AzTehsil.com

Cəmiyyət / test / Xəbərlər / İKT / Direktor / Müəllim
22 mart 2025
1 383

Sertifikasiyadan kəsilən müəllimlər kənd məktəblərinə göndərilsin! - TƏKLİF



Müəllimlərin işə qəbulu (MİQ) imtahanı Azərbaycanda artıq bir neçə ildir ki, təhsilin keyfiyyətinə təsir edən əsas mexanizmlərdən biri kimi tətbiq olunur. Bu sistemdə aşağı bal toplayan namizədlər adətən Bakı və iri şəhərlərdəki məktəblərə yox, daha çox ucqar rayon və kənd məktəblərinə yönləndirilir. Bu, müəyyən mənada “seçici yerləşdirmə” prinsipinə əsaslanır. Yəni yüksək bal toplayan müəllimlərin seçim imkanları geniş olur, az bal toplayanlar isə mövcud boşluqlarla kifayətlənirlər. Bu modelin əsas məqsədi regionlarda müəllim çatışmazlığının qarşısını almaqdır.

Son günlərdə cəmiyyətdə müzakirə olunan əsas məsələlərdən biri də sertifikasiya imtahanında az bal toplayan müəllimlərin ucqar kənd məktəbinə göndərilməsi və orada dərs deməsi ilə bağlıdır.

AzTehsil.com xəbər verir ki, Modern.az mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədovla həmsöhbət olub. O qeyd edib ki, sertifikasiya imtahanı mahiyyətcə MİQ imtahanından fərqli mərhələdir. Bu imtahan artıq işləyən müəllimlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi daşıyır və əsasən iki nəticə doğurur: müəllimin əmək haqqının artırılması və ya onun işdə qalmaq hüququnun qiymətləndirilməsi. 

 “2023-cü ildə sertifikasiyada iştirak edən ibtidai sinif müəllimlərinin orta nəticəsi 54 bal olmuşdu, onların təqribən 80 faizi imtahanı müvəffəqiyyətlə keçmişdi. Lakin 20 faizdən çox müəllimin nəticəsi minimum keçid balından (30) aşağı idi və bu müəllimlər ya müddətli müqavilə ilə işə davam etdilər, ya da müqavilələri uzadılmadı. Bu yanaşma bir çox hallarda müəllimlərin iş yerlərini itirməsi ilə nəticələndi”.

K.Əsədov vurğulayıb ki, hazırda sertifikasiyada zəif nəticə göstərən müəllimlərin dərhal sistemdən çıxarılması təhsilin keyfiyyətini yüksəltmək məqsədi daşısa da, bu yanaşmanın sosial və praktiki baxımdan ciddi çatışmazlıqları mövcuddur.

“Bu müəllimlər uzun illər ərzində sistemdə fəaliyyət göstəriblər, bir çox hallarda dağ kəndlərində, resursları məhdud olan məktəblərdə çalışıblar. Belə müəllimlərin tədris imkanları ilə şəhər məktəblərində işləyən müəllimlərin imkanlarını müqayisə etmək doğru deyil. Ədalətli yanaşma tələb edir ki, onların biliklərini artırmaq üçün dəstək proqramları, təlimlər və alternativ yerləşdirmə yolları təklif olunsun”.

“Dünya təcrübəsində bu sahədə fərqli yanaşmalar mövcuddur. Məsələn, Finlandiyada müəllimlərin qiymətləndirilməsi prosesində imtahan yox, davamlı müşahidə, həmkar qiymətləndirməsi və inkişaf planları əsas tutulur. ABŞ-da isə müəllimlərin performans dəyərləndirilməsi əsasən “value-added” modeli ilə aparılır və nəticədə zəif nəticə göstərən müəllimlər üçün professional inkişaf proqramları hazırlanır. Onlara dərhal işdən çıxarılmaq əvəzinə, müəyyən müddət ərzində özlərini inkişaf etdirmələri üçün şans verilir.

Sinqapur və Cənubi Koreya kimi ölkələrdə isə müəllimlərin rotasiyası daha sistemli aparılır – yəni həm yüksək, həm də zəif nəticə göstərən müəllimlər dövri olaraq fərqli məktəblərdə işləməyə göndərilir və bu şəkildə bilik və təcrübə paylaşımı artırılır”,- deyə təhsil eksperti dünya nümunələrindən misal gətirib. 

