Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə - MÖHTƏŞƏM FESTİVAL OLACAQ
AzTehsil.com xəbər verir ki , Bakıda Uşaq İncəsənət Festivalı – 2025 başlayır ! Bu haqda Elm və təhsil nazirliyi rəsmi Facebook səhifəsində məlumat paylaşıb
Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Uşaq İncəsənət Festivalı — 2025 Azərbaycanın müxtəlif bölgələrindən olan, yaradıcılıq bacarıqlarına güvənən, 6-17 yaş aralığında olan bütün uşaqları peşəkar və həvəskar kateqoriyalar üzrə festivalda iştiraka dəvət edir.
19 fərdi, 5 kollektiv nominasiya olmaqla, üç yaş qrupunda (6-9 yaş, 10-13 yaş, 14-17 yaş), ümumilikdə 24 nominasiya üzrə keçirilən bu festivalda istedadınızı nümayiş etdirərək festivalın parlayan ulduzuna çevrilmək fürsəti əldə edəcəksiniz.
İştirak üçün qeydiyyat bu gündən etibarən mart ayının 31-dək www.uif.az saytı vasitəsilə aparılacaq.
Nominasiyalar və festivalın keçirilmə qaydaları haqqında ətraflı məlumat üçün www.uif.az saytına daxil olub, ekranda görünən “Məlumat” bölməsindən faydalana bilərsiniz.
Əlavə məlumat üçün Mədəniyyət Nazirliyi (https://culture.gov.az), Elm və Təhsil Nazirliyinin (https://edu.gov.az) rəsmi internet səhifələrinə, 0502880147 mobil, 147 qısa nömrələrinə və ya sosial media hesablarına müraciət edə bilərsiniz.