Xəbərlər, MÜƏLLİM
09 yanvar 2019
137

Astaralı gənc müəllim: Qarşıma qoyduğum məqsədə valideynlərimin köməyi ilə çatmışam


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

 
 
İyirmi dörd yaşlı gənc müəllim Rufanə Cəfərli Astara şəhərində ziyalı ailəsində anadan olub. Anası müəllim, atası isə ali təhsilli zootexnikdir. Ailədə təhsilə, kitaba olan maraq balaca Rufanəni də öz ağuşuna alır. O da valideynləri kimi ali təhsil almağı qarşısına məqsəd qoyur. Elə bu həvəslə də orta məktəbi bitirdikdən sonra Lənkəran Dövlət Universitetinin kimya və biologiya müəllimliyi fakültəsinə daxil olur və 2015-ci ildə oranı bitirir.

Rufanə Cəfərli ali təhsil müəssisəsini bitirdikdən sonra Təhsil Nazirliyinin təşkil etdiyi imtahanlarda yüksək bal toplayaraq müəllimlik fəaliyyətinə Astaranın ucqar dağ kəndi olan Sımda başlayıb.
O, sinifdə ilk dərsini xatırlayaraq deyir: "İçimdə həmişə macəra axtarmaq, yenilik hissi var. Təbiəti çox sevirəm. Kənd həyatını yaşamaq mənim üçün maraqlı idi. Xəyallarımı gerçəkləşdirmək üçün həmin imtahan bir şans oldu. Siyahıya ucqar kəndləri yazmışdım. Nədənsə dağlar məni özünə çox çəkirdi. İlk dərsimdə çox həyəcan keçirirdim. Ancaq uşaqlarla tez bir zamanda ünsiyyət yarada bildim”.
Rufanə Cəfərli elə həmin il paralel olaraq qonşu dağ kəndi olan Ağ körpünün tam orta məktəbində də dərs deyir.
Gənc müəllim demək olar ki, hər il müəllimlərin işə qəbulu imtahanlarında iştirak edir. O, bunun səbəbini belə izah edərək deyir: "Mənim ixtisasım kimya və biologiya müəllimliyidir. İmtahanlar mənim üçün əsil sınaq meydanıdır. Mən bu imtahanlarda iştirak etməklə, həm də böyük təcrübə toplayır, dərs dediyim fənni daha mükəmməl öyrənirəm”.
Rufanə 2016-cı ildə biologiya fənni üzrə biliyini sınamaq məqsədilə yenidən müəllimlərin işə qəbulu imtahanında iştirak edir və rayondakı Sərək kənd tam orta məktəbində dərs demək hüququ qazanır.
O, bir il burada işlədikdən sonra müəllimlərin yerdəyişmə müsabiqəsindən keçərək Astara şəhərindəki 6 nömrəli tam orta məktəbində, 2018-ci ildə isə yenidən müəllimlərin işə qəbulu imtahanında yüksək bal toplayaraq Astara şəhərindəki 3 nömrəli tam orta məktəbində dərs demək hüququ qazanır.
Rayonda keçirilən tədbirlərdə fəal iştirak edən gənc müəllimin Təhsil Nazirliyinin həyata keçirdiyi "Lənkəran Dövlət Universiteti, Astara və Yardımlı rayonlarının ümumtəhsil məktəbləri arasında elmi-pedaqoji əməkdaşlığın yaradılmasına dair pilot layihə”nin icrasının bir illiyi ilə əlaqədar keçirilən müşavirədəki çıxışı böyük maraqla qarşılanır. O, elə həmin tədbirdə Astara Pedaqoji Kollecin rəhbərliyi tərəfindən bu təhsil müəssisəsində işləmək təklifi alır.
Hazırda gənc müəllim Astara şəhərindəki 3 nömrəli tam orta məktəbi ilə paralel olaraq, Astara Pedaqoji Kollecində də fəaliyyətini davam etdirir.
Qazandığı uğurlarda valideynlərinin böyük əməyi olduğunu vurğulayan gənc müəllim deyir: "Valideynlərim bütün işlərdə mənə dəstək olublar. Onların köməyi ilə qarşıma qoyduğum məqsədə çatmışam. Özümü valideynlərimin qarşısında həmişə borclu hiss edirəm”.
Daim yeniliyə can atan gənc müəllimi qarşıda hələ neçə-neçə sınaqlar gözləyir. Biz inanırıq ki, Rufanə Cəfərli bu sınaqlardan da uğurla çıxacaq.(Azərtac)
 
 

 

 

 

 

 

Astaralı gənc müəllim: Qarşıma qoyduğum məqsədə valideynlərimin köməyi ilə çatmışam

 












Whatsapp'ta Paylaş

Загрузка...
loading...

