AzTehsil.com


Xəbərlər
23 fevral 2019
8 225


ADA Məktəbinin təqdimatı olub



ADA Məktəbinin təqdimatı olub

 

 
Fevralın 22-də ADA Məktəbinin təqdimatı olub.

Tədbirdə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev rəhbərlik etdiyi ali məktəbin tədris prosesi və fəaliyyət istiqamətlərindən danışıb. Bildirilib ki, müasir təhsil modelini əsas tutaraq cəmiyyətə savadlı mütəxəssis və ləyaqətli vətəndaş yetişdirən ADA Universiteti üçün keyfiyyətli təhsil əsas meyardır. Ali təhsil müəssisəsi kimi 2006-cı ildən təlim proqramları ilə fəaliyyətə başlayan universitetdə 2009- cu ildən magistratura, 2011-ci ildən isə bakalavr proqramlarının həyata keçirilməsinə başlanılıb. Məqsədimiz bakalavr və magistratura səviyyələrində təhsil alan tələbələrin yüksəkixtisaslı kadr kimi yetişməsi üçün beynəlxalq təhsil sistemində ən qabaqcıl proqramları Azərbaycana gətirməkdir.

Bakalavr səviyyəsinə qəbul olunan tələbələrin hazırlığı və yeni təhsil mühitinə çətin adaptasiya olduqları nəzərə alınaraq ADA Məktəbi təsis edildi

H.Paşayev deyib ki, ali məktəbə bakalavr səviyyəsinə qəbul olunan tələbələrin hazırlığı və onların yeni təhsil mühitinə çətin adaptasiya olduqlarını nəzərə alaraq ADA Məktəbinin təsis olunmasını məqsədəuyğun hesab etdik. Bu məktəbin fəaliyyətə başlaması ADA Universitetinin gələcəyi üçün də uğurlu və faydalı olacaq.

Rektor bildirib ki, məktəbin tədris proqramı Azərbaycan Respublikasının tam orta təhsil standartlarına və ADA Universitetinin təcrübəsinə əsaslanaraq bilik, səriştə və dəyərlərin formalaşmasını təmin edir. Tədris proqramı şagirdlərin akademik baxımdan universitet illərinə daha hazırlıqlı olmaları ilə yanaşı, XXI əsrin tələblərinə cavab verən kommunikasiya, kreativlik, komanda işi, tənqidi düşüncə kimi bacarıqların inkişafına xüsusi yer ayırır. Məqsədimiz, həmçinin Azərbaycanda və xaricdə istənilən nüfuzlu ali məktəbə qəbul ola bilən savadlı, bacarıqlı gənclər yetişdirməkdir.

Qeyd edilib ki, məktəbin binası yüksək standartlara cavab verən infrastruktura malikdir.

H.Paşayev universitetlərə hazırlıq və qəbul sahəsində kollec və peşə təhsili müəssisələrində təhsilin mühüm rol oynadığını söyləyib. Bildirib ki, müasir dövrdə orta ixtisas təhsili müəssisələrinə böyük ehtiyac var. Bütün bunları nəzərə alaraq gələcəkdə texniki və fundamental elm sahələrində mühəndislik ixtisası üzrə kolleclərin yaradılması da nəzərdə tutulur.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva son illər ölkəmizdə təhsilin inkişafı istiqamətində aparılan islahatlardan, həyata keçirilən dövlət proqramları və müxtəlif layihələrdən söz açıb. Bildirib ki, təhsil cəmiyyətin əsas aparıcı və təkanverici qüvvəsidir. Bu gün ölkəmizdə 4443 ümumtəhsil müəssisəsi fəaliyyət göstərir. Son on beş ildə respublikada 3300-dən çox məktəb müasirləşib, onların infrastrukturu standartlara uyğun qurulub, yeniləri tikilib, bəziləri isə əsaslı təmir edilib. Qeyd olunan istiqamətlər "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da öz əksini tapıb və bütün bunlar təhsilin keyfiyyətini təmin etmək məqsədilə həyata keçirilir.

ADA Məktəbində tədris proqramı milli standartlara və milli kurikuluma əsaslanacaq

M.Vəliyeva bildirib ki, ADA Universiteti özünün keyfiyyətli təhsil proqramı ilə ölkənin seçilən ali məktəbləri sırasındadır. Müasir standartlara cavab verən və güclü infrastruktura malik olan universitet hər zaman dövlətə və dövlətçiliyə sədaqət nümunəsində gənc nəsil yetişdirir. Bu ənənənin davamı olaraq ADA Məktəbində də tədris proqramı milli standartlara və milli kurikuluma əsaslanacaq.

Nazir müavini ölkənin təhsil mühitində ADA Məktəbinin uğurlu fəaliyyət göstərəcəyinə əminliyini bildirib.