 Kamran Əsədov vurğulayıb ki, Azərbaycan təcrübəsində bu mexanizm hələ formalaşmayıb. MİQ imtahanında aşağı bal toplayan namizədlərin rayonlara göndərilməsi praktikası məntiqəuyğun görünsə də, sertifikasiya imtahanında bu yanaşma tətbiq edilmir. Halbuki bu imtahandan da aşağı nəticə göstərən müəllimlərin birdən-birə sistemdən uzaqlaşdırılması əvəzinə, onların təhsil daha çox ehtiyac duyulan rayonlara yönləndirilməsi funksional bir model ola bilərdi. Belə yanaşma həm regionlarda müəllim çatışmazlığını azaldar, həm də zəif nəticə göstərən müəllimlərə öz üzərində işləmək və təcrübə qazanmaq fürsəti verərdi.

Sertifikasiya imtahanından aşağı bal toplayan müəllimlərin region və ucqar kənd məktəblərinə göndərilməsinin müsbət və mənfi tərəflərindən danışan ekspert qeyd edib ki, əgər bu proses məcburi şəkildə həyata keçirilərsə, bu zaman müəllimlərin motivasiyası kəskin şəkildə azala bilər. Həmçinin ailəli, uzun illər bir bölgədə çalışan müəllimlərin başqa rayona göndərilməsi ciddi sosial narazılıq doğura bilər. Bu baxımdan, prosesin könüllülük əsasında həyata keçirilməsi, müəllimlərə alternativ təkliflərin verilməsi, maddi dəstəyin göstərilməsi zəruridir:

 “Müsbət tərəfdən baxdıqda, bu model regionlar üçün bir fürsət ola bilər. Çünki hazırda Azərbaycanın bir çox kənd məktəblərində kadr çatışmazlığı mövcuddur və bəzən bu boşluqları heç kim doldurmur. Əgər sertifikasiyadan zəif nəticə göstərmiş müəllimlər həmin yerlərə yönləndirilsə və onların ixtisasartırma prosesləri paralel aparılsa, həm onların özlərini inkişaf etdirməsi təmin olunar, həm də region şagirdləri təhsildən məhrum qalmaz.

Sonda qeyd etmək lazımdır ki, müəllimlərin qiymətləndirilməsi və yerləşdirilməsi məsələsi yalnız rəqəmlərlə həll olunmamalıdır. Bu, sosial, pedaqoji və etik məsələdir. Əgər məqsədimiz təhsildə keyfiyyəti artırmaqdırsa, müəllimlərin bacarıqlarını artırmaq, onları dəstəkləmək və daha ədalətli bölgü mexanizmləri yaratmaqla bu məqsədə çatmaq mümkündür”. 



Həmçinin oxuyun:
"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Sertifikasiya: müəllimlərin sınağı, yoxsa “sınmağı”? - RƏYLƏR

Sertifikasiya: müəllimlərin sınağı, yoxsa “sınmağı”? - RƏYLƏR

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Bakıdan ucqar kənd məktəbinə gedən gənc müəllim: "Şagirdlərim deyir, biz böyüyənəcən heç yerə getməyin"

Bakıdan ucqar kənd məktəbinə gedən gənc müəllim: "Şagirdlərim deyir, biz böyüyənəcən heç yerə getməyin"

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

Sertifikasiyadan keçə bilməyən müəllimlər taleyi necə olacaq?

Sertifikasiyadan keçə bilməyən müəllimlər taleyi necə olacaq?

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Təhsilvermə (təhsilləndirmə) modelləri. - Beynəlxalq təcrübə

Təhsilvermə (təhsilləndirmə) modelləri. - Beynəlxalq təcrübə

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Təhsil naziri Balakənin ucqar kəndində yeni inşa edilmiş məktəb binasında yaradılan şəraitlə tanış olub

Təhsil naziri Balakənin ucqar kəndində yeni inşa edilmiş məktəb binasında yaradılan şəraitlə tanış olub