AzTehsil.com

test / İnnovasiyalar / Digər Elan / Cəmiyyət / Dünya / Manşet / Bölgə
09 avqust 2025
1 235

Üç həmyerlimiz Oksford Universitetinin müsabiqəsində münsif seçilib



Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin üç nümayəndəsi – Rəqəmsal İnkişaf və İnnovasiyalar Mərkəzinin direktoru Elviz İsmayılov, rektorun müşaviri Orxan Kərimzadə və Mexanika kafedrasının müəllimi Məhmud İsmayılov – Oksfordun nüfuzlu “Qlobal İqlim Dəyişikliyi Çağırışı 2025” (“Oxford Saïd Global Climate Change Challenge 2025”) beynəlxalq müsabiqəsinin münsif heyətinə seçilib.


AzTehsil.com- n əldə etdiyi məlumata görə xəbər verir ki, münsif heyətində ümumilikdə 25 nəfər yer alır və onlar 15 müxtəlif ölkəni təmsil edirlər. Ən çox nümayəndəsi olan ölkələr Birləşmiş Krallıq (5 nəfər), Azərbaycan (3 nəfər) və Hindistan (3 nəfər) olub. Azərbaycanı isə yalnız ADNSU-nun nümayəndələri – Elviz İsmayılov, Məhmud İsmayılov və Orxan Kərimzadə təmsil edir.


Saïd Biznes Məktəbi (Oksford Universiteti) tərəfindən təşkil olunan bu qlobal yarışma, dünyanın müxtəlif ölkələrindən məktəblilər (15–18 yaş) və müəllimləri bir araya gətirərək iqlim dəyişikliyi ilə mübarizə üzrə innovativ həllərin hazırlanmasını hədəfləyir və BMT-nin COP30 İqlim Konfransına (Braziliya, noyabr 2025) hazırlıq çərçivəsində keçirilir.


ADNSU müəllimləri dünyanın aparıcı iqlim mütəxəssisləri, biznes liderləri və alimlərindən ibarət beynəlxalq münsif heyətinin tərkibində yer alaraq, iştirakçıların təqdim etdiyi layihələri qiymətləndirəcəklər. Onların təcrübəsi və biliyi, gənclərin hazırladığı ən təsirli və innovativ iqlim həllərinin seçilməsində mühüm rol oynayacaq.


Qeyd edək ki, ilk dəfə 2024-cü ildə keçirilən yarışmaya 58 ölkədən 1,000-dən çox müraciət daxil olmuşdu. 2025-ci ildə qalib gələn beş şagird komandası layihələrini sentyabrda Oksfordda təqdim edəcək, beş müəllim isə dərs planlarını COP30-da təqdim edəcək. Qaliblərə tam maliyyələşdirilən təhsil və proqram imkanları təqdim olunacaq. Yarışmada iştirakçılar hava çirkliliyi, ekstremal hava hadisələri, ərzaq təhlükəsizliyi, su qıtlığı və biomüxtəliflik mövzularında öz həll təkliflərini təqdim edəcəklər.


ADNSU-nun beynəlxalq platformada bu uğurlu təmsilçiliyi, universitetin qlobal iqlim müzakirələrində və innovativ həllərin inkişafında fəal iştirakının göstəricisidir.



Həmçinin oxuyun:
Elmimizin məbədi - MÜSAHİBƏ

Elmimizin məbədi - MÜSAHİBƏ

İlk təcrübə və böyük uğur

İlk təcrübə və böyük uğur

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

ADNSU və Böyük Britaniyanın Lester Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb

ADNSU və Böyük Britaniyanın Lester Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb

Təhsil üzrə ümumi MƏLUMAT

Təhsil üzrə ümumi MƏLUMAT

Qocaman universitet - innovasiyalar mərkəzi

Qocaman universitet - innovasiyalar mərkəzi

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz,  bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz, bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

ADNSU-nun rektoru Vyetnamın “Vietsovpetro” şirkətinin nümayəndələri ilə görüşüb

ADNSU-nun rektoru Vyetnamın “Vietsovpetro” şirkətinin nümayəndələri ilə görüşüb

150 bal toplayanların NƏZƏRİNƏ – Seçə biləcəyinız universitet və ixtisaslar

150 bal toplayanların NƏZƏRİNƏ – Seçə biləcəyinız universitet və ixtisaslar

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

Uğurlu Biznes qurmaq üçün yeni ideyalar

Uğurlu Biznes qurmaq üçün yeni ideyalar

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Məktəbli ixtiraçılar

Məktəbli ixtiraçılar

Azərbaycanın qabaqcıl müəllimləri “My Magical Dust-2019” Beynəlxalq Layihəsində

Azərbaycanın qabaqcıl müəllimləri “My Magical Dust-2019” Beynəlxalq Layihəsində

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

2022-ci təqvim ili rəqəmlərdə

2022-ci təqvim ili rəqəmlərdə

Dünya məktəbliləri Bakıda yarışır

Dünya məktəbliləri Bakıda yarışır

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !