Məktəblilərin peşəyönümü
Əmək tərbiyəsinin yeniyetmə və gənclərin peşə yönümü sahəsində böyük və əhəmiyyətli rolu vardır. Peşə – xalq təsərrüfatının bu və ya digər konkret bir sahəsinə aid bilik, bacarıq və vərdişlərə yiyələnmə və həmin sahədə fəaliyyətə qoşula bilmək üçün və fəaliyyət göstərmək üçün yiyələnmiş zəruri əmək bacarıq və qabiliyyətləridir.
Böyüyən nəslin sənətə yiyələnməsinin zəruriliyi hələ yazılı ədəbiyyatımız meydana gəlməmişdən çox əvvəllər xalqın ağıllı, müdrik adamları tərəfindən yüksək qiymətləndirilmiş və xalq yaradıcılıq nümunələrində oz əksini tapmışdır. Nağıllarımızda, bayatılarımızda, atalar sozlərimizdə, dastanlarımızda və digər bir sıra şifahi xalq ədəbiyyatı janrlarında sənət və peşəseçmə işinin vacibliyini əks etdirən çoxlu sayda nümunələr sübut edir ki, xalqımız hər hansı bir peşə və sənət öyrənməyi bir çox titullardan, var-dövlətdən, mal-sərvət toplamaqdan üstun tutmuş, bu işə xüsusi diqqət yetirmişdir. Bir xalq deyimində olduğu kimi:
Günləri bir-bir sаnа,
Yаr vеrdi bir sir sаnа
Bir еlm, bir də sənət,
Хəzinədir insаnа.
Və ya:
Güllərin həşəm оlsun,
Gün vursun həşəm оlsun
Vаr-dovlətin оluncа,
Sənətin, pеşən оlsun.
Şərqin böyük ədəbi abidələrindən olan "Qabusnamə” də deyilir:
"Sənəti olmayan adamlar gövdəsi olub, kölgəsi olmayan Muğilana ağacı kimi faydasız olurlar, nə özlərinə xeyir verirlər nə başqalarına. "Elm və sənət oyrənmək, istər böyük olsun, istərsə kiçik, hamıya vacibdir, çunki insan öz tay-tuşları arasında üstünlüyü yalnız elm və sənətə görə əldə edə bilər”.
Böyük Azərbaycan mütəfəkkiri Nizami Gəncəvi peşə və sənət seçməyin faydasını yüksək dəyərləndirmiş və onu halal yaşamağın əsas amili kimi qiymətləndirmişdir.
Оnuncun öyrətdim ki, əlimi bu sənətə,
Bir gün sənə əl аçıb düşməyim хəcаlətə -
Deyən şair insanın oz zəhməti hesabına yaşadığı sadə həyatı, başqalarının hesabına yaşanan cah-cəlallı həyatdan üstün tutur. Nizami insanın bir sənət, peşə sahibi olmasını yüksək qiymətləndirir, keyfiyyətli əməyi yüksək dəyərləndiri:
Kаmil bir pаlаnçı оlsа dа insаn,
Yахşıdır yаrımcıq pаpаqçılıqdаn - deyərək insanları seçdikləri sənəti hərtərəfli öyrənməyə çağırır.
Nəsirəddin Tusi müdrik bir filosof və pedaqoq kimi tövsiyə edir: "Kim hansı sənətkar adlanırsa, o sənətdə aşağı mərtəbə ilə razılaşmayıb irəliləməli, daha yüksək dərəcəyə qalmayıb, iqtisadiyyatda səhlənkarlığa yol verməməlidir”. N.Tusi peşə seçmək probleminin mahiyyətində daha da dərinə gedərək hər bir şəxsin bacarıq və qabiliyyətlərinin nəzərə alınmasını, məhz bunlara istinad edil-məsini zəruri hesab edirdi.
Marağalı Əvhədi cəmiyyətin inkişafında faydalı və yaxşı peşələrin mühüm rol oynadığını xüsusi qeyd edir və göstərirdi ki, yaxşı peşə insanı qüsurlardan xilas edir və cəmiyyətin inkişafına xidmət edir. Əvhədi hər bir peşə, sənət adamının həmçinin peşəkar olmasını yüksək qiymətləndirir, peşəkar insan haqqında yuksək fikir soyləyərək oan hörmət bəsləyir, peşəkarları həyatda ən faydalı, gərəkli və mötəbər insanlar kimi dəyərləndirir. Görkəmli ədib belə bir qənaətə gəlir ki, dunyada ən yaxşı iş elm öyrənmək və ən yaxşı vəzifə peşəkarlıqdır. Əvhədi bu munasibətlə özünün məşhur "Cami-cəm” əsərində yazır:
Ən böyük nеmətdir, аnlаsаn, pеşə,
Pеşəkаr düz yоllа gеdər həmişə.
Və ya:
Dünyаnı nizаmа pеşəkаr sаlаr,
Hər nizаm pеşədən, hünərdən оlаr.
Ə.Marağalı uşaqları əməklə böyütməyi, ona müəyyən iş, sənət öyrətməyi onların sonrakı inkişafı üçün əsas hesab edir, çətinliklərə qalib gəlmək, möhnət və bədbəxtliklərdən xilas etmək ucun uşağı iş-gücdən azad etməməyi məsləhət bilir:
Nаzlа boyuməsin qоy cох dа övlаd,
Оnu iş-gucdən də еyləmə аzаd.
Sоnrа cətinliyə duşərsə əgər,
Bir möhnət, bədbəхtlik оnu məhv еdər.
Dahi Azərbaycan şairi və mütəfəkkiri M.Füzulinin olməz əsərləri icərisində uşaqların elm öyrənməsi, sənət secməsi kimi məsələlər də xususi yer tutur. Onun bu fikirləri xüsusən "Rindu-Zahid” adlı əsərində daha qabarıq şəkildə özünü göstərir. Füzuli göstərir ki, yeniyetməlik dövründə düzgün seçilməyən sənət insana bütün ömrü boyu öz mənfi təsirini göstərir.
XIII – XIV əsrlərdə yaşayıb yaratmış görkəmli Azərbaycan mütəfəkkiri Məhəmməd ibn Hinduşah Naxçıvani də öz əsərlərində uşaq və gənclərin peşə və sənət seçməsinə geniş yer vernişdir.
O "Dəsturlül-katib fi təyinil-məratib” adlı əsərində dövlətxahlardan tələb edir ki, yalnız elmdən deyil, sənət və sənətkarlıqdan da faydalansınlar.
Peşəseçməyə XIX-XX əsr maarıfçilər tərəfindən də xüsusi diqqət yetirilmişdir. Bu baxımdan Abbasqulu ağa Bakıxanov, Seyid Əzim Şirvani, Məmməd Tağı Sidqi, Mirzə Mahmud İrəvani, Uzeyir Hacıbəyli və başqaları bu gün də oz əhəmiyyətini saxlayan qiymətli fikirlər söyləmişlər.
Böyüyən nəsil dərin bilik və dunyagörüşə, yuksək milli və bəşəri dəyərlərə, mənəvi keyfiyyətlərə malik olmaqla bərabər, özünün arzusuna, qabiliyyət və bacarığına, həmçinin cəmiyyətin kadrlara olan cari və perspektiv tələbatlarına müvafiq olaraq peşə və ixtisas secməyə hazırlanmalıdır. Bunun üçün ümumtəhsil məktəblərində təlim-tərbiyə işi elə səviyyədə aparılmalıdır ki, şagirdlər əsas təhsili bitirdikləri vaxt hansı peşə və ixtisas ardınca gedəcəklərini dəqiq bilsinlər.
Yeniyetmə və gənclərin peşə marağının öyrənilməsi, qabiliyyətlərin müəyyənləşdirilməsi, peşələrə aid məlumat, peşəyə aid bilik, bacarıq və vərdişlər, seçilmiş peşə üzrə işə düzəlmə, peşəyə uyğunlaşma, yenidənoriyentasiya məktəbdə peşə yönümünün məzmununu təşkil edir.
Peşə yönümü işi aşağıdakı istiqamətlərdə aparılmalıdır:
1) Peşə maarifi; 2) peşə məsləhəti; 3) peşə təmayülü.
Peşə yönümü yeniyetmə və gənclərin peşə nöqteyi-nəzərindən öyrənilməsindən başlayaraq yenidən oriyentasiyasına qədər olan bütün işlər sistemini əhatə edir. Peşənin səhv seçilməsi, peşə üzrə yenidən iş aparılaraq qabiliyyətə uyğun peşə seçilməsi prosesi yenidənoriyentasiya adlanır.
Peşə ilə ixtisas məfhumu bir-birinə oxşar olsa da hər məfhumun öz mahiyyəti vardır. Peşə daha geniş anlayış olub, bir neçə ixtisası əhatə edir və s. Məsələn, müəllimlik peşəsi fənlərin tədrisi üzrə bir neçə ixtisasları əhatə edir: Ədəbiyyat müəllimi, riyaziyyat müəllimi, ibtiadi sinif müəllimi və s. Mühəndislik peşəsi fəaliyyət sahələrinə görə xeyli ixtisasları əhatə edir.
Peşəyönümü - təlim-tərbiyənin mühüm tərkib hissəsi olduğundan onun təşkili və aparılmasında ənənəvi prinsip və metodların rəhbər tutulması vacibdir.
azrefs.org