2027-ci ildə sertifikatlaşdırmanın ikinci mərhələsi BAŞLAYIR
2027-ci ildə sertifikatlaşdırmanın ikinci mərhələsi BAŞLAYIR
Yalnız 2026-cı ildə uğursuz olmuş müəllimlərin 2027-ci ildə təkrar sertifikatlaşdırılması prosesi həyata keçiriləcək.
AzTehsil.com xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, həmçinin 2022-ci ildə ilk dəfə sertifikatlaşdırmadan keçmiş müəllimlər 2027-ci ildən etibarən növbəti mərhələyə – ikinci dövrə sertifikatlaşdırmaya cəlb olunacaqlar:
“Artıq birinci mərhələdən keçmiş müəllimlər minimal tələblərə cavab verir. Amma biz əvvəldən də qeyd etmişdik ki, birinci mərhələdə tələb olunan standartlar kifayət qədər aşağı və humanist yanaşma ilə müəyyən edilmişdi. Əslində isə biz təhsildə keyfiyyət istəyiriksə, müəllimlərimizə qarşı daha yüksək tələblər qoymalıyıq”.