Həmçinin oxuyun:
Kənd məktəbində direktor müəllim mübahisəsi – “Vakansiyalar gizlədilir, qanunsuzluqlar var”

Kənd məktəbində direktor müəllim mübahisəsi – “Vakansiyalar gizlədilir, qanunsuzluqlar var”

Dərsləri boykot edən müəllim işə qaytarıldı- FOTO

Dərsləri boykot edən müəllim işə qaytarıldı- FOTO

Gənc müəllimdən məktəbdə yığılan pula etiraz - Dərsi boykot etdi

Gənc müəllimdən məktəbdə yığılan pula etiraz - Dərsi boykot etdi

Lənkəran Dövlət Universiteti ilə Astara və Yardımlı məktəbləri arasında pilot layihə həyata keçirilir

Lənkəran Dövlət Universiteti ilə Astara və Yardımlı məktəbləri arasında pilot layihə həyata keçirilir

İsmayıllıda dərs keçən gənc müəllimin inanılmaz həyatı: Velo yürüşlər, əsrarəngiz rəsmlər - FOTOLAR

İsmayıllıda dərs keçən gənc müəllimin inanılmaz həyatı: Velo yürüşlər, əsrarəngiz rəsmlər - FOTOLAR

Azərbaycanın ucqar dağ kəndinin 21 yaşlı informatika müəllimi - Həm də həvəskar fotoqrafdır

Azərbaycanın ucqar dağ kəndinin 21 yaşlı informatika müəllimi - Həm də həvəskar fotoqrafdır

Bakıdan ucqar kənd məktəbinə gedən gənc müəllim:

Bakıdan ucqar kənd məktəbinə gedən gənc müəllim: "Şagirdlərim deyir, biz böyüyənəcən heç yerə getməyin"

Poylu qəsəbə tam orta məktəbin yeni müəllimi-  Arzu Xəlilova

Poylu qəsəbə tam orta məktəbin yeni müəllimi- Arzu Xəlilova

Astara Təhsil Şöbəsinin rəhbəri təqaüfə çıxmış müəllimlərdən rüşvət alaraq yenidən işə qaytarıb

Astara Təhsil Şöbəsinin rəhbəri təqaüfə çıxmış müəllimlərdən rüşvət alaraq yenidən işə qaytarıb

"Mən özümü fədakar müəllim hesab etmirəm."

Bu kəndin orta məktəbində təhsilin 9 illik olması tam orta təhsilə mane olur

Bu kəndin orta məktəbində təhsilin 9 illik olması tam orta təhsilə mane olur

Gənc müəllim Ruqiyət Murtuzəliyeva-Balakən rayonu

Gənc müəllim Ruqiyət Murtuzəliyeva-Balakən rayonu

"Müəllim yalnız öyrədici yox, həm də istiqamətvericidir"

Təhsil naziri Yardımlı şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Yardımlı şəhərində vətəndaşları qəbul edəcək

“Rayonumuzun gənc müəllimləri“ rubrikasının bugün qonağı Lalə Məmmədova olub

“Rayonumuzun gənc müəllimləri“ rubrikasının bugün qonağı Lalə Məmmədova olub

Ucqar kəndi seçən gənc müəllim

Ucqar kəndi seçən gənc müəllim "Kənd insanları çox istiqanlı və səmimidirlər"

Ucqar kənd məktəbində işləyən gənc müəllim ölkə müəllimlərinə çağırış etdi

Ucqar kənd məktəbində işləyən gənc müəllim ölkə müəllimlərinə çağırış etdi

Ucqar kənd məktəbinə işə qəbul olunanda  fikirləşdim ki, mənə çətin olacaq...GƏNC MÜƏLLİM

Ucqar kənd məktəbinə işə qəbul olunanda fikirləşdim ki, mənə çətin olacaq...GƏNC MÜƏLLİM

Elə bu kənddə müəllimlik fəaliyyətimi davam etdirməyi çox istərdim - Kənd məktəbini seçən Samirə Məmmədli

Elə bu kənddə müəllimlik fəaliyyətimi davam etdirməyi çox istərdim - Kənd məktəbini seçən Samirə Məmmədli

Müəllim olmaq fədakar olmaq deməkdir - Gənc müəllim Zahir Abbasov.

Müəllim olmaq fədakar olmaq deməkdir - Gənc müəllim Zahir Abbasov.

Mən nəyi isə uşaqlara öyrədəndə bundan zövq alıram- Gənc müəllim Araz Qurbanov.

Mən nəyi isə uşaqlara öyrədəndə bundan zövq alıram- Gənc müəllim Araz Qurbanov.

Yüksək balla kənd məktəbini seçən gənc müəllim

Yüksək balla kənd məktəbini seçən gənc müəllim

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

Ucqar kəndin gənc müəllimi “Uşaqlıqdan müəllimliyə həvəsim böyük idi”

Ucqar kəndin gənc müəllimi “Uşaqlıqdan müəllimliyə həvəsim böyük idi”