AzTehsil.com


Xəbərlər
08 oktyabr 2019
1 394


Nəsimi Festivalının Təşkilat Komitəsi Azərbaycan Prezidentinə təşəkkür etdi



 

 
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Nəsimi-şeir, incəsənət və mənəviyyat Festivalının Təşkilat Komitəsi Azərbaycan Prezidenti İlham Əliyevə festivalın dövlət səviyyəsində, eyni zamanda beynəlxalq səviyyədə layiqincə qeyd edilməsinə göstərdiyi dəstəyə görə təşəkkür edib. 

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən və bir çox hallarda onun şəxsi təşəbbüsü ilə ölkəmizdə baş tutan, xoş niyyətlərə xidmət edən, sülhsevər insanları, xalqları birləşdirən bütün mötəbər beynəlxalq tədbirlər kimi, Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı da bəşəri dəyərlərin təbliğinə, xalqlar arasında qarşılıqlı anlaşmaya, sivilizasiyalararası dialoqun və mədəni-mənəvi inteqrasiyanın inkişafına xidmət edir. "Festivalın dövlət səviyyəsində, hətta deyərdim ki, beynəlxalq səviyyədə layiqincə qeyd edilməsinə zəmin yaratmış Azərbaycan Respublikasında 2019-cu ilin "Nəsimi ili” elan edilməsi və şairin 650 illik yubileyinin qeyd edilməsi qərarlarına görə Təşkilat Komitəsi adından Azərbaycan Prezidenti cənab İlham Əliyevə sonsuz minnətdarlığımızı bildirirəm. Məhz bu qərarlar sayəsində zəngin Nəsimi irsinin vurğunu olan insanları, ədəbiyyat- və sənətsevərləri bir araya gətirmək, onun yaradıcılığına dair maraqlı fikir mübadiləsi aparmaq, iştirakçı və qonaqlarda bayram əhval-ruhiyyəsi yaratmaq mümkün oldu”,-deyə Anar Ələkbərov bildirib. 

Onun sözlərinə görə, ölkəmiz növbəti dəfə möhtəşəm bir tədbirə - ikinci Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalına ev sahibliyi edərək dörd gün ərzində Bakıda və Nəsiminin doğma diyarı Şamaxıda keçirilən bir-birindən maraqlı, yaddaqalan tədbirlərlə festival iştirakçılarına böyük şairin zəngin irsi ilə yaxından tanışlığa zəmin yaratdı. "Festival proqramının rəngarəngliyini təmin etmək məqsədilə tədbirlərin keçirilməsi üçün 50-dən çox tarixi-mədəni məkan seçilmişdi. Bütün bu məkanların hər birində tamaşaçı axını azalmırdı. Festival vətəndaşlarımıza ədəbiyyata, mədəniyyət və incəsənətə marağın aşılanmasına, milli mənəvi dəyərlərimizin qorunub saxlanılması və tanıdılmasına xidmət etməklə yanaşı, ölkəmizə dünyanın bir çox ölkəsindən gəlmiş çoxsaylı insanlara Azərbaycanı daha yaxından tanımağa kömək etdi. Bakımızın tarixi və mədəniyyət abidələrini ziyarət edən, Qərb və Şərq memarlığının ahəngdar şəkildə birləşdiyi küçələrini gəzən qonaqlar paytaxtımızın gözəlliyini, xalqımızın mehribanlığını və qonaqpərvərliyini əyani şəkildə gördülər”.

Anar Ələkbərovun sözlərinə görə, işçi qrupunun fəaliyyətə başladığı ilk gündən layihəyə cəlb olunmuş hər kəsdə ruh yüksəkliyi, festivalın uğurla keçəcəyinə inam və əminlik var idi. "Məqsəd isə cəmiyyətdə milli mənəvi dəyərlərə, ədəbiyyata, Nəsimi yaradıcılığına maraq aşılamaqla yanaşı, festivala təşrif buyuran hər kəsə qədim mədəniyyətimizi, Azərbaycan xalqına xas olan tolerantlıq, dözümlülük, dostluq, sülhsevərlik və qonaqpərvərliyi göstərmək idi. Festivalın bütün qonaqları qeyd edirdilər ki, düşdükləri ab-hava, yaradıcı mühit onları heyran edib.

Bu işdə əməyi keçən hər kəsə - alimlərə, ziyalılarımıza, yaradıcı insanlara – şair, yazıçı, rəssam, aktyorlara, texniki heyətə, festivalın işıqlandırılmasında dəstək göstərən kütləvi informasiya vasitələrinin nümayəndələrinə və əlbəttə ki, fədakarcasına çalışan çoxsaylı könüllülərə təşəkkürümüzü bildiririk. Amma təbii ki, bütün müsbət nəticələrin əldə olunması, festivalın uğurla keçməsi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dəstəyi, diqqət və qayğısı, hər bir məsələyə həssaslıqla yanaşması, ortaya çıxan problemlərin aradan qaldırılmasına və ümumiyyətlə bütün proseslərə bilavasitə nəzarət etməsi sayəsində mümkün oldu. İnanırıq ki, dahi şairin xatirəsinə dərin ehtiramın ifadəsi olaraq həyata keçirilən Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı zəngin ədəbi irsimizin qorunub saxlanılması və təbliğinə öz töhfəsini verəcək və ayrı-ayrı xalqlarla ədəbi əlaqələrin daha da genişləndirilməsinə və bu sahədə səmərəli əməkdaşlığa yeni imkanlar açacaq”-deyə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bildirib.

 

 
Nəsimi Festivalının koordinatoru Cahangir Səlimxanov isə artıq ikinci ildir həyata keçirilən layihənin beynəlxalq müstəvidə mənəviyyat mövzusunda gedən müzakirələr üçün əlverişli platformaya çevrilməkdə olduğunu bildirib.

"Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan Nəsimi Festivalı unikal konsepsiyaya malik çoxəhatəli mədəni layihə kimi ərsəyə gəlib. Burada Nəsimi yaradıcılığı ilə yanaşı, həm də onun misralarındakı mənəviyyat, dərin düşüncə mövzuları  müxtəlif yollarla təbliğ və müzakirə edilir. "Festivalın proqramında məna dərinliyi və ənənəyə söykənən eksperimental yanaşmalara yol verilməsi üçün işçi qrupa etimad və verilən yaradıcı sərbəstlik isə bizi həqiqətən həvəsləndirdi”-deyə Cahangir Səlimxanov qeyd edib. 
 

 

 
 
Festivalın könüllülərlə iz üzrə koordinatoru Əsmər Abdullayeva isə builki festivalda müxtəlif ali təhsil müəssisələrinin tələbələri də daxil olmaqla  60-a yaxın gəncin könüllü kimi fəaliyyət göstərdiyini bildirib.

"Könüllülərimiz festivalın təşkilinə yaxından dəstək göstərməklə yanaşı, eyni zamanda müəyyən iş bacarıqlarına yiyələnmək, mədəniyyət sahəsində yeni məlumatlar əldə etmək, gözəl məkanlarda olmaq, maraqlı insanlarla ünsiyyət qurmaq, yeni dostlar əldə etmək imkanı qazandılar. Bu baxımdan gənclərimiz üçün yaradılmış bu imkana görə təşəkkür etmək istərdim”,- deyə Əsmər Abdullayeva bildirib.

