AzTehsil.com

Cəmiyyət / Karyera / Xəbərlər / İnnovasiyalar / Ziyalılar
04 mart 2025
190

Azərbaycan və Qazaxıstanın ali təhsil imkanları müzakirə edilib.



AzTehsil.com - a Elm və Təhsil nazirliyindən verilən məlumata əsasən martın 4-də ADA Universitetində “Azərbaycan və Qazaxıstan arasında ali təhsildə əməkdaşlığın genişləndirilməsinə” həsr olunmuş “dəyirmi masa” keçirilib.

“Dəyirmi masa”da ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan və Qazaxıstanın qabaqcıl universitetlərinin rektorları iştirak ediblər.

“Dəyirmi masa”ya evsahibliyi edən ADA Universitetinin rektoru Hafiz Paşayev açılış nitqi ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb. Rektor rəhbərlik etdiyi universitetdə çalışan qazaxıstanlı akademik heyətin peşəkarlığını vurğulayaraq gələcəkdə Azərbaycan və Qazaxıstan arasında elm və təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərin davam etdiriləcəyini qeyd edib.

Çıxış edən Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek Qazaxıstanın Azərbaycanla ali təhsil sahəsində əməkdaşlığı genişləndirmək niyyətində olduğunu diqqətə çatdırıb. Qarşılıqlı akademik və elmi əməkdaşlığın gücləndirilməsinin vacibliyinə toxunan Sayasat Nurbek əlavə edib ki, iki ölkə arasında hazırda təhsil strategiyaları, tərəfdaş universitetlərlə əməkdaşlıq planları və innovativ yanaşmalar üzərində işlər aparılır. Nazir bildirib ki, akademik və tədqiqat sahələrində yeni imkanlar yaratmaq üçün birgə fəaliyyət genişləndirilir. 

Elm və təhsil naziri Emin Əmrullayev də öz növbəsində Azərbaycanla Qazaxıstan arasında təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyinə toxunub. Emin Əmrullayev qeyd edib ki, hər iki ölkənin öz milli maraqları mövcuddur və bu maraqlara əsaslanaraq təhsil sahəsində oxşar hərəkət modelindən istifadəyə qərar verilib. Nazir vurğulayıb ki, əsas məqsəd ali təhsili gücləndirmək və universitetlərimizin davamlı inkişafını təmin etməkdir. Bakıda ilk dəfə keçiriləcək Qazaxıstan universitetlərinin təhsil sərgisindən söz açan Emin Əmrullayev qeyd edib ki, bu tədbir akademik əməkdaşlıq üçün mühüm bir addımdır. Nazir hər iki ölkənin universitetlərini qarşılıqlı sıx əməkdaşlığa çağırıb. 


“Dəyirmi masa”da çıxış edən Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel həm Qazaxıstanda, həm də Azərbaycanda təhsil sahəsində geniş islahatlar aparıldığını vurğulayaraq hər iki ölkənin bu sahədə əməkdaşlığı daha da gücləndirmək niyyətində olduğunu əlavə edib. 

Çıxış edən Azərbaycan və Qazaxıstanın ali təhsil müəssisələrinin rəhbərləri ali təhsil müəssisələri arasındakı mövcud əlaqələrdən, əməkdaşlıq imkanlarından danışıblar. “Dəyirmi masa” çərçivəsində təşkil edilən “Azərbaycan və Qazaxıstan arasında akademik əməkdaşlığın artırılması” mövzusunda panel müzakirəsində "Azərbaycan və Qazaxıstan arasında ikili diplom proqramları: effektiv tətbiq və təsir strategiyaları", “Azərbaycan və Qazaxıstan arasında elmi əməkdaşlıq: innovasiya və qlobal tərəfdaşlığın təşviqi" və "Akademik mobilliyin və mədəni əməkdaşlığın artırılması" mövzularında fikir mübadiləsi aparılıb. 

Müzakirələrdən sonra hər iki ölkədən ümumilikdə 17 universitetin iştirakı ilə 40 qarşılıqlı anlaşma memorandumunun imzalanma mərasimi baş tutub.



Həmçinin oxuyun:
Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

9 May - Qələbə Günü münasibətilə onlayn dəyirmi masa keçirilib

9 May - Qələbə Günü münasibətilə onlayn dəyirmi masa keçirilib

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

ADPU-da “Pedaqoji təhsil: Universitet və məktəb əlaqələri” mövzusunda dəyirmi masa keçirilib

ADPU-da “Pedaqoji təhsil: Universitet və məktəb əlaqələri” mövzusunda dəyirmi masa keçirilib

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

ADPU-da “Ali təhsilin informatlaşmasının aktual problemləri, Elektron Universitet,  reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

ADPU-da “Ali təhsilin informatlaşmasının aktual problemləri, Elektron Universitet, reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

Azərbaycanda universitet rektorları HANSI YAŞDADIR? -SİYAHI

Azərbaycanda universitet rektorları HANSI YAŞDADIR? -SİYAHI

Gəncə şəhər 25 №-li tam orta məktəbdə AXC-nin 100 illiyinə həsr olunmuş tədbir təşkil olunub

Gəncə şəhər 25 №-li tam orta məktəbdə AXC-nin 100 illiyinə həsr olunmuş tədbir təşkil olunub

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

ADU-da Xocalı soyqırımına həsr olunan dəyirmi masa keçirilib

ADU-da Xocalı soyqırımına həsr olunan dəyirmi masa keçirilib

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

ADA Məktəbinin təqdimatı olub

ADA Məktəbinin təqdimatı olub

Dünya məktəbliləri Bakıda yarışır

Dünya məktəbliləri Bakıda yarışır

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Mehriban Vəliyeva: Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir

Mehriban Vəliyeva: Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir