Evdə təhsil alan şagirdlərlə onlayn görüş
AzTehsil.com xəbər Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən evdə təhsil alan şagirdlərin məktəbdənkənar fəaliyyətlərinin artırılması məqsədilə Microsoft Teams platforması vasitəsilə onlayn qaydada görüşlər təşkil edilir.
Şagirdlərlə görüş zamanı maraqlı müzakirələr, maraq dairələri inkişaf etdirilir, maraq dairələrinə uyğun rəsmlər çəkilir və müxtəlif əl işləri hazırlanır.
Bununla yanaşı qurğular hazırlanır, qurğuların hazırlanması onların bacarıqlarını inkişafını və yaradıcılıq potensiallarının üzə çıxarılmasına təsir göstərir. Təhsilin hər bir əlçatanlığının təmin edilməsi üçün görüşlərin təşkili şagirdlərin fərdi inkişafına töhfə verir.
Qeyd etmək lazımdır ki, görüş layihə çərçivəsində həyata keçirilir ki, bu 3-cü dəfə görüşdür.