Yeni elmi müəssisələr necə qurulacaq? - ƏTRAFLI
Yeni elmi müəssisələr necə qurulacaq? – Nazir açıqlayıb.
AzTehsil.com xəbər verir ki, “Azərbaycanın elmi qurumlarının bir qismi uzun illər ərzində ənənəsi olan elmi qurumlardır. O cümlədən elmin özü də inkişaf edir və müxtəlif yeni sahələrə ehtiyac var. Biz onları qoruyub saxlamaqla fəaliyyətini layihə əsaslı aparmağı planlaşdırırıq”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, yeni yaradılacaq 2 qurumun daha çox layihə əsaslı, tədqiqat layihələrinə əsaslanan və multidisiplinar, yəni bir neçə sahəni özündə birləşdirən və müxtəlif sahələrin birgə tətqiqatına əsaslanan institutlar kimi qurulması planlaşdırılır.