AzTehsil.com

Cəmiyyət
01 oktyabr 2024
143

Azərbaycanda universitetə yeni rektor təyin olundu

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Səyavuş Kamran oğlu Qasımov Bakı Avrasiya Universitetinin (BAAU) Təsisçilər Şurasının 30.09.2024-cü il tarixli qərarı ilə ali təhsil ocağının rektoru vəzifəsinə təyin edilib.

Oxu.Az xəbər verir ki, bu barədə universitetin sosial media hesabında məlumat paylaşılıb.

Bildirilib ki, Səyavuş Qasımov yeni təyinatadək BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışıb.

S.Qasımov 2001-2005-ci illərdə BDU-nun Tarix fakültəsində bakalavriat, 2005-2007-ci illərdə magistratura səviyyələrində təhsil alıb, hər iki pilləni fərqlənmə diplomu ilə bitirib.

2008-2011-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Siyasi institutlar və sistemlər" ixtisası üzrə doktoranturada təhsil alıb və təhsilini 2011-2012-ci illərdə Avropa Birliyinin "Erasmus Mundus" proqramı üzrə Yunanıstanın Beynəlxalq Hellenic Universitetində davam etdirib. "Azərbaycan Respublikasının milli maraqları sistemində geosiyasi amil" mövzusunda siyasi elmlər üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edərək 2017-ci ildə siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 30-dan çox elmi məqalənin müəllifidir.

O, bir sıra beynəlxalq elmi konfranslarda çıxış edib. İngilis və rus dillərini bilir.

Əmək fəaliyyətinə 2007-ci ildə BAAU-nun Beynəlxalq münasibətlər kafedrasında müəllim kimi başlayıb. Universitetin Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi, şöbə müdiri, Universitetin elmi katibi, kafedra müdiri əvəzi və dekan əvəzi vəzifələrində çalışıb. 2015-ci ildən yeni təyinatadək universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsini icra edib.

2014-cü ildən Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş İnnovasiyalara və İnkişafa Dəstək İctimai Birliyinin həmtəsisçisi və İdarə Heyətinin sədridir.

Azərbaycan Elm Fondu, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilən 12 layihənin müəllifidir.

Elm və təhsil nazirinin əmri ilə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunub.

Загрузка...
Həmçinin oxuyun:
Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Bir sıra hərbi qulluqçulara orden verdildi – SİYAHI

Bu gün Prezidentin 60 yaşı tamam olur - VİDEO

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

Məktəb direktoru olmaq istəyənlər üçün - Azərbaycan Respublikası Təhsil Qanunu ilə bağlı qəbul edilmiş normativ sənədlərin SİYAHISI

Baş nazir diplom və attestatlarla bağlı  qərar verdi - Diqqət

Dövlət İmtahan Mərkəzi hüquqi publik şəxsin yaradılması ilə bağlı sərəncam və fərmanlarda dəyişikliklər edilməsi ilə bağlı Prezidentin fərmanı

Azərbaycanda universitet rektorları HANSI YAŞDADIR? -SİYAHI

Biz sizinlə fəxr edirik

Biz sizinlə fəxr edirik

60 illik alim və müəllim ömrü

60 illik alim və müəllim ömrü

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

Həyatının uğur salnaməsini yazan gənclər

İctimai Şuraya namizədlərin qeydiyyatı başa çatıb

Avrasiya Universitetində Özbəkistanın xalq şairinə fəxri doktor adı verildi

Təhsil Nazirliyindən XİN-ə transferlər - Yeni nazir kadr dəyişikliklərinə başlayıb

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Nazirlər Kabineti COVID-19-a görə təhsillə bağlı qərar verdi

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Texnologiya Universitetinin rektorunun oğluna ağır ittihamlar– “Elə bil ata mülküdür”