AzTehsil.com

Cəmiyyət / Xəbərlər
23 mart 2025
574

Azərbaycanda Elm və Təhsil Nazirliyi ləğv edilə bilər?



"Donald Trampın ABŞ Təhsil Departamentini ləğv etmək ideyası onun prezidentliyi dövründə və sonrakı siyasi ritorikasında tez-tez səsləndirdiyi bir məsələdir. 

Bu yanaşmanın arxasında daha dərin bir ideoloji və maliyyə düşüncə sistemi dayanır. Tramp və onun kimi mühafizəkar siyasətçilər hesab edirlər ki, federal hökumətin təhsilə müdaxiləsi mərkəzləşməni artırmaqla yanaşı, həm də ideoloji yönlü qərarların qəbuluna səbəb olur. Onlar düşünürlər ki, təhsil məsələləri ştatların və yerli idarəetmə orqanlarının səlahiyyətində olmalıdır və bu zaman məktəblər daha müstəqil, təhsil daha effektiv ola bilər". 

"Cebheinfo.az" xəbər verir ki, bu fikirləri təhsil üzrə ekspert Kamran Əsədov deyib. Ekspertin fikrincə, bu iddiaların əsassız olduğunu demək olmaz:

"ABŞ-də 1979-cu ildən fəaliyyət göstərən Təhsil Departamenti illərdir yüksək maliyyə vəsaiti alsa da, PISA kimi beynəlxalq qiymətləndirmələrdə ABŞ şagirdlərinin nəticələri bir çox inkişaf etmiş ölkələrlə müqayisədə geridə qalır. 2018-ci il PISA nəticələrinə görə, ABŞ riyaziyyat üzrə 37-ci, təbiət üzrə 18-ci, oxu bacarığı üzrə isə 13-cü yeri tutmuşdu. Bu göstəricilər ABŞ iqtisadiyyatının böyüklüyü və texnologiyada liderliyi ilə ziddiyyət təşkil edir. Bu səbəbdən Tramp kimi siyasətçilər federal nəzarətin faydasız olduğunu əsas gətirərək, bu departamentin ləğvini və təhsilin ştatlara verilməsini müdafiə edirlər". 

Ekspert deyir ki, Trampın təklif etdiyi model reallaşarsa, ABŞ-də təhsil sistemi parçalanmış bir struktura çevrilə bilər:

"Hazırda federal səviyyədə mövcud olan kurikulum istiqamətləri, müəllim hazırlığı standartları və maliyyələşmə prinsipləri ortadan qalxacaq. Bu zaman zəngin və kasıb ştatlar arasında təhsil imkanlarında fərq daha da dərinləşəcək. ABŞ Təhsil Departamentinin 2023-cü il üçün büdcəsi 82 milyard dollar idi. 

Bu vəsaitin ləğv olunması və ya ştatlara verilməsi, aztəminatlı bölgələrdə təhsilin maliyyə dayanıqlığını sual altına sala bilər. Federal proqramlarla təmin olunan Pell Grant və xüsusi təhsil yardımları kimi sosial mexanizmlərin taleyi də bu prosesdə qeyri-müəyyən ola bilər. Bu cür yanaşmalar, əslində, təhsildə keyfiyyətin artırılmasına yox, ideoloji və inzibati sərhədlərin gücləndirilməsinə xidmət edir. Təhsilin yerli səviyyəyə verilməsi təşəbbüskarlığı artsa da, sistemli koordinasiyanın pozulması və nəticələrin monitorinqi imkanlarının zəifləməsi, təhsilin ümummilli səviyyədə daha da bərabərsiz olmasına gətirib çıxara bilər. Xüsusilə aztəminatlı və azsaylı etnik qrupların yaşadığı bölgələrdə bu dəyişiklik sosial bərabərsizliyi dərinləşdirə bilər". 

AzTehsil.com xəbər veriri ki, eksperin fikrincə, Azərbaycanda bu tip bir struktur dəyişikliyin mümkünlüyü real görünmür:

"Hazırda Elm və Təhsil Nazirliyi bütün təhsil pillələrini vahid mərkəzdən idarə edir. Bu mərkəzləşmiş model müəyyən sahələrdə effektivlik gətirsə də, digər tərəfdən çeviklik və innovasiyanı məhdudlaşdırır. Nazirliyin ləğv edilməsi və təhsil idarəçiliyinin regional strukturlara verilməsi üçün ciddi hüquqi, maliyyə və institusional bazanın qurulması tələb olunur. Hal-hazırda rayon və şəhər təhsil idarələrinin səlahiyyət və resurs imkanları buna imkan vermir. Əgər belə bir model tətbiq olunsa, ucqar rayonlarda keyfiyyətli təhsilin təmin olunması ciddi suallar doğurar. 

Maliyyə baxımından da bu dəyişikliklərin nəticələri risklidir. 2024-cü ildə Azərbaycanın Elm və Təhsil Nazirliyinin büdcəsi 4.1 milyard manat təşkil edir. Bu vəsait məktəblərin saxlanması, müəllimlərin maaşları, dərsliklərin hazırlanması və digər təhsil xidmətlərinə sərf olunur. Nazirliyin ləğv olunması bu vəsaitin idarə olunmasında xaotik vəziyyət yarada bilər. Eyni zamanda, nəticəyə əsaslanan monitorinq sistemlərinin zəifləməsi, keyfiyyətin qiymətləndirilməsi və standartların təmin olunması məsələlərini çətinləşdirər.

Təhsilin idarə olunmasında mərkəzləşmiş və ya yerli modelin üstünlükləri hər ölkənin sosial, iqtisadi və inzibati reallıqlarından asılıdır. Trampın təşəbbüsü daha çox ideoloji və bürokratik tənqidə əsaslansa da, bu qərarın təhsil sisteminə verəcəyi zərər uzunmüddətli və çoxistiqamətli ola bilər”. 

O bildirib ki, Azərbaycan üçün bu tip dəyişikliklər real və effektiv deyil: 

“Ən uyğun yanaşma mərkəzi idarəetmənin saxlanılması ilə yanaşı, məktəblərə və regional strukturlara daha çox muxtariyyət verilməsi, nəticəyönümlü idarəetmə sisteminin tətbiqi və müəllimlərin peşəkar inkişafına sərmayə yatırılması ola bilər. Təhsildə islahatlar strukturun deyil, məzmunun dəyişməsindən başlamalıdır". 



Həmçinin oxuyun:
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

İctimai mühitə təhsillə baglı mütəxəssis fikirləri necə  təsir  edir

İctimai mühitə təhsillə baglı mütəxəssis fikirləri necə təsir edir

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz,  bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz, bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

TƏHSİL HAQQINDA  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU- I FƏSİL

TƏHSİL HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU- I FƏSİL

Çox maraqlı və zəngin təhsil yolu.

Çox maraqlı və zəngin təhsil yolu.

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI