AzTehsil.com

Cəmiyyət / Dünya / Kitabxanaçı / Yazarlar / Ziyalılar / Pedoqoji Ədəbiyyat / Hekayələr / Digər Elan
06 aprel 2025
629

Azərbaycan şairi Molla Pənah Vaqifin doğum günüdür



AzTehsil.com xəbər verir ki, görkəmli Azərbaycan şairi Molla Pənah Vaqif 1717-ci ildə aprelin 6-ında  Qazax yaxınlığındakı Salahlı kəndində anadan olub. Vaqif yaxşı təhsil görmüş, fars və ərəb dillərini öyrənmişdi. Astronomiya, riyaziyyat, musiqi və poetika üzrə geniş biliyə malik idi.

 

Qazaxda, sonra isə Qarabağda mədrəsələrdə dərs deyib, elmi və bacarığı ilə fərqləndiyinə görə Molla Pənah adını alıb. Qarabağa gəldikdən az sonra Şuşada məktəb açan şair tez bir zamanda şəhər sakinləri arasında həm yaxşı müəllim, həm də istedadlı şair kimi tanınıb. Bunu nəzərə alan Qarabağ hakimi İbrahimxəlil xan Vaqifi baş vəzir təyin edib. 

 

1796-cı ildə qraf Valerian Zubovun başçılıq etdiyi rus qoşunları Qarabağ sərhədlərinə yaxınlaşanda İbrahimxəlil xan oğlu Əbülfət ağanın başçılığı ilə onun yanına elçilər göndərib. Bu heyətə Vaqif və tanınmış Qarabağ bəylərinin oğlanları da daxil idi. Səfarət geri dönərkən İbrahimxəlil xanla birlikdə Vaqifə də II Yekaterinanın adından qiymətli hədiyyələr verilir. 

 

1797-ci ildə Ağa Məhəmməd şah Qacarın Şuşaya hücumu zamanı İbrahimxəlil xan Çar-Balakənə qaçır. Şəhəri ələ keçirən Qacar bir gün sonra orada sui-qəsd nəticəsində öldürülür. Hakimiyyətə İbrahimxəlil xanın qardaşı oğlu Məhəmməd bəy yiyələnir. Vaqifdən xoşu gəlməyən Məhəmməd bəy onu oğlu Əli bəylə birlikdə öldürtdürür. Vaqifin evi talan olunur, əlyazmaları yandırılır. Qarabağda böyük mənsəb və nüfuz sahibi olan Molla Pənah Vaqifin həyatı belə bir faciəli sonluqla bitir.

 

Vaqif şərq poeziyasının bütün klassik formalarından istifadə etsə də, yaradıcılığında əsas yeri qoşma janrı tutub və o, heca vəznində Azərbaycan poeziyasının bir çox parlaq nümunələrini yaradıb.

 

Onun “Durnalar”, “Heyran olmuşam”, “Toy adamları”, “Sonalar kimi”, “Tel nazik” və başqa şeirlərinə mahnılar bəstələnib. Səməd Vurğun “Vaqif” dramını və Ramiz Mustafayev eyni adlı operanı istedadlı şairə həsr edib.



Həmçinin oxuyun:
Bir sıra hərbi qulluqçulara orden verdildi – SİYAHI

Bir sıra hərbi qulluqçulara orden verdildi – SİYAHI

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Valerian apteklərdən niyə yığışdırılıb?

Valerian apteklərdən niyə yığışdırılıb?

İstedadlı şagirdlərlə işin təşkili formaları

İstedadlı şagirdlərlə işin təşkili formaları

ADU-da Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olundu

ADU-da Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olundu

Azərbaycan Universitetində Vaqifin 300 illik yubileyi qeyd olunub

Azərbaycan Universitetində Vaqifin 300 illik yubileyi qeyd olunub

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası

Biz sizinlə fəxr edirik

Biz sizinlə fəxr edirik

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

Dövlət Teatr Muzeyində “Üç əsr keçsə də...” adlı bədii-musiqili gecə keçiriləcək

Dövlət Teatr Muzeyində “Üç əsr keçsə də...” adlı bədii-musiqili gecə keçiriləcək

Qızlar məktəbi açmasın deyə öldürmək istədilər, NKVD zirzəmisində döyülməkdən ürəyi partladı - Dəhşətli faktlar!

Qızlar məktəbi açmasın deyə öldürmək istədilər, NKVD zirzəmisində döyülməkdən ürəyi partladı - Dəhşətli faktlar!

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Nizami Gəncəvi fars şairidir? FAKTLAR

Nizami Gəncəvi fars şairidir? FAKTLAR

Elmimizin məbədi - MÜSAHİBƏ

Elmimizin məbədi - MÜSAHİBƏ

Ulu öndər Heydər Əliyevlə görüşən kənd müəllimi

Ulu öndər Heydər Əliyevlə görüşən kənd müəllimi

Aİİ-də Beynəlxalq Ərəb Dili Gününə həsr olunmuş seminar keçirilib

Aİİ-də Beynəlxalq Ərəb Dili Gününə həsr olunmuş seminar keçirilib

Rusdilli təhsilə maraq niyə artıb? - Ana dilindən imtinanın səbəbləri... - RƏYLƏR

Rusdilli təhsilə maraq niyə artıb? - Ana dilindən imtinanın səbəbləri... - RƏYLƏR

Xalq şairi Səməd Vurğunun doğum günüdür

Xalq şairi Səməd Vurğunun doğum günüdür

Bu tələbələr Prezident təqaüdü alacaq - Siyahı

Bu tələbələr Prezident təqaüdü alacaq - Siyahı

MEK-də “Beynəlxalq ərəb dili” gününə həsr həsr olunan tədbir keçirilib

MEK-də “Beynəlxalq ərəb dili” gününə həsr həsr olunan tədbir keçirilib

ADU tələbələri üçün “Gənc Elçilər” proqramı çərçivəsində təqdimat keçirilib

ADU tələbələri üçün “Gənc Elçilər” proqramı çərçivəsində təqdimat keçirilib