Müəllim
09 iyun 2016
7 920


Təhsilvermə (təhsilləndirmə) modelləri

Təhsilvermə (təhsilləndirmə) modelləri  Təhsilvermə (təhsilləndirmə) modelləri – təhsilvermənin (təhsilləndirmənin) strukturu, tədris kursunun məzmunu və quruluşu, şagirdlərlə işin təşkilinin konkret məqsədləri, şagirdləri qruplara bölmənin formaları, testləşdirmə və qiymətləndirmənin metodları, həmçinin təlim prosesinin qiymətləndirilməsi kimi məsələlərin qarşılıqlı əlaqələrini müəyyənləşdirməyə imkan verir. Qərbi Avropanın tədqiqatçı pedaqoqları ümumtəhsil sistemində təhsilvermənin bir çox modellərindən, o cümlədən aşağıdakı yeni modellərindən (formalarından) də istifadə etməyi məsləhət bilirlər:
1) seçmə qruplar (selektiv) modeli;
2) birləşmiş qruplar modeli;
3) "qarışıq qabiliyyətlər” modeli;
4) inteqrativ təlim modeli;
5) innovasion təlim modeli.
Təhsilvermə (təhsilləndirmə) modelləri aşağıdakı əsas komponentləri ilə birbirindən fərqlənirlər:
modelin təhsilvermə strukturu; təlim kurslarının məzmunu;
təlim kurslarının təşkili; şagirdlərin qrup şəklində təşkili formaları;
şagirdlərin idarə edilməsi; tətbiq edilən testlər və yoxlamalar;
təlim prosesinin qiymətləndirilməsi.
2. Seçmə qruplar (selektiv) modeli.Bu modeldə təlimin ilk dövrü (bir həftədən bir ilə qədər) şagirdlərin qabiliyyətlərinə görə seçilməsi işi aparılır. Son illərdə məktəbə qəbul edilənlər (V-X siniflərdə) testlər vasitəsi ilə seçilərək müxtə- lif səviyyəli şagirdlərdən sinif (potok) qruplaşdırılır. Şagirdlərin yüksək səviyyəli siniflərdən aşağı səviyyəli sinifə keçidi asan, əksinə isə praktik olaraq çətin həyata keçirilir. Müxtəlif siniflərdə tədris proqramları müxtəlif olur. Yüksək səviyyəli siniflərin proqramı daha çətin və mürəkkəbdir. Elə fənlər (məsələn: dil, riyaziyyat, tarix) var ki, müxtəlif səviyyəli siniflərin hamısında tədris olunur. Fənlərin bəziləri isə yalnız aşağı səviyyəli siniflərdə keçirilir. Yüksək səviyyəli siniflərdə təhsil alan və yeddi fəndən dövlət imtahanı verən məzunlar universitetlərə imtahansız qəbul olunurlar.
Modelin xarakterik cəhətləri bunlardır: fənlər üzrə tədris materialının öyrənilməsi uzunmüddətli olmur;
siniflərdə təlimin metodları və yolları müəllim tərəfindən seçilir;
şagird qruplarının seçilməsi və siniflərdə birləşdirilməsinin tənzimlənməsi qabiliyyətləri maksimum dərəcədə yaxın olanların müəyyənləşdirilməsi prinsipi ilə aparılır;
bilik səviyyəsinə görə qiymətləndirilərək şagirdlərin siniflərdə qruplaşdırılması dövründən sonra seçmədə buraxılan nöqsanları aradan qaldırmaq üçün üfüqi yerdəyişmələr aparmağa yol verilir.
Əgər eyni səviyyəli siniflərdə şagird verilən tapşırığı tələb olunan səviyyədə yerinə yetirə bilmirsə, ona həmin qrupda ikinci ilə oxumağa icazə verilir. İkinci ildə də onun göstəriciləri aşağı olsa, onda bir səviyyə aşağı olan sinifə keçirilir, sonradan həmin şagirdin bütün fənlər üzrə səviyyəsi ümumi orta qiymətdən yuxarı olduqda o, öz sinfinə qaytarılıb təhsilini davam etdirə bilər. Seçmə qruplar modeli ilə işləyən Almaniyada "Vahid məktəb”, İngiltərədə "Hərtərəfli” və ya "Universal məktəb” və Hollandiyada gimnaziya (illik), HAVO (orta təhsilin yuxarı pilləsi –İllik), MAVO (peşə təhsilinə hazırlıq pilləsi – illik) adlanan məktəblər mövcuddur.
3.Birləşmiş qruplar modeli. Belə modellə işləyən məktəblərdə həm "müxtəlif qabiliyyətli”, həm də "eyni qabiliyyətli” şagird qrupları təhsil alır. Müxtəlif qabiliyyətli şagirdlərdən təşkil olunan qruplarda ictimai elmlər, ana dili, bəzi dəqiq elmlər üzrə fənlər və fiziki mədəniyyət fənni öyrənilir. Eyni qabiliyyətli (və ya yaxın qabiliyyətli) şagirdlərdən təşkil olunan qruplarda isə yuxarıda göstərilən fənlərdən başqa riyaziyyat, ingilis dili və fransız dili də öyrənilir. Müxtəlif qabiliyyətli (və ya "qarışıq”) qruplar təşkil edərkən bir çox hallarda şagirdlərin intellektual qabiliyyətləri ilə bərabər, sosial vəziyyəti və cinsi də nəzərə alınır. "Eyni qabiliyyətli” qrupları təşkil etmək üçün müəyyən fənlər üzrə test yoxlamaları aparılır. Bu qruplarda fənlər müxtəlif səviyyəli proqramlar əsasında tədris olunur. Hər bir şagird hansı fənni hansı səviyyədə öyrənmək istədiyini özü seçir, sonralar əldə etdiyi nailiyyətlərdən asılı olaraq qrupunu dəyişdirə bilir. "Qarışıq” qruplarda fənlərə ayrılan həftəlik saatlar bir neçə il dəyişmir, onun tərkibi isə dəyişir, yəni şagirdlər daha yaxşı oxuduqca, daha yüksək səviyyəli "eyni qabiliyyətli” qruplara keçə bilir. "Qarışıq” qruplarda şagirdlərə müəllimlərdən məsləhət almağa və əlavə məşğələ keçməyə icazə verilir.
Birləşmiş qruplar modelinin əsas xarakterik xüsusiyyətləri bunlardır:
idraki təlimdə yaxşı nəticələr əldə olunur;
"eyni qabiliyyətlilər” üzrə qruplarda riyaziyyat və dillər uzun müddət öyrə- nilir;
ənənəvi təhsilin məzmunu dəyişməz qalır;
fənlərin öyrənilməsi "şaquli” aparılır və sonda imtahan vermə ilə nəticələnir.
Şagirdlərə qazandığı nailiyyətlərə görə daha yüksək səviyyəli qrupa keçmək üçün ildə üç dəfə imkan verilir. Şagirdlərin ayrı-ayrı fənlər üzrə səviyyəsinin müəyyənləşdirilməsini və "qarışıq” qruplarda onların idarə edilməsini məsləhətçi həyata keçirir. Şagird başqa səviyyəli qrupa keçmək istədikdə məsləhətçi fənn müəlliminə bu barədə xəbər verir. Bu modeldən Avropanın bir çox ölkələrində istifadə edilir. Berlin şəhərinin FEQA adlanan məktəbində bu model tətbiq edilir. Məktəbdə şagirdlər birinci yarım ildə "qarışıq” qruplarda oxuyur, yoxlamadan keçdikdən sonra "eyni qabiliyyətli” müxtəlif qruplarda təhsilini davam etdirirlər. 4."Müxtəlif qabiliyyətlilər” modeli. Belə modeldə bütün fənlərin öyrənilməsi sonadək "qarışıq qabiliyyətlilər” qruplarda aparılır. Bəzi fənlərin (riyaziyyat, xarici dillər, təbiət fənləri) tədris materialı müxtəlif müddətdə öyrədilir. Siniflərdə bütün şagirdlər baza təhsil planları və proqramları əsasında təhsil alırlar. Baza tədris kurslarının öyrənilməsi başa çatdıqda şagirdlərin bilikləri diaqnostik testlərlə yoxlanılır. Baza proqramlarını yaxşı mənimsəyən şagirdlərə əlavə materialları da öyrənməyi təklif edirlər. Baza kurslarını mənimsəyə bilməyənlərə, kurs materialını təkrar etmək, bir qədər korrektə edilmiş material və tapşırıqların öyrənilməsi təklif olunur. Qısa müddətdə təkraretmə qurtardıqdan sonra şagirdlərin hamısı birlikdə yeni bölmənin materialını öyrənirlər. Burada əlavə tapşırıq alan və kurs materiallarını təkrar edən şagirdlər qruplara ayrılmır, eyni sinifdə fəaliyyət göstərirlər.
5.İnteqrativ təlim modeli. Bu modeldə fərdiləşdirməyə, fərdin inkişafına və müstəqilliyə xüsusi diqqət yetirilir. Modelin əsas xüsusiyyətləri aşağıdakılardır:
təlim kursları, tədris materialları, kursların məzmunu ənənəvi təlimdə oldu- ğundan fərqlənir; burada müəllimlər üçün yeni fəaliyyət imkanı yaranır;
onların tədris kursunun məzmununu hər bir şagirdin tələbatına uyğunlaşdırmaq imkanları vardır.
Bu modellə təhsil verilərkən koqnitiv (idraki), normativ və ekspressiv təcrü- bənin inkişaf etdirilməsinə təqribən eyni dərəcədə diqqət yetirilir, yəni şəxsiyyətin hərtərəfli inkişafına böyük əhəmiyyət verilir. Şagirdlər permanent qruplarda birləşdirilir, belə qruplarda müəllimlərin fəaliyyət imkanları – şagirdlərin idarə edilməsi, qruplarla işin təşkili, məsləhətvermə və s. daha da genişlənir. İnteqrativ təlim modelinin aparıcı xüsusiyyətləri aşağıdakılardır:
şagirdlər yüksək üstünlüklərə (fərdi inkişaf, cəmiyyətdə öz mövqeyini anlama, müstəqillik) malikdirlər;
alternativ təlim üsullarından və müxtəlif tədris situasiyalarından istifadə şagirdlərin fərdi inkişafı üçün əlverişli şərait yaradır; şagirdlərin idarə edilməsi şəxsiyyətə hörmət və sosial dəyərlərə əsaslanır;
seçilmiş təlim üsulları fərdin tələbatları əsasında aparılır;
şagirdlərin fənn sahələrinin (humanitar və texniki) seçməsində tələskənliyə yol verilmir, gözləmə müddəti o vaxta qədər davam edir ki, hansı peşənin onları daha çox cəlb etdiyini tam dərk etsinlər; bu modellə təhsildə hansı pedaqoji məqsədin yerinə yetirilməsi aydın dərk edilir;
Şagirdlərin qruplarda birləşməsi (yığılması) aşağıdakı kriteriyalar əsasında aparılır: bir-biri ilə dostluq əlaqələrinə görə; müəllimi "sevməsi” və ya "sevməməsinə” görə;
marağına və motivasiyasına görə; didaktik düşüncələrə görə.
6. İnnovasion təlim modeli. ABŞ, Almaniya, İngiltərənin bir qrup alimləri və tədqiqatçıları müxtəlif ölkələrin ümumtəhsil məktəblərində müşahidələr və araşdırmalar aparmış və məktəblərdə aşağıdakı bir-birinə oxşar mühüm nöqsanların, çatışmazlıqların hökm sürdüyünü müəyyənləşdirmişlər:
müəllimlər izolə edilmiş sinif otaqlarında işləyirlər;
müəllimlər arasında əlaqələr zəifdir;
tədris kurslarının məzmunu və tədris metodikası sahəsində müəllimlər arasında kooperasiya çox zəifdir;
idarəetmə prosesi fənlərin tədrisi prosesindən ayrılmışdır;
müxtəlif fənlər arasında əlaqələr zəifdir;
məktəb daxilində müəllimlərin ixtisasının artırılması (daxili treninq) pis təşkil olunmuşdur;
məktəb üçün ümumi pedaqoji konsepsiya yoxdur; müəllimlər fənni tədris edə bilir, lakin şagirdləri idarə etmək vərdişləri yoxdur, çünki onlar bu sahədə təhsil almırlar;
müəllimlər kifayət qədər diaqnostik biliklərə malik deyil və pedaqoji ustalıqları çatışmır, buna görə də onlar korrektiv müşahidələr aparıb, şagirdlərin davranışı barədə düzgün nəticə çıxara bilmirlər;
böyük məktəblərdə şagirdlərin əməkdaşlıq etmək və stabil sosial əlaqələr qurmaq imkanları çox azdır.
Bütün bu tənqidi qeydləri nəzərə almaqla yuxarıda adları qeyd olunan ölkələ- rin tədqiqatçıları prinsipcə yeni olan bir model qurmuş və onu "kiçik qruplu komanda” modeli adlandırmışlar. Bu model innovasion təlim modelinə nümunə ola bilər. İnnovasion təlim modelində fərdi və sosial məqsədlərə xüsusi diqqət verilir. Bütün fənlərə aid kursları müəllimlər komandası tədris edir, şagirdlər permanent qruplarda (4-6 nəfərlik) təhsil alırlar. Bir müəllim bir neçə fəndən dərs deyir. Bu isə müxtəlif fənlər arasındakı maneələri zəiflədir, təhsilin məzmunu həm şagirdlər, həm də müəllimlər üçün real məna kəsb edir. 5-8 nəfərdən təşkil edilən "müəllimlər komandası” eyni yaşda olan 60-100 uşağın təlimini tam əhatə edə bilir. Şagirdlər kiçik permanent qruplarda bütün fənləri öyrənirlər. Bir neçə qrupun tərkibi sabit qalır. Müəllimlər komandası təlim prosesində belə kiçik qruplarda layihələrlə iş, məsləhətvermə, korrektiv tədris metodlarını uğurla tətbiq edirlər. Fənlərin tədris materialının həcmi və məzmunu məhdudlaşdırılmır və ciddi olaraq müəyyənləşdirilmir. Qruplarda təlim üsulları vəziyyətin diaqnostikası əsasında komandanın özü tərəfindən seçilir. Hər komandanın öz dərs cədvəli olur və bu cədvəl qarşıya qoyulan məqsəddən asılı olaraq tərtib edilir. Şagirdlərin idarə edilməsi tədris kurslarının öyrənilməsi ilə sıx əlaqələndirilir. Hər bir müəllim eyni zamanda yönəldici, məsləhətverici, hami rəhbər olur. Burada məqsəd kiçik qrupların fəaliyyətinə, onların sosial proseslərə yönəldilməsinə lazımınca dəstək verməkdir. Kiçik permanent qruplarda oxuyanlar qarışıq qabiliyyətli uşaqlardan təşkil olunduğundan, qruplarda yerdəyişmələr, dəqiqləşdirmələr 6-9 ay ərzində aparılır, bu müddətdən sonra isə tərkib təxminən sabit qalır. Modelin başqa xarakterik cəhətləri bunlardır: öyrənilən müxtəlif fənlərin tədris metodikası bir-birindən ciddi surətdə fərqlənmir, ona görə də, seçilmiş müəyyən mövzuların, layihələrin öyrənilməsində müxtəlif fənlərin materiallarından, müxtəlif bilik sahələrindən istifadə olunmasına cəhd edilir; şagirdlərin daxil olduğu kiçik permanent qruplarda gedən sosial proseslərə tədris kurslarının bir hissəsi kimi baxılır; şagirdlərin idarə edilməsi və tədris planları bir-biri ilə sıx əlaqələndirilir, buna görə də, məktəbdə xüsusi məsləhətçilər olmur və buna ayrıca vaxt verilmir; komandaların avtonomluğuna icazə verilir, buna görə də, hər komandanın təlimə yanaşması müxtəlif olur; müxtəlif fənlərin məzmununu məntiqi şəkildə əlaqələndirməyə cəhd edilir; müəllimlərin permanent qrupları ilə şagirdlərin permanent qrupları arasında sıx bağlılıqlar mövcuddur. Yuxarıda M.Mərdanovun, R.Ağamalıyevin, A.Mehrabovun, T.Qardaşovun elmi interpretasiyaları əsasında təqdim etdiyimiz idarəetmə-təhsilvermə (təhsilləndirmə) modellərinin praktikada tətbiqi onların məqsədəuyğun birləşdirilməsini tələb edir. Tədqiqatçı pedaqoqlar həmin təhsilvermə (təhsilləndirmə) modellərini idarəetmənin digər təşkili modelləri1 ilə aşağıdakı kimi birləşdirməyi məqsədəuy- ğun hesab edirlər: seçmə qruplar-seqment tipli idarəetmə modeli; birləşmiş qruplar-üfüqi məsləhətvermə strukturlu xətti idarəetmə modeli; "qarışıq qabiliyyətlər” qrupu- kollegial idarəetmə modeli; İnteqrativ təlim-matris tipli idarəetmə modeli; İnnovasion təlim-modul tipli idarəetmə modeli. Təqdim olunan bu kompleks modellər tipik situasiyalı şəraiti olan məktəblər üçün qəbul edilə bilər. Əslində isə göstərilən modelin reallaşdırıldığı məktəblər ideal situasiyalarla az və ya çox dərəcədə yaxın vəziyyətdə olan iki, üç və ya daha çox modelin sintezindən, birgə işlənilməsindən alınan nəticə hesab olunur. Yəni modellər yalnız müxtəlif variantların ola biləcəyi sahənin sərhədlərini müəyyən edir (9). Unudulmamalıdır ki, məktəbin dəyişib inkişaf etməsi üçün aşağıdakı proseslərin də getməsi vacib sayılır:
pedaqoji yenilikləri qəbul etməkdə, onlara uyğunlaşmaqda və tətbiqində məktəbin kollektivinin yaradıcı qabiliyyət-lərinin, bacarığının olması;
məktəbdə innovasion dəyişikliyə meyl və istiqamətlənmə yaratmaq üçün siyasi, sosial-iqtisadi, texniki və digər xarici amillərlə təsir edilməsi;
məktəbi əhatə edən mühitin təsiri ilə onun daxili motivasiyasının qarşılıqlı uyğunlaşdırılması prosesinin aparıl-ması. Onu da qeyd edək ki, bəzi tədqiqatçılar məktəbin inkişafını məktəbdə idarəetmənin təşkili və təhsilvermə üsullarının dəyişdirilməsində görürlərsə, digərləri innovasiya fəaliyyətinin məktəbdə effektiv şəkildə həyata keçirilməsi ilə əlaqələndirirlər   
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Təhsilvermə (təhsilləndirmə) modelləri. - Beynəlxalq təcrübə

Təhsilvermə (təhsilləndirmə) modelləri. - Beynəlxalq təcrübə

Məktəbi idarəetmə sisteminin strukturunda dörd səviyyəli idarəetmə hansılardır ?

Məktəbi idarəetmə sisteminin strukturunda dörd səviyyəli idarəetmə hansılardır ?

Təhsilin məzmunu

Təhsilin məzmunu

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Azərbaycanda təhsil sistemi və təhsil sahəsində dövlət siyasətinin prinsipləri

Azərbaycanda təhsil sistemi və təhsil sahəsində dövlət siyasətinin prinsipləri

Təlimin mərhələləri-Təlimdə müvəffəqiyyətin hesaba alınması və qiymətləndirilməsi.

Təlimin mərhələləri-Təlimdə müvəffəqiyyətin hesaba alınması və qiymətləndirilməsi.

Direktor olmaq istəyənlər üçün !!! İDARƏETMƏ QƏRARLARININ MAHİYYƏTİ VƏ TƏSNİFATI...

Direktor olmaq istəyənlər üçün !!! İDARƏETMƏ QƏRARLARININ MAHİYYƏTİ VƏ TƏSNİFATI...

Bizim almanlardan fərqimiz nədir? Alman xalqını formalaşdıran təhsil sistemi

Bizim almanlardan fərqimiz nədir? Alman xalqını formalaşdıran təhsil sistemi

.Məktəbin idarə olunmasında etibarlılıq, inam, məsuliyyətlilik ön plana çəkilməli..

.Məktəbin idarə olunmasında etibarlılıq, inam, məsuliyyətlilik ön plana çəkilməli..

Məktəb Psixoloqunun əmək funksiyası

Məktəb Psixoloqunun əmək funksiyası

Sinif rəhbəri və müəllim əməkdaşlığı

Sinif rəhbəri və müəllim əməkdaşlığı

Təılim - tərbiyə işinin idarə edilməsinin təşkili

Təılim - tərbiyə işinin idarə edilməsinin təşkili

Məktəbdə metodiki işə rəhbərlik və nəzarət

Məktəbdə metodiki işə rəhbərlik və nəzarət

Bir daha ümumtəhsil məktəbinin strukturu haqqında

Bir daha ümumtəhsil məktəbinin strukturu haqqında

Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə.

FƏAL- INTERAKTIV DƏRSLƏRDƏ KOLB MODELİNİN TƏTBİQİ

FƏAL- INTERAKTIV DƏRSLƏRDƏ KOLB MODELİNİN TƏTBİQİ

Pedaqoji İdarəetmədə təhlil..

Pedaqoji İdarəetmədə təhlil..

Müəllimlər oxuyun !Pedaqoji  qabiliyyətin  yeddi  qrupu

Müəllimlər oxuyun !Pedaqoji qabiliyyətin yeddi qrupu

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi

Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi

Müəllimin şagirdlərlə ünsiyyət üslubları.

Müəllimin şagirdlərlə ünsiyyət üslubları.

Fəal təlimin üsulları - Təqdimat, kublaşdırma,Ziqzaq,beyin həmləsi.....

Fəal təlimin üsulları - Təqdimat, kublaşdırma,Ziqzaq,beyin həmləsi.....