AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Bölgə / Şagird
21 oktyabr 2025
1 077

Təhsilverənlərin peşəkar inkişafı daha hansı vasitələrlə həyata keçirilir?



Təhsilverənlərin peşəkar inkişafı daha hansı vasitələrlə həyata keçirilir?


Təhsilverənlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün atılan addımlardan biri də müəllimlərin sertifikatlaşdırılması prosesidir. İlk dəfə 2022-ci ildə ibtidai sinif müəllimlərinin cəlb olunması ilə təşkil edilən sertifikatlaşdırma prosesinin əsas məqsədi müəllimlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, eləcə də onların vəzifə maaşlarına artımlar edərək stimullaşdırılmasını təmin etməkdir. 2026-cı ilə qədər 135 min müəllimin cəlb olunması planlaşdırılan bu prosesdə iştirak etməklə müəllimlər sertifikatlaşdırmanın tələblərinə uyğun olaraq öz üzərlərində işləyir, bilik və bacarıqlarını təkmilləşdirməklə öz peşəkar inkişaflarına töhfə vermiş olurlar. Müəllimlərin öz təşəbbüsləri ilə yanaşı, onlara dəstək məqsədilə Azərbaycan Respublikası Təhsil İnstitutu (ARTİ) tərəfindən sınaq imtahanları təşkil edilir və müxtəlif faydalı resurslar hazırlanır.


AzTehsil.com - Müəllimlərin peşəkar inkişafının təşkil edilməsi üçün atılan növbəti addım ARTİ tərəfindən həyata keçirilən “Müasir metodist” müsabiqəsidir. Müsabiqəyə müraciət etmək üçün tələblərdən biri müraciət edən müəllimlərin sertifikasiya balının 51 və ya 51-dən yuxarı olmasıdır. Müsabiqənin bütün mərhələlərini uğurla tamamlayan müəllimlər ümumi təhsil müəssisələrində metodist kimi fəaliyyət göstərəcək, müəllimlərlə metodik görüşlər təşkil edəcək və onların peşəkar bacarıqlarının inkişaf etdirilməsinə töhfə verəcəklər.


Müəllimlərin peşəkar inkişafının təşkili üçün həyata keçirilən tədbirlərdən biri də Məktəblərin İnkişaf Planlarının hazırlanmasıdır. TKTA-nın (Təhsildə Keyfiyyət Təminatı Agentliyi) ümumi təhsil müəssisələrində keçirdiyi monitorinqlərin nəticələrinə əsasən, metodik bacarıqlar və öyrədici mühitin qurulmasında zəif nəticə göstərən məktəblərdə təhsilin keyfiyyətinin artırılması məqsədilə Məktəblərin İnkişaf Planı hazırlanır. Bir neçə ili əhatə edən inkişaf planının icrası zamanı həmin məktəblərdə ARTİ-nin Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi tərəfindən metodik görüşlər təşkil edilir və müəllimlərin peşəkar bacarıqları inkişaf etdirilir. Müəllimlərlə birgə müzakirələr formasında keçirilən bu görüşlər müəllimlər arasında əməkdaşlığın inkişafına, eləcə də sağlam sinif mühitinin formalaşdırılmasına mühüm töhfə verir.

Bu tədbirlərlə yanaşı, müəllimlərin peşəkar inkişafını artırmaq üçün məktəblərdə dərsdinləmələr təşkil edilir. Dərsdinləmələr məktəbin fəaliyyət planına daxil olmaqla, məktəbin rəhbər heyəti tərəfindən müəllimlərə metodik dəstək məqsədilə həyata keçirilir. Dərsdinləmələrin məqsədinə uyğun olaraq müəllimlərə fərdi konstruktiv rəy təqdim edilir və onların təlim ehtiyacları müəyyənləşdirilir. Müəllimlər də həmkarlarının dərslərini dinləyə və dinləmənin nəticələrini birgə müzakirə edərək məktəbdə peşəkar əməkdaşlıq mühitinin inkişafına və həmkarlardan öyrənmə mexanizminin qurulmasına dəstək ola bilərlər.


Nəticə


Beləliklə, müəllimlərin peşəkar inkişafı uzun və çoxşaxəli öyrənmə prosesidir. Bu prosesdə müəllimlər həm öz şəxsi təşəbbüsləri, həm də həmkarlarının, məktəb rəhbərliyinin və dövlətin dəstəyi ilə peşəkar inkişafa nail olurlar. Sevindirici haldır ki, ölkəmiz müəllimlərin peşəkar inkişafının təşkili sahəsində qabaqcıl dünya ölkələrindən geri qalmamağı, təhsil siyasətimiz isə bu prosesin səmərəliliyini artırmaq üçün ən müasir yanaşmaları tətbiq etməyi hədəfləyir. 


Buna baxmayaraq, ölkəmizdə müəllimlərin peşəkar inkişafının təşkili ilə təhsil üzrə qabaqcıl dünya ölkələrinin təcrübələri arasında fərqlər özünü hələ də göstərməkdədir. Belə ki, məqalədə adıçəkilən ölkələrdə müəllimlərin tədqiqat bacarıqları onlara təlim-tədris prosesində ortaya çıxan problemləri aşkarlamağa və öz peşəkar inkişaf ehtiyaclarını müəyyənləşdirməyə imkan verir. Ölkəmizdə isə müəllimlərin peşəkar inkişaf ehtiyacları təhsil qurumları tərəfindən həyata keçirilən sertifikasiya, monitorinqlər, sorğular və digər vasitələrlə müəyyənləşdirilir. Müəllimlərin tədqiqat bacarıqlarının inkişaf etdirilməsi isə təhsilverənlərin peşəkar inkişaf gündəmində ən aktual mövzulardan biri kimi yer almaqdadır.


Təhsil üzrə qabaqcıl dünya ölkələrində müəllimlərin peşəkar inkişaf fəaliyyətləri daha çox onların fəaliyyət göstərdiyi məktəblərdə təşkil edilir və məktəb rəhbərliyinin bu sahədə dəstəyi önəmli hesab olunur. Ölkəmizdə bu sahədə işlər aparılır və yaxın gələcəkdə bu fəaliyyətlərin metodistlər tərəfindən müəllimlərin fəaliyyət göstərdikləri məktəblərdə aparılması nəzərdə tutulur. 


Bunları nəzərə alaraq qeyd etmək lazımdır ki, ölkəmizdə müəllimlərin peşəkar inkişafının səmərəli təşkil edilməsi üçün atılan addımlar bu sahədə qabaqcıl olan dünya ölkələrinin təcrübələrinə əsaslanır və mərhələli formada həyata keçirilməklə müəllimlərin peşəkarlığının yüksəldilməsinə və şagirdlərin keyfiyyətli təhsillə təmin edilməsinə xidmət edir. 


Gülşən NƏBİYEVA,

ARTİ-nin Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzi, Əlavə təhsil üzrə innovasiyalar və tədqiqatlar şöbəsinin baş mütəxəssisi.



Həmçinin oxuyun:
OXUYUN !  Sertifikasiya Qaydalarl təsdiq olundu

OXUYUN ! Sertifikasiya Qaydalarl təsdiq olundu

Sertifikasiya Qaydaları

Sertifikasiya Qaydaları

Sertifikasiya: müəllimlərin sınağı, yoxsa “sınmağı”? - RƏYLƏR

Sertifikasiya: müəllimlərin sınağı, yoxsa “sınmağı”? - RƏYLƏR

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Müəllimləri sertifikasiyada nə gözləyir...?

Müəllimləri sertifikasiyada nə gözləyir...?

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Metodbirləşmələr

Metodbirləşmələr

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır?

Məktəb direktoru necə olmalıdır?

"Müəllimlərin sertifikasiyası təhsildə keyfiyyəti yüksəltməyə yönəlib"

"Müəllimlərin sertifikasiyası təhsildə keyfiyyəti yüksəltməyə yönəlib"

BŞTİ illik hesabat yayıb

BŞTİ illik hesabat yayıb

Ceyhun Kərəmov: Elə müəssisələrimiz var ki...- Müsahibə

Ceyhun Kərəmov: Elə müəssisələrimiz var ki...- Müsahibə