ADA Məktəbinin təhsil modeli

Sonra ADA-nın tədris işləri üzrə prorektoru Vəfa Kazdal ADA Məktəbinin yaranma səbəbləri, qəbul qaydaları və fəaliyyət konsepsiyası haqqında təqdimatla çıxış edib. Bildirib ki, məqsədimiz keyfiyyətli təhsil əsasında cəmiyyət üçün savadlı və ləyaqətli vətəndaşlar yetişdirməkdir. Qarşıya qoyulan məqsədlər sırasında daxili və xarici tələblərə uyğun inkişafa nail olmaqdır. Bunun üçün fəaliyyətimiz daxili və xarici əmək bazarına uyğun kadrların hazırlanmasına yönəlib. ADA Məktəbinin təhsil modeli yeniliklərdən ibarətdir. Belə ki, bu məktəbin məzunları ADA Universitetinə xüsusi şərtlərlə qəbul olunacaqlar.

ADA Məktəbi 2019-2020-ci tədris ilindən etibarən X və XI siniflərə şagird qəbulu elan edir

Diqqətə çatdırılıb ki, ADA Məktəbi 2019-2020-ci tədris ilindən etibarən X və XI siniflərə şagird qəbulu elan edir. Qəbul yerli və xarici vətəndaşlar üçün açıqdır. 2019-2020-ci akademik il üçün X sinfə qəbul olunanlar həm Azərbaycan, həm də ingilis dilində oxuya biləcəklər. XI sinfə qəbul olunanlar isə yalnız ingilis dilində təhsil alacaqlar.

Sonda iştirakçıların sualları cavablandırılıb.



Загрузка...
Həmçinin oxuyun:
SABAH III Karyera Qış Məktəbinin iştirakçıları ilə görüş

SABAH III Karyera Qış Məktəbinin iştirakçıları ilə görüş

Çində 2019-2020-ci tədris ili üzrə təqaüd proqramı

Çində 2019-2020-ci tədris ili üzrə təqaüd proqramı

Balakən rayonu Qullar kənd iki saylı tam orta məktəbi  müasir standartlara cavab verən təhsil müəssisələrindəndir.

Balakən rayonu Qullar kənd iki saylı tam orta məktəbi müasir standartlara cavab verən təhsil müəssisələrindəndir.

Yeni məktəbin açılışı oldu

Yeni məktəbin açılışı oldu

Koreya Respublikasında 2019-2020-ci tədris ili üzrə təqaüd proqramı

Koreya Respublikasında 2019-2020-ci tədris ili üzrə təqaüd proqramı

700 bal toplayan abituriyentlər UNEC-də

700 bal toplayan abituriyentlər UNEC-də

31-ci Beynəlxalq İnformatika Olimpiadası üzrə birgə iclas

31-ci Beynəlxalq İnformatika Olimpiadası üzrə birgə iclas

Bu məktəb qəbul imtahanlarında hər il 100 faizlik nəticə göstərir

Bu məktəb qəbul imtahanlarında hər il 100 faizlik nəticə göstərir

İlk məzun gününü keçirən və əksər tələbələrin arzuladığı universitetimiz

İlk məzun gününü keçirən və əksər tələbələrin arzuladığı universitetimiz

2018-ci ildə Azərbaycan təhsilində əsas - YENİLİKLƏR

2018-ci ildə Azərbaycan təhsilində əsas - YENİLİKLƏR

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi

Rumıniyada 2019-2020-ci tədris ili üzrə təqaüd proqramı

Rumıniyada 2019-2020-ci tədris ili üzrə təqaüd proqramı

UNEC məzunlarının tələbəlik həyatının son günü...adını fəxri daşa yazdıran tələbə və UNEC-i tələbələrə sevdirən təhsil

UNEC məzunlarının tələbəlik həyatının son günü...adını fəxri daşa yazdıran tələbə və UNEC-i tələbələrə sevdirən təhsil

“Xaricdə təhsil proqramı bərpa olunmalıdır”- Etibar Əliyev

“Xaricdə təhsil proqramı bərpa olunmalıdır”- Etibar Əliyev

SABAH III Karyera Qış Məktəbi başlayır

SABAH III Karyera Qış Məktəbi başlayır

“ADA” Universiteti professor-müəllim heyətindəki vakant yerlərə qəbul elan edir

“ADA” Universiteti professor-müəllim heyətindəki vakant yerlərə qəbul elan edir

“Qərb Universitetinin məqsədi uğurlar əldə edəcək kadrlar hazırlamaqdır”

“Qərb Universitetinin məqsədi uğurlar əldə edəcək kadrlar hazırlamaqdır”

Azərbaycanda peşə təhsilinin inkişafı ilə bağlı 3,4 milyon dollarlıq layihəyə start verilib

Azərbaycanda peşə təhsilinin inkişafı ilə bağlı 3,4 milyon dollarlıq layihəyə start verilib

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Uşaq musiqi məktəbinin açılışı olub

Uşaq musiqi məktəbinin açılışı olub

Çox halda keyfiyyət deyil, kəmiyyət dalınca qaçırıq...

Çox halda keyfiyyət deyil, kəmiyyət dalınca qaçırıq...

SABAH Karyera Akademiyası təqdim olundu

SABAH Karyera Akademiyası təqdim olundu

İlk dəfə UNEC-də: İnklüziv təhsildə ikili diplom proqramı

İlk dəfə UNEC-də: İnklüziv təhsildə ikili diplom proqramı

Azərbaycanda 10 pilot peşə təhsili müəssisəsi yaradılacaq

Azərbaycanda 10 pilot peşə təhsili müəssisəsi yaradılacaq