, kolleclərin rolu və funksiyasının aydınlaşdırılması, universitet əsaslı modelə keçid və uzunmüddətli insan kapitalı strategiyası formalaşdırılmalıdır. Əks halda, bu gün imtahanda zəif nəticə göstərən müəllim sabah şagirdin gələcəyini zəif formalaşdıracaq”.







Həmçinin oxuyun:
Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları

Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Maaşlarla bağlı qərar verildi - Kim nə qədər əməkhaqqı alacaq?

Maaşlarla bağlı qərar verildi - Kim nə qədər əməkhaqqı alacaq?

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Sertifikasiyaya hazırlıqla bağlı yeni onlayn layihənin ikinci günü.

Sertifikasiyaya hazırlıqla bağlı yeni onlayn layihənin ikinci günü.

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Metodbirləşmələr

Metodbirləşmələr

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Sertifikasiya: müəllimlərin sınağı, yoxsa “sınmağı”? - RƏYLƏR

Sertifikasiya: müəllimlərin sınağı, yoxsa “sınmağı”? - RƏYLƏR

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair     SUAL-CAVAB

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair SUAL-CAVAB

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Attestasiya imtahanında sadə sualları bilməyən müəllimlər.....- ƏTRAFLI

Attestasiya imtahanında sadə sualları bilməyən müəllimlər.....- ƏTRAFLI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

"Ali məktəbələrə keçid balı ən azı 350 olmalıdır"

"Ali məktəbələrə keçid balı ən azı 350 olmalıdır"

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində