Peşə təmayüllü siniflərin təştilatçılığı ilə Şəhid anaları ilə görüş keçirilib
Ümumi təhsil müəssisələrində fəaliyyət göstərən peşə təmayüllü siniflərin təştilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid anaları ilə görüş keçirilib.
Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
AzTehsil.com xəbər verir ki, Tədbirdə çıxış edənlər şəhid analarını 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ediblıər.
Bildirilib ki, Azərbaycan qadınları milli varlığımızı özündə əks etdirmiş, mədəni dəyərlərimizin əsrlərdən bəri qorunub saxlanmasında misilsiz xidmətlər göstərmişlər. Həmişə cəmiyyətimizin etibarlı mənəvi dayağı olmuş, ölkəmizin sosial-iqtisadi, mədəni və elmi potensialının artırılması üçün qüvvələrini əsirgəməmişlər. Azərbaycan qadını mərdlik və mətanət nümayiş etdirərək, cəbhəyə göndərib qələbə xəbəri ilə yolunu gözlədikləri və yurdumuzun hər qarışını canından əziz bilən bir nəsil yetişdirmişdir. Dövlətçiliyimizə ən böyük töhfə, 44 günlük Vətən müharibəsindəki qəhrəmanlığı və şücaəti ilə əsla yaddaşlardan silinməyəcək gənc nəsli məhz Siz analar böyüdüb tərbiyə etmisiniz. Qarabağın Ana Vətənə qovuşmasında və məğrur xalqımıza hüdudsuz zəfər sevincinin yaşadılmasında sizin tərbiyə etdiyiniz vətənpərvər oğullarınızın müstəsna payı vardır.