AzTehsil.com

Cəmiyyət / Layihə / Şagird / Tədbirlər
18 mart 2025
57

Real problemlərə innovativ həllər - Ekspertlərin “Sabahın alimləri” ilə bağlı fikirləri



Elm və innovasiya sahəsində gələcəyin yollarını açan şagirdlərimiz bu il də “Sabahın alimləri” XIV Respublika Layihə Müsabiqəsində öz bilik və bacarıqlarını nümayiş etdirdilər. Elmə maraq göstərən məktəblilər ideyaları ilə yalnız biliklərini deyil, həm də tədqiqat qabiliyyətlərini nümayiş etdirərək gələcəyin ixtiraçıları, alimləri olmaq iddialarını göstərdilər. Bu müsabiqə təkcə elmi nailiyyətlərin nümayişi deyil, eyni zamanda, istedadlı şagirdlərin cəmiyyətə tanıdılması, onların alimlərlə və ekspertlərlə birbaşa ünsiyyət qurması üçün əvəzsiz platformadır.

“Sabahın alimləri” XIV Respublika Layihə Müsabiqəsinin iştirakçısı olan təhsil ictimaiyyətinin nümayəndələri bu nüfuzlu tədbirlə bağlı təəssüratlarını AzTehsil.com ilə bölüşüblər.  

“Şagirdlərin elmi yanaşması yüksək səviyyədə idi” 

Təhsil eksperti Kamran Əsədov qeyd edir ki, şagirdlərin təqdim etdiyi layihələr olduqca maraqlı idi: “Bu işlər elmi yanaşma, araşdırma bacarığı və kreativlik baxımından yüksək səviyyədə idi. Şagirdlərin öz ideyalarını real problemlərin həlli üçün tətbiq etməsi, müxtəlif sahələrdə – ekologiya, mühəndislik, informatika, biologiya və digər istiqamətlərdə innovativ həllər təklif etməsi Azərbaycan təhsilinin gələcəyi üçün ümidvericidir”.

Rayon məktəblərinin bu müsabiqədə fəal iştirakını yüksək qiymətləndirən təhsil eksperti bunun regionlarda da istedadlı şagirdlərin yetişdiyinin və onların elmə marağının yüksək olmasının göstəricisi olduğunu söyləyir: ““Sabahın alimləri” Azərbaycanın orta məktəblərin şagirdləri üçün həyata keçirilən ən yaxşı layihələrdəndir. Şagirdlər burada fərdi, həm də komanda şəkilində öz elmi-tədqiqatçılıq bacarıqlarını ortaya qoya bildilər”

Müsabiqə gələcək alimlərin yetişməsinə şərait yaradır”

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Hikmət Əlizadənin fikrincə, müsabiqə təkcə istedadlı şagirdlərin üzə çıxarılması ilə məhdudlaşmır, həm də elmi tədqiqat metodlarının məktəblilərə aşılanmasına, onları elmə yönləndirməyə, gələcək alimlərin yetişməsinə şərait yaradır: “Bu müsabiqə məktəblilər üçün bir stimuldur. Onlar layihələr üzərində işləyərkən tədqiqat metodologiyası, eksperiment aparmaq və nəticələri düzgün təqdim etmək kimi bacarıqları öyrənirlər. Bu isə onların gələcəkdə elmi fəaliyyətə daha peşəkar yanaşmasına kömək edəcək”.

“Yeniyetmələrimiz hələ parta arxasında elmi araşdırmaların əsas prinsiplərini bilirlər”

Elm və Təhsil Nazirliyi Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayevrəhbərlik etdiyi qurumun alimlərinin artıq neçə illərdir ki, “Sabahın alimləri” müsabiqəsində iştirak edən şagirdlərə dəstək olduqlarını və yeniyetmələrin tədqiqat aparmaları üçün laboratoriyalardan istifadəyə şərait yaratdıqlarını bildirir: “Bu müsabiqə təkcə şagirdlər üçün deyil, eyni zamanda, elmi institutlar üçün də vacibdir. Şagirdlərin təqdim etdikləri layihələr olduqca maraqlı mövzulara həsr edilib. Xüsusilə tibbi texnologiyalar və mühəndislik, süni intellekt sahəsində diqqətçəkən layihələr layihələr var. Müsabiqədə elə layihələr gördük ki, onlar gələcəkdə böyük texnoloji və tibbi yeniliklərin əsasını qoya bilər. Yeniyetmələrimiz hələ parta arxasında artıq elmi araşdırmaların əsas prinsiplərini bilir və yüksək səviyyədə tədqiqatlar aparırlar. Bu, Azərbaycanın elmi gələcəyi üçün çox önəmli addımdır".





Həmçinin oxuyun:
Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Məktəbli ixtiraçılar

Məktəbli ixtiraçılar

“Sabahın alimləri” müsabiqəsinin qalibləri mükafatlandırıldı

“Sabahın alimləri” müsabiqəsinin qalibləri mükafatlandırıldı

İstedadlı şagirdlərlə işin təşkili formaları

İstedadlı şagirdlərlə işin təşkili formaları

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz,  bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz, bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Başa vurduğumuz il təhsil ictimaiyyətinin gözü ilə

Başa vurduğumuz il təhsil ictimaiyyətinin gözü ilə

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Ünsiyyət nədir

Ünsiyyət nədir

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

"Bu yenilik müəllim və məktəblərin inkişafı üçün gözəl imkanlar yaradacaq"/EKSPERTLƏRİN RƏYİ

"Bu yenilik müəllim və məktəblərin inkişafı üçün gözəl imkanlar yaradacaq"/EKSPERTLƏRİN RƏYİ

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Müəllimin şagirdlərlə ünsiyyət üslubları.

Müəllimin şagirdlərlə ünsiyyət üslubları.

“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin açılış mərasimi

“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin açılış mərasimi

Müəllimin şagirdlərlə ünsiyyət üslubları.

Müəllimin şagirdlərlə ünsiyyət üslubları.

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi