AzTehsil.com

Xəbərlər / Yazarlar / Ziyalılar / Valideyn / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Ekspert / Manşet / Bölgə / Şagird
01 sentyabr 2025
975

Dərslər başlayır, çantalar AĞIR - TƏKLİF



Məktəblərin açılması ərəfəsində valideynləri ən çox narahat edən məsələlərdən biri uşaqlarda onurğa sağlamlığı ilə bağlıdır. Skolyoz və digər onurğa problemlərinin yaranmasında ağır məktəb çantalarının böyük rol oynadığı vurğulanır. Həkimlərin tövsiyəsinə görə, məktəb çantası uşağın çəkisinin 10 faizindən artıq olmamalıdır. Amma praktika göstərir ki, bəzi hallarda şagirdlərin çantalarının çəkisi 5–6 kiloqrama qədər yüksəlir.


Halbuki 1–2-ci siniflər üçün norma 1,5 kiloqram, 3–4-cü siniflər üçün 2 kiloqram, yuxarı siniflər üçün isə maksimum 4 kiloqram hesab olunur. Bu isə uşaqların bel və onurğa sütununa ciddi yük salır.


 


Məsələ ondadır ki, fənlərin çoxluğu və dərsliklərin sayı şagirdlərin gündəlik yükünü artırır. Bu baxımdan əsas sual belədir: məktəbdə gündəlik fənlərin sayı və dərsliklərin həcmi necə tənzimlənməlidir ki, həm tədris keyfiyyəti qorunsun, həm də uşaqların sağlamlığı zərər görməsin? Həmçinin, elektron dərslik və ya məktəbdə kitabların saxlanılması kimi alternativ yolların tətbiqi mümkünmü?


AzTehsil.com - n əldə etdiyi məlumata görə mövzu ilə bağlı  açıqlama verən təhsil üzrə ekspert Ramin Nurəliyev bildiirb ki, bu, həqiqətən də ciddi məsələdir.


Onun sözlərinə görə, tədris ili müddətidə valideynlərin ən çox şikayət etdiyi mövzulardan biridir:


“Valideynlərin bu barədə narazılığı kütləvilik təşkil edir. Xüsusən də, aşağı siniflərdə dərs sayının, o cümlədən kitab, dəftər və əlavə vəsaitlərin çoxluğu istər-istəməz çantada ağırlıq formalaşdırır ki, bu da şagirdlərə çətinlik yaradır. Nəticədə bir çox xəstəliklər də yarana bilir”. 


 


Mütəxəssis nəzərə çatdırıb ki, məsələnin tənzimlənməsi bir neçə halda mümkündür.


 


Onun fikrincə, orta ümumi təhsil məktəblərində dərs cədvəlini tərtib edərkən aşağı sinif şagirdlərinə 3 fəndən artıq dərs yazılmamalıdır:


 


“Normalda şagirdlərin bir günə 5-6 dərsi olur. Belə olan halda, şagird daha çox dərs vəsaiti və ləvazimatı aparmalı olur. Bəzən valideynlər özləri çantanı daşımalı olur. Direktor müavinləri diqqət etməlidir ki, gün ərzində 3-dən artıq fərqli fənn olmasın, 5-6 dərs varsa, bir fənn qoşalaşdırılsın və ya rəsm kimi fənn əlavə edilə bilər”. 


 


Həmçinin, E.Nurəliyev qeyd edib ki, fənn müəllimləri dərslikdənkənar vəsaitlərin alınmasını şagirddən tələb etməməlidir:


 


“Bəzi hallarda fənn müəllimləri orta ümumi təhsil müəssisələrində dərslikdən fərqli olaraq köməkçi vasitə kimi Dövlət İmtahan Mərkəzinin sinif testlərini, kursların və ya şəxslərin əlavə vəsaitlərinivə ya şəxslərin əlavə vəsaitlərini almağı tələb edirlər. Təbii ki, köməkçi vasitələrdən istifadə gözəl təşəbbüsdür, lakin bu, şagirdin yükünü artırır. Fənn müəllimləri həmin vəsaitlərdən bir ədəd alıb çoxaldaraq kağız formatda hazırlayıb şagirdlərə verilməsində köməklik etməlidir. Bundan başqa, vəsaitlərin sinifdə saxlamılmasına şərait yaradıla bilər. Bunun üçün siniflərdə şkaflar yerləşdirilə bilər. Buradan bir sual ortaya çıxa bilər ki, vəsaitlər sinifdə qalsa, şagir ev tapşırığını necə edəcək? Müəllim həmin dərsdənkənar vəsaitlərin tapşırıqlarının həllini dərs müddətində təşkil edə bilər”.


 



Həmçinin oxuyun:
Uşaqlarda fəsadlar yaradan ağır məktəb çantaları - VALİDEYNLƏR BUNLARA DİQQƏT ETSİN!

Uşaqlarda fəsadlar yaradan ağır məktəb çantaları - VALİDEYNLƏR BUNLARA DİQQƏT ETSİN!

Təhsilin çətin məqamları: Məktəblilərin ağır çanta problemi

Təhsilin çətin məqamları: Məktəblilərin ağır çanta problemi

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair     SUAL-CAVAB

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair SUAL-CAVAB

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

Na­dir İs­ra­fi­lov: "Dərslik yaz­maq sa­hə­sin­də­ki təc­rü­bə­siz­lik nə­ti­cə­sin­də bu prob­lem ya­ra­nıb"

Na­dir İs­ra­fi­lov: "Dərslik yaz­maq sa­hə­sin­də­ki təc­rü­bə­siz­lik nə­ti­cə­sin­də bu prob­lem ya­ra­nıb"

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Ümumi təhsil sistemində dərsik siyasəti- Ümumi müddəalar

Ümumi təhsil sistemində dərsik siyasəti- Ümumi müddəalar

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ağır dərs yükünün gələcək bəlaları - TƏHLİL

Ağır dərs yükünün gələcək bəlaları - TƏHLİL

Təhsil sağlamlıq bahasına olmamalıdır

Təhsil sağlamlıq bahasına olmamalıdır

Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu

Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Valideynlərin diqqətinə! Məktəbli çantası seçəndə bunları nəzərə alın

Valideynlərin diqqətinə! Məktəbli çantası seçəndə bunları nəzərə alın

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair sual-cavab

I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair sual-cavab

Valideynləri maraqlandıran əksər suallara cavab-MÜSAHİBƏ

Valideynləri maraqlandıran əksər suallara cavab-MÜSAHİBƏ

SUAL - Müəllim həftədə neçə saat dərs deyə bilər?

SUAL - Müəllim həftədə neçə saat dərs deyə bilər?