AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / Pedaqoji nəşrlər / Pedoqojitəcrübə / İKT / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bölgə
21 oktyabr 2025
980

BMU əməkdaşlıq əlaqələrini GENİŞLƏNDİRİR



Bakı Mühəndislik Universiteti (BMU) ilə Səhiyyə Nazirliyi V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb.


AzTehsil.com xəbər verir ki, BMU-nun rektoru Yaqub Piriyev və Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev tərəfindən imzalanan sənəd elmi-tədqiqat, tədris və praktik fəaliyyət sahələrində birgə təşəbbüslərin həyata keçirilməsi, tələbələrin təcrübə proqramlarına cəlb olunması, eləcə də müxtəlif maarifləndirmə layihələrinin icrasını nəzərdə tutur. Sənəddə, həmçinin beynəlxalq səviyyəli birgə tədqiqatların aparılması, əldə olunacaq mühüm elmi nəticələrin müxtəlif konfrans və elmi simpoziumlarda məruzə edilməsi, nüfuzlu xarici jurnallarda dərc olunması öz əksini tapıb. 


İnzalanma mərasimində rektor Yaqub Piriyev bildirib ki, təməli qoyulan əməkdaşlıq elmi potensialın və tədris imkanlarının daha da genişlənməsinə xidmət edəcək. Son illər BMU-da həyata keçirilən yenilikləri, struktur dəyişikliklərini önə çəkən rektor bu sırada Qida və biotexnologiya kafedrasının yaradılmasını ayrıca vurğulayıb. Bildirib ki, BMU-da iki ildir qəbul aparılan “Biotexnologiya” ixtisası abituriyentlər arasında böyük maraq doğurur və ayrılan plan yeri tam dolmaqla yanaşı, bu sahəyə yüksək bal toplayan tələbələr qəbul olub. “Biotexnologiya” ixtisasının bir çox strateji sahələrdə tətbiqinin böyük əhəmiyyət kəsb etdiyini bildirən Yaqub Piriyev universitetdə bu istiqamətdə tədris prosesinin müasir tələblərə uyğun qurulduğunu, tələbələrin praktiki bacarıqlarının inkişaf etdirilməsi üçün müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyaların fəaliyyət göstərdiyini vurğulayıb. Eyni zamanda Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu ilə əməkdaşlığın bu işin daha da inkişafında əvəzsiz rol oynayacağını fikirlərinə əlavə edib.


Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev imzalanan sənədin elmi-tədqiqat və tədris sahəsində yeni imkanlar açdığını deyib. Bildirib ki, bu əməkdaşlıq gənc mütəxəssislərin bilik və bacarıqlarının artırılmasına, habelə müasir yanaşmaların formalaşmasına xidmət edəcək. Çağdaş dövrümüzdə biotexnologiya kimi strateji ixtisasların artan önəmindən danışan və bir sıra konkret nümunələr təqdim edən professor, habelə BMU-da Qida və biotexnologiya kafedrasının fəaliyyət göstərməsini, bu sahələr üzrə kadr hazırlığına diqqətin artırılmasını müsbət qiymətləndirib. Qeyd edib ki, institut ilə universitetin birgə fəaliyyəti sayəsində elmi tədqiqatlar, seminarlar və təcrübə proqramlarının həyata keçirilməsi, elm və tədrisin vəhdəti nəticəsində əldə olunacaq nailiyyətlər bütövlükdə ümumi işə mühüm töhfə verəcək.


Daha sonra memorandumdan irəli gələn məsələlər müzakirə olunub.


 



Həmçinin oxuyun:
Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Təhsil üzrə ümumi MƏLUMAT

Təhsil üzrə ümumi MƏLUMAT

ADPU ilə AMİM arasında anlaşma memorandumu imzalanıb

ADPU ilə AMİM arasında anlaşma memorandumu imzalanıb

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

AMEA Bakı Mühəndislik Universiteti ilə əməkdaşlıq edəcək (FOTO)

AMEA Bakı Mühəndislik Universiteti ilə əməkdaşlıq edəcək (FOTO)

Azərbaycanda universitet rektorları HANSI YAŞDADIR? -SİYAHI

Azərbaycanda universitet rektorları HANSI YAŞDADIR? -SİYAHI

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

BMU-da daha 15 yeni ixtisas yaradıldı

BMU-da daha 15 yeni ixtisas yaradıldı

Ali təhsildə elmin inkişafı naminə

Ali təhsildə elmin inkişafı naminə

Məktəb direktoru necə olmalıdır?

Məktəb direktoru necə olmalıdır?

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Elm və Təhsil Nazirliyinin strukturuna daxil olmayan qurumların siyahısı təsdiqlənib - CƏDVƏL

Elm və Təhsil Nazirliyinin strukturuna daxil olmayan qurumların siyahısı təsdiqlənib - CƏDVƏL

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb

Xəzər Universitetində təkrarlanan mədəniyyətlərdə prototiplər və ya mədəniyyət genomları" adlı VII Elmi beynəlxalq konfrans keçirilib.

Xəzər Universitetində təkrarlanan mədəniyyətlərdə prototiplər və ya mədəniyyət genomları" adlı VII Elmi beynəlxalq konfrans keçirilib.