Qeyd edək ki, Nəsimi-şeir, incəsənət və mənəviyyat Festivalı sentyabrın 28-dən oktyabrın 1-dək Bakı və Şamaxı şəhərlərində keçirilib. Festival 2018-ci ildən təşkil olunur.
qafqazinfo.az



Загрузка...
Həmçinin oxuyun:
Tələbə və şagirdlərin bədii yaradıcılıq festivalı keçirilib

Tələbə və şagirdlərin bədii yaradıcılıq festivalı keçirilib

ADPU-də Heydər Əliyevin 94 illiyinə həsr olunan tədbir keçirilib

ADPU-də Heydər Əliyevin 94 illiyinə həsr olunan tədbir keçirilib

İlham Əliyev 2019-cu ili Azərbaycanda “Nəsimi İli” elan etdi

İlham Əliyev 2019-cu ili Azərbaycanda “Nəsimi İli” elan etdi

XV Avropa Gənclər Olimpiya Festivalında uğur qazanan idmançılarımızla Milli Olimpiya Komitəsində görüş keçirilib

XV Avropa Gənclər Olimpiya Festivalında uğur qazanan idmançılarımızla Milli Olimpiya Komitəsində görüş keçirilib

“Təhsil avtobusu – Nəsimi” yay məktəbi Şamaxıda yekunlaşıb

“Təhsil avtobusu – Nəsimi” yay məktəbi Şamaxıda yekunlaşıb

Respublika Şahmat Festivalı keçirilir

Respublika Şahmat Festivalı keçirilir

Bu gün Mehriban Əliyevanın ad günüdür - Tarix yazan xanım

Bu gün Mehriban Əliyevanın ad günüdür - Tarix yazan xanım

Gəncədə “Türk dünyası ənənəvi uşaq oyunları festivalı” keçirilib

Gəncədə “Türk dünyası ənənəvi uşaq oyunları festivalı” keçirilib

Nəsimi ilinə həsr olunan “Təhsil avtobusu” Astarada

Nəsimi ilinə həsr olunan “Təhsil avtobusu” Astarada

“Lidiçe 2017 - 45-ci Beynəlxalq Uşaq Təsviri İncəsənət Sərgisi”ndə Nəsimi Qarayev adlı şagirdimiz iştirak edəcək

“Lidiçe 2017 - 45-ci Beynəlxalq Uşaq Təsviri İncəsənət Sərgisi”ndə Nəsimi Qarayev adlı şagirdimiz iştirak edəcək

ADNSU-da yığıncaq keçirilib -Birinci vitse-prezidentlə bağlı

ADNSU-da yığıncaq keçirilib -Birinci vitse-prezidentlə bağlı

“Təhsil avtobusu - Nəsimi” yay məktəbi

“Təhsil avtobusu - Nəsimi” yay məktəbi

Birinci vitse-prezident körpələr evində - FOTOLAR

Birinci vitse-prezident körpələr evində - FOTOLAR

ADPU-da Hüseyn Cavidin 135 illik yubileyinə həsr edilmiş tədbir keçirildi

ADPU-da Hüseyn Cavidin 135 illik yubileyinə həsr edilmiş tədbir keçirildi

Bakıda “Etno-art” əl işləri festivalı

Bakıda “Etno-art” əl işləri festivalı

Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçirilib

Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçirilib

Azərbaycanlı gənclər Soçidə

Azərbaycanlı gənclər Soçidə

Bakı Turizm Peşə Məktəbində açıq dərs

Bakı Turizm Peşə Məktəbində açıq dərs

Respublika Yaradıcılıq Festivalının keçirilməsinə dair təlim

Respublika Yaradıcılıq Festivalının keçirilməsinə dair təlim

“Müalicə alan məktəbyaşlı uşaqların distant təhsili” layihəsi çərçivəsində “Bilik günü”

“Müalicə alan məktəbyaşlı uşaqların distant təhsili” layihəsi çərçivəsində “Bilik günü”

ADU-dan milli dəyərlərimizə daha bir töhfə

ADU-dan milli dəyərlərimizə daha bir töhfə

Məktəblilərin Respublika Yaradıcılıq Festivalı çərçivəsində maarifləndirici təlimlər davam etdirilir.

Məktəblilərin Respublika Yaradıcılıq Festivalı çərçivəsində maarifləndirici təlimlər davam etdirilir.

Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçirilib

Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçirilib

“Təhsil avtobusu” yay məktəbinə start verilir

“Təhsil avtobusu” yay məktəbinə start verilir